İZOBUTİLEN

сущ. хим. изобутилен (ненасыщенный углеводород)
İZOBUTAN
İZOGEN
OBASTAN VİKİ
İzobutilen
İzobutilen - (СН3)2С=СН2 – doymamış karbohidrogen olub, n-butilenin izomeridir. Neftin krekinqi qazlarında olur. Izobutileni sənayedə maye neft məhsullarının və ya neft qazlarının katalitlk və ya termiki krekinqi və ya pirolizi üsulu ilə benzin və ya etilen istehsalında butan-buten fraksiyasından ayırmaqla alırlar. Hər üç prosesdə С4-ün çıxımı üyğun olaraq 3-10, 1-2 və 0,4-5 kütlə% təşkil edir. İzobutileni С4 fraksiyasından otaq temperaturuna yaxın temperaturlarda 65%-li sulfat turşusu ilə ekstraksiya etməklə ayırırlar (Butlerov üsulu). Ekstaksiya prosesi praktiki olaraq miqdari gedir. Prosesin yekunuda isə üçlü-butilsulfat turşusu alınır (CH3)2C=CH2 + H2SO4= (CH3)3COSO3H və onu yenidən izobutilenə çevirirlər. İzobutilenin başqa bir alınma üsulu onun butilsulfat turşusundan kəskin buxarla hidroliz etməklə ayrılmasıdır ki, nəticədə üçlü-butil spirti alınır: (CH3)3COSO3H + H2O = (CH3)3COH + H2SO4 Üçlü-butil spirtini isə 30%-li sulfat turşusu ilə dehidratasiya edərək izobutilen alırlar. Lakin bu üsul sulfat turşusunun regenerasiya prosesinin bahalığı səbəbindən az tətbiq olunur. Daha effektiv üsul ondan ibarətdir ki, izobutilenin 65%-li turşu ilə ekstraksiyası zamanı alınan reaksiya mayesini su ilə turşunun qatılığı 45% olana qədər durulaşdırırlar.