İON

I
сущ. физ. ион (электрически заряженный атом или группа атомов). İon yükü заряд ионов, ion sayğacı счетчик ионов
II
прил. ионный. İon şüaları ионные лучи, ion keçiricisi ионный проводник, связь. эл.-тех. ion lampası ионная лампа, ion düzləndiricisi ионный выпрямитель, ion gücləndiricisi ионный усилитель, физ. ion nəzəriyyəsi ионная теория, ionlar mübadiləsi ионообменник
İNZİVANİŞİN
İONDƏYİŞDİRİCİ
OBASTAN VİKİ
İon
İon (yunanca ἰών və ya ἰόν ión, „yeriyən") - elektrik yüklənmiş atom və ya molekuldur. Onun tərkibində ən azı bir müsbət yüklü atom nüvəsi vardır. Onun yükü boşalan protonların sayını müəyyən edir. İonun xaricə təsir edən yüklənməsi çoxlu sayda protonların və elektronların nəticəsində baş verir. İonlar elektronların çatışmazlığı ucundan müsbət yüklü və ya da elektronların həddən artıq olması nəticəsində mənfi yüklü olur. Mənfi ion özünə bir vəya bir neçə əlavə elektron qəbul etmiş atomdur. Müsbət ion bir və ya bir neçə elektron itirmiş atoma deyilir. İon analyışı 1834-cü ildə Maykl Faradey elektrik cərəyanını turşu, duz və başqa məhlullarda araşdıran zaman daxil etmişdir. O, belə məhlulların elektrik keçiriciliyini ionların hərəkəti ilə bağlamışdır. Kationlar mənfi elektroda tərəf hərəkət edən ionlardır yəni müsbət yüklü ionlardır.
İon Besoiu
İon Besoiu (Rumınca tələffüz: [iˈon beˈsoju]; 11 Mart 1931-ci ildə anadan olub, Sibiu - 18 Yanvar 2017-ci ildə vəfat edib, Buxarest) — Rumıniyalı film aktyoru. O, Kommunist dövrünün ən mühüm Rumıniya filmlərin bəzilərində müxtəlif rollarda çıxış etmişdir: "Furtuna", "Neamul Şoimareştilor", "Haydukii", "Raskoala", "Mihai Viteazul", "Kiprian Porumbesku", "Pakala", "Blestemul pamantului, blestemul iubirii", "Ultima noapte de draqoste", "Lumini şi umbre" və "Ce neagra e mama" və "Stefan Besi Mihai"Toate pânzele sus!". Besoiu 2017-ci ildə Buxarestdə vəfat etmişdir. Susuzluq (1961) İgid Maykl (1970) Aktyor və vəhşilər (1975) Toate pînzele sus (1976-1978) Mihail, câine de circ (1979) Sonuncu hücum (1985) Loverboy (2011) Buxarest dayanǃ (2015) 2002-ci ildə Rumıniya Kinematoqrafiya Aliləri Mükafatına layiq görülüb. 2001-ci ildə o, Sibiunun Fəxri Vətəndaşı elan edilib.
İon Diakonesku
İon Diakonesku (25 avqust 1917 Argeș rayonu - 11 oktyabr 2011, Buxarest) — Rumıniyalı anti-kommunist aktivist və siyasətçi. Rumıniyada kommunist dövründə, on yeddi il ərzində siyasi məhbus kimi həbs edilib: 1947-1964-cü illərdə. Diakonesku daha sonra Xristian Demokratik Milli Kənd Partiyasının lideri oldu. İon 1917-ci ilin 25 avqustunda Almaniya işğalında olan Boțești (Argeş rayonu) ərazisində, keşiş ailəsində dünyaya gəlib. Daha sonra hətta yaşlı vaxtlarında öz doğma torpaqlarını ziyarət edirdi. Ailəsində uzun bir "monastır ənənəsi" var idi, üzvlərinin çoxu keşiş və ya rahiblər idi. 1936-cı ildə, 19 yaşındakı Diakonesku Rumıniya Kənd Təsərrüfatı Partiyasının üzvü oldu. Eyni zamanda Politexnik Universitetində - Elektrik Sistemləri Fakültəsində 1942-ci ildə məzun olduğu Buxarestə getdi. Daha sonra Diakonesku Milli İqtisadiyyat Nazirliyində texniki rəyçi işləmişdir. 1947-ci ildə Diakonesku onun siyasi fəaliyyəti səbəbindən nazirlikdə vəzifəsindən uzaqlaşdırılıb.
İon adaları
İon adaları (yun. Περιφέρεια Ιόνιων νησιών) - Yunanıstanın qərb və cənub-qərb hissəsində yerləşən adalar qrupudur. Adaların şərq sahilləri İon dənizi ilə yuyulur.Adalar bir çox kiçik adalardan ibarət olsa da,bu ada qrupunu "Yeddi ada"adlandırırlar.Əsas adalar(şimaldan cənuba): Kerkira ( həmçinin Corfu kimi tanınır) Paksos Lefkas İtaka Kefaliniya Zakinf Kitira (Attika ərazisinə aiddir) İon adaları - Yunanıstanın heç vaxt Osmanlı imperiyası tərəfindən idarə olunmayan yeganə ərazidir. Sakinlərinin əsas məşğuliyyəti:kənd təsərrüfatı,balıqçılıq, ticarət, gəmiçilikdir.Adaların Osmanlı imperiyası işğalından azad olması və XIX əsrsdə Britaniya tərəfinden idarə olunması,əhalinin həyat tərzinin Yunanıstanın digər yerləri ilə müqaisədə daha yüksəkdir. Adalarda 1864-ci ildə Yunanıstanın tərkibinə birləşdiyi vaxtdan yunan qanunları yayılmağa başlandı. Əhali:yunanlar(1889 ildə 235,122 nəfər), italyanlar (1100 nəfər),inglislər(1500 nəfər). Hər bir adada 1 lisey, Korfu adasında isə 1823-cü ildən kollec və universitet var. İon adalarının qədim tarixi qədim Yunanıstan tarixi ilə sıx bağlıdır.Adalar əsasən Dori qəbiləsi tərəfindən məskunlaşmışdır. Kerkira Korinfin bir koloniyası idi, amma tezliklə onun tərkibindən ayrılmışdır və daim onunla müharibə edirdi;zalım Periandr ilə oğlu Likofron arasında olan döyüş vaxtı ada Likofron üçün sığınacaq kimi xidmət etmişdir. Bu Peloponnes müharibəsinə təkan verdi.
İon dənizi
İoni dənizi (yun. Ιόνιο Πέλαγος, it. Mare Ionio) — Adriatik dənizi və Aralıq dənizi arasında yerləşən dəniz. İon dənizinin sahəsi 169 min km², maksimal dərinliyi 5121 m təşkil edir. Dərinliyinin böyük olması onu Aralıq dənizi hövzəsində seçilir. Sahilləri girintili-çıxıntılıdır. Əsasən bu şərq hissədə İon adaları olan bölgə xüsusi ilə seçilir. İon dənizinin körfəzləri: Patrass körfəzi, Korinf körfəzi, Toronto körfəzi, Mesiniakos körfəzi, Art körfəzi və başqaları. Suyunun temperaturu 14 °S fevral, 25,5 °S avqust. Dibində temperatur 13 °S, duzluğu isə 38 ‰ keçir.
İon rabitə
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
İon rabitəsi

İon İliesku
İon İliesku (3 mart 1930[…], Olteniç[d], Keleraşi) — Rumıniya siyasətçisi və dövlət xadimi, 1989–1996 və 2000–2004-cü illərdə Rumıniyanın prezidenti. 1953-cü ildə Rumıniya Kommunist Partiyasına üzv olub. O, 1989-cu ilin dekabrında Rumıniya inqilabına rəhbərlik edərək ölkənin prezidenti olub.
İon İliyesku

İon (mifologiya)
İon ( q.yun. Ἴων ) — ioniyalıların mifik əcdadı. Hesiodun qeydə aldığı daha qədim bir ənənədə İon Ksufun oğlu, Hellenlərin üç oğlundan biri kimi tanınır.
İon-depozisiya printeri
İon-depozisiya printeri ( ing. ion-deposition printer ~ ru. ионно-депозиционный принтер ~ tr. iyon-yerleştirme yazıcı) – lazerli printerə bənzəyən, ancaq daha bahalı texnologiyaya əsaslanan elektroqrafik printer. Əsasən böyük həcmli verilənlərin emalı sistemlərində istifadə olunan bu printerlər, adətən, bir dəqiqədə 30-90 səhifə çap edir. Başqa elektroqrafik printerlər kimi, ion-depozisiya modelləri elektrostatik yüklənmiş barabanlardan istifadə edir. Lazerli, LED- və LCD-printerlərdə edildiyi kimi, müəyyən xarakteristikalı işıq şüalarını çevirmək əvəzinə ion-depozisiya printeri barabana ionlar selini yönəltməklə onu yükləyir, boyaq (toner) isə, adətən, əriyib kağıza yapışır – bu həm tez olur, həm də yüksək temperatur tələb etmir. Bu üsulda kağız bir az parıltılı olur, ancaq daha işgüzar yazışmaya yaramır. Bundan başqa, ion-depozisiya printeri “qalın”, simvolları bir az da qeyri-dəqiq çap edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İon Qavrile Oqoranu
İon Qavrile Oqoranu (rum. Ion Gavrilă Ogoranu; 6 yanvar 1923 – 1 may 2006) — faşist yarımhərbi təşkilat olan Dəmir Qvardiyanın üzvü, Sovetlərin Rumıniyanı işğal etməsindən sonra, 1948–1956-cı illər arasında Feqeraş dağlarındakı silahlı antikommunist müqavimət qrupunun lideri.
İon adaları (periferiya)
İon adaları (yun. Περιφέρεια Ιονίων Νήσων) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir. 2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinə daxildir. İon adaları daxildir. Əhalinin sayı 2011-ci ildə 207.855 nəfər təşkil edirdi. ]Sahəsi — 2306,93 km² . Əhalinin sıxlığı — 90,1 . Periferiyanın inzibati mərkəzi — Kerkira.
Peloponnes, Qərbi Yunanıstan və İon adaları
Peloponnes, Qərbi Yunanıstan və İon adaları (yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Peloponnes, Qərbi Yunanıstan və İon adaları periferiyaları daxildir. İnzibati mərkəzi — Patras şəhəridir. Baş katib (koordinator) — Dionisias Panaqiotopulus(Dionysios Panagiotopoulos). 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir (Qanun 3852/2010). Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinin sahəsi 28 847 kvadrat kilometr və əhalisi 1.465.554 nəfər təşkil edir. Sıxlığı 43,27 nəfər. Avropanın statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasına əsasən, Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsi digər iki periferiya ilə birlikdə və Fessaliya və Mərkəzi Yunanıstan desentralizasiya idarəsi bərabər EL6 (Mərkəzi Yunanıstan) regionunu yaradır. Ministry of Interior. Structure and operation of local and regional democracy.
Ejen İonesko
Ejen İonesko (26 noyabr 1909 – 28 mart 1994, XIV arondisman) — rumın dramaturq. == Həyatı == Rəsmi saytlarda doğum ili 1912, bəzi mənbələrdə 1909-cu il göstərən İoneskonun atası rumın, anası fransız olmuşdur. Uşaqlığını Fransada keçirən İonesko ata və anasının boşanmasının ardından 1925-ci ildə Rumıniyaya qayıtmışdır. 1928–1933-cü illərdə Buxarest Universitetini bitirdikdən sonra burada Emil Kioran və Mirseya Eliade ilə tanış olmuşdur. 1936-cı ildə Radika Burileanu evlənərək bir qız atası olmuşdur. 1938-ci ildə ailəsi ilə birlikdə Fransaya qayıtmışdır. İkinci dünya müharibəsində Marselə köçən ailə 1944-cü ildə Fransanın işğaldan azad olmasının ardından Parisə qayıtmışdır. 1967-ci idə İsrailə getmiş və köklərində yəhudi olduğunu açıqlamışdır. 1970-ci ildə Fransa Akademiyasının üzvü seçilən İonesko bir çox mükafata layiq görülmüşdür. O, Nyu York, Leuven, Uarvik, Tel-Əviv Universitetləri tərəfindən fəxri ada layiq görülmüşdür.
Galeopsis ionantha
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galeopsis nodosa (Moench) Gray Galeopsis tetrahit subsp. parviflora Ehrh.
İona (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
İoni dənizi
İoni dənizi (yun. Ιόνιο Πέλαγος, it. Mare Ionio) — Adriatik dənizi və Aralıq dənizi arasında yerləşən dəniz. İon dənizinin sahəsi 169 min km², maksimal dərinliyi 5121 m təşkil edir. Dərinliyinin böyük olması onu Aralıq dənizi hövzəsində seçilir. Sahilləri girintili-çıxıntılıdır. Əsasən bu şərq hissədə İon adaları olan bölgə xüsusi ilə seçilir. İon dənizinin körfəzləri: Patrass körfəzi, Korinf körfəzi, Toronto körfəzi, Mesiniakos körfəzi, Art körfəzi və başqaları. Suyunun temperaturu 14 °S fevral, 25,5 °S avqust. Dibində temperatur 13 °S, duzluğu isə 38 ‰ keçir.
İonik order
İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir. İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeylər və eoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir. Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur.
Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi
Sofiya İonesku
Sofiya İonesku-Oqrezeanu (25 aprel 1920 – 21 mart 2008, Buxarest) — dünyada ilk qadın neyrocərrah. O, Dumitru Baqdasarın rəhbərliyi altında İonel İonesku və Konstantin Arseni ilə bir komanda yaradaraq 9 nömrəli xəstəxanada 47 il neyrocərrah kimi çalışıb. Onlar Rumıniyada neyrocərrahiyyənin inkişafına kömək edən daha sonra "Qızıl Komanda" adlanan Rumıniyanın ilk neyrocərrahiyyə komandasını yaratdılar.
Thaleropis ionia
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
İoniya bərqvuranı

Dryandra ionthocarpa
Dryandra ionthocarpa (lat. Dryandra ionthocarpa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
İona Anderson
İona Anderson (ing. Iona Anderson; 3 oktyabr 2005) — Avstraliya üzgüçüsü. 2024-cü il Su idman növləri üzrə dünya çempionatında bir qızıl, iki gümüş medal qazanıb. == İdman fəaliyyəti == Anderson Karin Senyor ali məktəbində təhsil almışdır. Pert şəhərindəki Qərbi Avstraliya İdman İnstitutuna daxil olmamışdan əvvəl “Breakers” üzgüçülük klubunda məşq etmişdir. 2023-cü ildə gənclər arasında keçirilən Dünya Çempionatında kürəyi üstə üzgüçülük yarışlarında 100 metrlik məsafə üzrə gümüş, 50 metrlik məsafə üzrə isə qızıl medal qazanmışdır. Daha bir qızıl, bir gümüş medallarını 4 х 100 metr məsafədə qarışıq üzgüçülük üzrə əldə etmişdir. Hər iki yarışda ilkin iştirakçı kimi yer almış, finalda isə Jaklin Barkli iştirak etmişdir. Dohada keçirilən 2024-cü il Dünya Çempionatında Kler Körzan 100 metr məsafədə arxaya üzmə üzrə 0,83 saniyə ərzində qalib gəlmişdir. Anderson kanadalı İnqrid Uilmi 0,06 saniyə qabaqlayaraq ikinci olmuşdur.

Значение слова в других словарях