İŞTAHSIZLIQ

is. İştaha olmaması, yemək istəməmə, yeməyə həvəs olmadığı hal.
İŞTAHSIZ
İŞTƏ
OBASTAN VİKİ
İştahsızlıq
İştahazılıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərdə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Nevrotik anoreksiya. Nevrotik anoreksiya diaqnozu ən çox (90%) gənc xanımlarda (15–25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər.