kadr
kafedra
OBASTAN VİKİ
Kafe
Kafe (fr. Café) — ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu yemkxana oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən zolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər. SSRİ dağıldıqdan sonra bu ad getdikcə az işlədilməyə başlamışdır.
Kafe stadionu
Kafe stadionu (port. Estádio do Café) — Braziliyanın Londrina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 31,019 nəfərdir. "Londrina" və "Matsubara" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 22 avqust 1976-cı ildə olmuşdur.
Mirvari (kafe)
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Nərgiz (kafe)
"Nərgiz" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. == Tarixi == "Nərgiz" kafesi 1961-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. SSRİ dövründə kafə-restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu. Misal üçün, menüdə nərə və qara kürü olsa da, amma qeyd olunan qiymətə şəhərdə onları tapmaq mümkün deyildi. == Populyar mədəniyyətdə == Kafedə 1961-cı ildə çəkilən "Amfibiya adam" filminin bir epizodu çəkilib. Epizodda Latın Amerikalı xanım "Ey moryak, tı slişkom dolqo plaval" (azərb. Ey dənizçi, sən çox uzun müddət üzmüsən‎) caz mahnısını ifa edir.
Çinar (kafe)
"Çinar" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe. Kafe Azneft meydanında yerləşirdi. 2010-cu ildə kafenin binası sökülərək, kafenin yerində Paşa Holding-ə məxsus "Chinar" adlı restoran tikilib.
İnternet-kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jen Mironosets Baş Kafedral kilsəsi
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı — 1909-cu ildə Bakıda tikilmiş yerli əhəmiyyətli tarixi abidə, kilsə və Bakı yeparxiyasının mərkəzi. Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödəmək üçün dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Dionisi Sveçnikovdur. == Tarixi == === İlk dövrlər === Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı 1908–1909-cu illərdə Bakıda, Fyodor Verjbitskinin layihəsi əsasında tikilib. Kilsə 1901-ci ildə Çar Rusiyasında Tikinti komissiyası tərəfindən təsdiqlənmiş hərbi məbədlər üslubundadır. 1917-ci ilə qədər Çar Rusiyasının əhatə etdiyi ərazilərdə ümumilikdə 64 hərbi məbədlər üslubunda kilsə tikilib. Bakıda tikilən kilsə də 262-ci Salyan piyada alayının tabeliyində olub və onların mənəvi ehtiyaclarını ödəmək üçün tikilib. Kilsənin tikintisinə azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev də dəstək olub. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini İllarion Vorontsov-Daşkov da iştirak edib.
Kafedra
Kafedra (q.yun. καθέδρα «oturmaq yeri»): Kafedra — xristian kilsəsində yepiskopun fəxri yeri, yepiskop hakimiyyətinin simvolu. Kafedra — natiq üçün yüksək kürsü. Kafedra — ali məktəblərdə bir fənn üzrə alimlərin elmi-pedaqoji birliyi. Kafedra — film (SSRİ, 1982).
Kafedral
Kafedral ― bir yepiskopluğun mərkəzi olan, başqa bir deyişlə kilsə iyerarxiyası içində inzibati bir orqan olan, yepiskopun davamlı olaraq olduğu məkandır. Bu məkana içində iştirak edən kilsə də daxildir. Katoliklər və anqlikanlar baxımından etibarlı bir termindir.
Kafedral meydanı (Vilnüs)
Kafedral meydanı (lit. Katedros aikštė) — Vilnüsün Əski şəhərinin baş meydanı. Sovet dövründə Gedimin meydanı adını daşıyırdı. Meydan Gediminas təpəsinin dibində yerləşir. == Tarixi == Kafedral meydanının yeri yazılı mənbələrdə ən erkən qeyd olunmuş Vilnüsün yerlərindən biridir. Xronikalarda və əfsanələrdə onun adı Şventaragis vadisi kimi keçir. Dəmir qurd haqqında əfsanəyə görə, Böyük Knyaz Gediminas öz röyasında Şvenrargis vadisində dəmir qurdu görüb. Röyasındaki dəmir qurdun mənası onun bu yerdə yenilə bilməyən qalanı tikməyə çağırış olduğunu izah edilib. Və 1323-cü ildə Vilnüs şəhərinin əsası bu yerdə qoyulub. Şventaragis vadisində və onun yanındaki Gediminas təpəsində hərəsində bir saray tikilib.
Kazan kafedralı (Sankt-Peterburq)
Kazan kafedralı və ya Kazan Tanrı Anası ikonasının kafedralı (rus. Казанский кафедральный собор) — Ampir üslubunda inşa olunmuş Peterburqda fəaliyyət göstərən ən böyük pravoslav kilsə. Kilsə əhali arasında əziz tutulan Kazan Tanrı Anasının möcüzəvi ikonasının saxlanması məqsədilə memar A. Voronixin tərəfindən 1801-1811-ci ildə Nevski Prospekti üzərində inşa olunmuşdur. 1812-ci ilin Böyük Vətən müharibəsindən sonra, kilsə Rusiya hərbi şöhrətinin ən əhəmiyyətli abidəsinə çevrilmişdir. 1813-cü ildə burada general-feldmarşal Mixail Kutuzov dəfn olunmuş, həmçinin alınan şəhərlərin açarları və başqa hərbi qənimətlər yerləşdirilmişdir. 1932-ci ildə kilsə Din və Ateizm Muzeyinə çevrilir, 1991-ci ildən isə artıq fəaliyyət göstərən məbədin içərisində bir neçə il muzey ekspozisiyası saxlanılırdı. 2000-ci ildən Kazan kafedralı Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı protoiyerey Pavel Krasnotsvetovdur. == Tarixi == === Birinci dərəcəli müqəddəs Tanrı anasının doğulması kilsəsi === 6 (17) sentyabr 1733-cü ildə Nevski Prospekti üzərində barokko üslublu, taxta qübbəli və girişi üzərində zəng gülləsi olan daş kilsənin əsası qoyulmuşdur. Layihənin müəllifi memar Mixail Zemtsov idi.
Kenterberi kafedralı
Kenterberi kafedralı — İngiltərədə bir anqilikan kilsəsi. Yepiskop Aziz Augustinenin 7-ci əsrdə dikdiyi ilk kafedralın xarabalığı üstündə, baş Yepiskop Lanfranc (1070-1089) 11-ci əsrin sonunda, Normandiya ilə döyüşdən sonra qotik üslubunda büyük bir kafedral dikdirdi.
Kordova Cümə məscid-kafedralı
Kordova məscidi-kafedralı(isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanımının şərəfinə tikdirdiyi məscid (isp. Catedral de Nuestra Señora de la Asunción) İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir. Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır. 2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi. == Mənşəyi == Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı.
Köln Kafedralı
Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir. Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir.
Milan kafedralı
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Mirvari kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Münhen kafedralı
Münxen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münxen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münxen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münxen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. == Basdırılanlar == Kafedral qəbristanlığında Münxen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Müqəddəs Fransis Xavier kafedralı (Qrodno)
Müqəddəs Fransis Xavier kafedralı — Belarusun Qrodno şəhərində yerləşən Roma Katolik Kafedralıdır. Əvvəlcə bir Yezuit kilsəsi olan bina, 1991-ci ildə, Qrodno yeni yeparxiyasının qurulduğu bir kafedral oldu. == Tarix == Kilsənin inşasına 1687-ci ildə başlanmışdır. Barokko üslubunda tamamlanan bina 1705-ci ildə Müqəddəs Frensis Xavierin şərəfinə adlandırılır. 1773-cü ildə monastır dağıdıldı və bina kilsəyə çevrildi. Kilsə II Dünya Müharibəsindən ciddi bir zərər görmədən sağ qaldı. 1960-cı ildə ictimai bir dini xidmət üçün rəsmi olaraq bağlandı (27 il). Kommunist hakimiyyəti binanı muzeyə və ya konsert salonuna çevirməyə çalışdı. Buna baxmayaraq, insanlar hər bazar günü ümumi bir dua və mahnı üçün kilsəyə qatıldılar. 1987-ci ildə dini xidmətlər bərpa edildi.
Müqəddəs Georgi kafedralı
Lvov şəhərindəki Müqəddəs Georgi (Yur) arxikafedral kilsəsi (ukr. Архикатедральний собор святого Юра у Львові) və ətrafındakı Müqəddəs Bazilian ordeni Böyük Bazili Ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir. Katedral 19-cu və 20-ci əsrlərdə kafedral Ukrayna Yunan Katolik Kilsəsinin (Şərqi Katolik Kilsələri) ana kilsəsi kimi xidmət etmişdir. Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir. Müqəddəs Georgi kafedralının çox əsirlik memarlıq tarixini, onun əsas tikintisinin tarixinə əsasən şərti olaraq iki böyük dövrə bölmək olar. Birinci dövr demək olar ki, min ildən bir qədər az zaman kəsiyi boyunca davam edirdi, yəni rahiblərin məskunlaşdığı evin tikintisinin başlanğıcından təxminən XVIII əsrin ortalarına qədər — məhz həmin dövrdə köhnə kilsə dağıdılmışdır.
Müqəddəs Georgi kafedralı (Əddis-Əbəbə)
Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir. == Haqqında == Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir. Hazırda kafedralda muzey fəaliyyət göstərir.
Müqəddəs Mariya Kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Müqəddəs Mark kafedralı
Müqəddəs Mark kafedralı (it. Basilica di San Marco — San Marko bazilikası) — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların kapellası kimi fəaliyyət göstərib. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San Pyetro di Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir. Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir. Özünün nəfis qızılı mozaik işləmələrinə görə və eləcə də zəngin Venesiya hakimlərinin simvolu kimi, bu bina XI əsrdən başlayaraq Qızıl kilsə (it. Chiesa d'Oro) adı ilə məşhur idi. == Müqəddəs Mark kafedralının tarixi == === Birinci bazilika === Bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir.
Müqəddəs Mark qibti ortodoks kafedralı
Müqəddəs Mark qibti ortodoks kafedralı (ərəb. كاتدرائية القديس مرقس القبطية الأرثوذكسية‎) - Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qibti Ortodoks kilsəsinə daxil olan kafedral. Kafedral Qahirə şəhərinin Abasiyyə rayonu ərazisində yerləşir və Misirdə yaşayan qibtilərin əsas dini məbədi hesab olunur. Müqəddəs Mark qibti ortodoks kafedralı 1968-ci ildə istifadəyə verilmişdir. 2016-cı ilin 11 dekabr tarixində kafedral yaxınlığında törədilmiş terror hücumu nəticəsində 25 nəfər həlak olmuş, 50 dən çox şəxs isə yaralanmışdır.
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı — 1909-cu ildə Bakıda tikilmiş yerli əhəmiyyətli tarixi abidə, kilsə və Bakı yeparxiyasının mərkəzi. Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödəmək üçün dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Dionisi Sveçnikovdur. == Tarixi == === İlk dövrlər === Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı 1908–1909-cu illərdə Bakıda, Fyodor Verjbitskinin layihəsi əsasında tikilib. Kilsə 1901-ci ildə Çar Rusiyasında Tikinti komissiyası tərəfindən təsdiqlənmiş hərbi məbədlər üslubundadır. 1917-ci ilə qədər Çar Rusiyasının əhatə etdiyi ərazilərdə ümumilikdə 64 hərbi məbədlər üslubunda kilsə tikilib. Bakıda tikilən kilsə də 262-ci Salyan piyada alayının tabeliyində olub və onların mənəvi ehtiyaclarını ödəmək üçün tikilib. Kilsənin tikintisinə azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev də dəstək olub. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini İllarion Vorontsov-Daşkov da iştirak edib.
Müqəddəs Məryəm kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Müqəddəs Nikola dənizçi kafedralı
Müqəddəs Nikola dənizçi kafedralı (rus. Никольский морской собор, tam adı Müqəddəs Nikolay şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Nikola meydanında yerləşən böyük pravoslav kafedral kilsə, məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı - protoierey Boqdan Soykodur. == Tarix == Əraziyə bitişik yerlərdə o zaman bir mərtəbəli qışlaq binalarla tikilmişdi. Burada Hərbi-Dəniz təsisatın xidmətçiləri yaşayırdı. Bu haqqda yaxınlıqda yerləşən Kanoner küçəsinin və Kanoner döngəsinin adları deyilir («kanonir» və ya «kanoner» topçu deməkdir). Günümüzə qədər 1788—1789-cu illərə aid Nikola bazarının daş binaları mühafizə edilmişdi. Kafedralın tikinti yeri uğurla bir tərəfdən cənubi Alay həyəti, bir tərəfdən isə su yollarının yaxınlığı ilə - Fontanka, Qriboyedov və Krükov kanallarla müəyyən edilmişdi. Nikola dənizçi kafedralı əvvəlki taxtadan inşa olunmuş kiçik məbədin yerində «dəniz alay kilsəsi» kimi 1753-cü ildən 1762-ci ilə qədər, Admirallıq-kolleqiyasının baş memarı Savva Çevakinskinin layihəsi əsasında inşa olunmuşdu. Kafedral kilsə eyni anda təxminən 5 min adamı yerləşdirə bilir.
Müqəddəs Pavel kafedralı
Müqəddəs Pavel kafedralı (ing. St Paul's Cathedral) – Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən Anqlikan kafedralı və London yepiskopunun iqamətgahı. Kafedral, London yepiskopluğuna tabe olan bütün kilsələrin ana kilsəsi kimi fəaliyyət göstərir. London şəhərinin ən yüksək nöqətsi olan Ladqeyt-Hilldə inşa edilmiş kilsə, I dərəcəli vacibliyə malik abidə kimi İngiltərənin qeydiyyata alınmış tarixi abidələri siyahısına salınmışdır. Hazırkı kafedralın yerində b.e. 604-cü ilində inşa edilmiş kilsə kimi, kafedral da Həvari Pavelə ithaf edilmişdir. XVIII əsrin sonlarına aid olan hazırkı kilsə binası, İngilis barokkosu üslubunda Ser Kristofer Ren tərəfindən dizayn edilmişdir. Renin sağlığında tamamlanmış kilsə inşası, Böyük London yanğınından sonra, şəhərin bərpa layihəsinin bir hissəsi olmuşdur. Ərazidə olmuş və Böyük Yanğın zamanı böyük bir hissəsi dağılmış qotik üslublu Köhnə Müqəddəs Pavel kafedralı, orta əsrlər və erkən modern London həyatında böyük rol oynamışdır. Kafedral Londonun ən məşhur və ikonik görməli yerlərndən biridir.
Müqəddəs Pyotr kafedrası
Müqəddəs Pyotr kafedrası (lat. Cathedra Petri) - həm də Müqəddəs Pyotr taxtı kimi tanınan relikviyadır. Əsər Roma-Katolik kilsəsinin anklavı olan Vatikan şəhərindəki Müqəddəs Pyotr bazilikasında saxlanılır. Relikviya, adətən Romada Erkən xristianların lideri hesab edilən və Roma yepiskopu titullu ilk Roma Papası olan Müqəddəs Pyotrla əlaqələndirilən taxta taxtdır. Relikviya Covanni Lorenso Bernini tərəfindən 1647-1653-cü illərdə tuncdan hazırlanmış və qızıl suyuna çəkilmiş korpusa salınmışdır. 2012-ci ildə Papa XVI Benedikt taxtı “Pyotr və onun xələflərinin Məsihin mərhəmət və xeyirxahlığa inancının təmsilçisi olmasının simvolu” kimi təsvir etmişdir. Taxta taxt Papa VIII İohanna 875-ci ildə Müqəddəs Roma imperatoru II Keçəl Karl tərəfindən hədiyyə edilmişdir. Relikviya yüzillər ərzində dəfələrlə tədqiq edilmiş, sonuncu dəfə 1968-1974-cü illərdə tədqiqat üçün Berninin hazırladığı altardan çıxarılmışdır. Bu tədqiqat nəticəsində müəyyən edilmişdir ki, taxt qoşa yox tək örtüklü stuldan ibarət olmuş və stulun heç bir hissəsi VI əsrdən əvvəlki dövrə aid olmamışdır. Taxt Müqəddəs Pyotr bazilikasının kafedrasıdır.

Значение слова в других словарях