İQTİDAR

is. [ ər. ]
1. Qüvvət, taqət, güc. Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqtidarı çatmır.
– Bura adətən can verən əsirlər, ayağı üstündə durmağa iqtidarı olmayanlar gətirildiyi üçün, bu “ölüm hücrələrinin” keşiyi zəif idi. Ə.Məmmədxanlı.

2. Qüvvəsi çatma, gücü çatma, imkanı olma.
Zeynal nəinki borclarını verib təmizləmək və ya arvadına və çocuqlarına paltar və ayaqqabı almaq iqtidarında deyildi, hətta gündəlik xərcə də para yetirə bilməyirdi. S.Hüseyn.
Baş leytenant öz bölüyü ilə hər vaxt hər bir əmrin öhdəsindən gəlmək iqtidarına malikdir. Ə.Əbülhəsən.

// Güc, səlahiyyət, etibar.
Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir.
İqtidarın, malın, pulun çoxdur; Xalqa ondan vəli kömək yoxdur. A.Səhhət.

Синонимы

  • İQTİDAR 1. İQTİDAR, SƏLAHİYYƏT (bax) 2. iqtidar bax güc
  • İQTİDAR qüvvət — taqət — güc
İQTİBAS
İQTİDARLI

Значение слова в других словарях

мостолы́жка нараспе́в переснаща́ть подбива́ть пол... разграбле́ние хма́рный во всю око́лицу кричать модернизи́рованность соба́читься спозна́ться шо́рцы пирг bile duct case-man convent euphony galop grudge maraschino выгравировать вытянуться мохер обнести смешно