İSTİCƏ

sif.
1. İsti, lazımınca isti. İsticə otaq. İsticə paltar.
– İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir.
Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət.
Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Çəmənzəminli.

2. məc. Rahat, əlverişli, mənfəətli.
Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. F.Köçərli.

İSTİBDADÇI
İSTİFADƏ

Значение слова в других словарях