Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı.
== Həyatı ==
Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir.
== Sui-qəsd və ölümü ==
1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.