Müqəddəs Pyotr kafedrası

Müqəddəs Pyotr kafedrası (lat. Cathedra Petri) - həm də Müqəddəs Pyotr taxtı kimi tanınan relikviyadır. Əsər Roma-Katolik kilsəsinin anklavı olan Vatikan şəhərindəki Müqəddəs Pyotr bazilikasında saxlanılır. Relikviya, adətən Romada Erkən xristianların lideri hesab edilən və Roma yepiskopu titullu ilk Roma Papası olan Müqəddəs Pyotrla əlaqələndirilən taxta taxtdır.[2] Relikviya Covanni Lorenso Bernini tərəfindən 1647-1653-cü illərdə tuncdan hazırlanmış və qızıl suyuna çəkilmiş korpusa salınmışdır.[2] 2012-ci ildə Papa XVI Benedikt taxtı “Pyotr və onun xələflərinin Məsihin mərhəmət və xeyirxahlığa inancının təmsilçisi olmasının simvolu” kimi təsvir etmişdir.[3]

Müqəddəs Pyotr kafedrası
lat. Cathedra Petri
Xəritə
Ölkə Vatikan
Memarlıq üslubu barokko
Heykəltaraş Covanni Lorenso Bernini
Sifarişçi VIII Urban
Tikilib 1647, 1658[1]
Material qızıl suyuna çəkilmiş bürünc
Saxlanıldığı yer Müqəddəs Pyotr bazilikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taxta taxt Papa VIII İohanna 875-ci ildə Müqəddəs Roma imperatoru II Keçəl Karl tərəfindən hədiyyə edilmişdir.[2] Relikviya yüzillər ərzində dəfələrlə tədqiq edilmiş, sonuncu dəfə 1968-1974-cü illərdə tədqiqat üçün Berninin hazırladığı altardan çıxarılmışdır.[4] Bu tədqiqat nəticəsində müəyyən edilmişdir ki, taxt qoşa yox tək örtüklü stuldan ibarət olmuş və stulun heç bir hissəsi VI əsrdən əvvəlki dövrə aid olmamışdır.[4]

Taxt Müqəddəs Pyotr bazilikasının kafedrasıdır. Kafedra (lat. Cathedra) latın dilində “stul” və ya “taxt” anlamında istifadə olunmuşdur, buna görə də, kafedral yepiskopun taxtı anlamını daşıyır. Əvvəllər Papalar bu taxtı istifadə edirdilər. O, hazırda Roma Papalarının istifadə etdiyi və hüquqi Papalıq taxtı hesab edilən Lateran bazilikasındakı taxtdan fərqlənir.

Müqəddəs Pyotr taxtı arxasında yerləşən Müqəddəs Ruh pəncərəsi

Kilsə relikviyanı kəsilmələr və qurdların zədələdiyi palıd stul kimi təsvir edir. Stulun hər iki tərəfinə metal qanadlar bərkidilmişdir ki, bu da onun sedia gestatoria və ya sedan kimi istifadəsinə imkan verir. Stulun arxa və qabaq tərəfi yonulmuş fil sümüyü ilə işlənmişdir.

Relikvari orta əsrlər ənənəsinə uyğun olaraq müdafiə etdiyi relikviyanın – bu halda stulun – formasında hazırlanmışdır. Simvolikdir ki, Berninin işlədiyi stulun analoqu yoxdur. Belə ki, o, tamamilə sökülən hissələrdən ibarətdir və söykənəcək hissəsində Pyotra quzuya baş əyməyi təklif edən Məsih[5] relyefi vardır. Böyük mələk fiqurları ajur panelini realistik oturacaq ətrafında saxlayır: relikviya bunun içərisində saxlanılır.

Kafedra dörd qat həyati ölçüyə malik dörd kilsə müəllimin heykəli tərəfindən saxlanılan qıvrılmış dəstəklərə malik dayanacaq üzərində yerləşdirilib. Kafedranı saxlayan müqəddəs fiqurlar Müqəddəs Ambrosi, Avqustin Avrelius, İohann Xrisostomİskəndəriyyəli Afanasiyə məxsusdur. Bazilika apsidasında altar altında asılmış kimi görünən kafedra tavanları da işıqlandırılan və bulud heykəlləri ilə əhatələnmiş mərkəzi pəncərədən düşən şüalarla işıqlandırılır. Berninin Müqəddəs Terezanın ekstazı əsəri kimi, Müqəddəs Pyotr kafedrası da, birləşdirici heykəltəraşlıq və polixrom memarlığın barokko incəsənətində işıq effektləri ilə manipulyasının yekun birləşməsidir.

Frizin yuxarısında qızılı fon üzərində latın dilində "O Pastor Ecclesiae, tu omnes Christi pascis agnos et oves" (Oh, kilsə keşişi, siz Məsihin bütün quzu və qoyunlarını yemləyirsiz.) Sağ tərəfdə həmin yazı yunan dilində yazılmışdır.[6] Altarın arxasında Bernininin taxta masanı da özündə ehtiva edən, Roma yepiskopunun Məsihin vikariyası və Müqəddəs Pyotrun xələfi olmasını simvolizə edən abidəsi yerləşir.

Müqəddəs Pyotr taxtı bayramı

[redaktə | mənbəni redaktə et]
Roma Papalarının Müqəddəs Pyotr bazilikasındakı taxtı. Sonuncu dəfə 1867-ci ildə cəmiyyətə göstərilib.

Erkən martirologiyaların verdiyi məlumata görə, Keçəl Karlın hakimiyyətindən yüz il əvvəl Romada Müqəddəs Pyotrun taxtı ilə əlaqəli iki liturgik bayram qeyd edilirdi: bunlardan biri Köhnə Müqəddəs Pyotr bazilikasının vəftiz kapellasında saxlanan taxt, digəri isə Pirsçilla katakombasında saxlanan taxtla bağlı idi.[7] Bu bayramlar müvafiq olaraq 18 yanvar22 fevral tarixlərinə təsadüf edirdi. Lakin, iki taxtdan heç biri dövrümüzə çatmamışdır. Bundan sonra bayram abstrakt “Pyotr taxtı” ilə əlaqələndirilmiş, sinexdoxa olaraq taxt Papanın Roma yepiskopu kimi hüququnu sikvolizə edir və ilk olaraq Müqəddəs Pyotr tərəfindən tətbiq edilməsi, sonradan Roma taxtı kimi genişləndirilməsi ilə əsaslandırılır. Baxmayaraq ki, hər iki bayram ilkin olaraq Müqəddəs Pyotrun Romaya gəlməsi ilə əlaqəli idi, XIX əsrdən etibarən “Martyrologium Hieronymianum”a əsasən 18 yanvar Pyotrun Romaya, 22 fevral isə Antioxiyaya gəlməsi ilə əlaqələndirilir. Hər iki bayram 1604-cü ildə VIII Klement tərəfindən təsdiq edilmiş Tridentin təqvimində (Müqəddəslər təqvimi) qoşa pillədə yerləşdirilmiş və son zamanlarda Böyük Cütlük adlandırılmağa başlamışdır.

1960-cı ildə Papa XXIII İohann 18 yanvar təqvimini, eyni müqəddəslə və ya hadisə ilə əlaqəli olan əlavə yeddi ikinci bayramla birlikdə Ümumi Roma Təqvimindən çıxarmışdır.[8] 22 fevral bayramı ikinci dərəcəli bayram kimi qeyd edilməyə başlanılmışdır. Bu təqvim Papa XXIII İohannın 1962-ci il Roman Missalı ilə birləşdirilmiş, daha sonra isə Papa XVI Benedikt tərəfindən Summorum Pontificum xeyrinə sanksionarlaşdırılmışdır. XXIII İohannın dəyişiklərini qəbul etməyən mühazfiəkar katoliklər hələ də hər iki bayramı ayrılıqda qeyd etməyə davam edirlər: 18 yanvar “Romada Müqəddəs Pyotr taxtı”, 22 fevral isə “Antioxiyada Müqəddəs Pyotr taxtı” günləri kimi qeyd edilir.

1969-cu ildən tətbiq edilməsinə başlanılmış yeni klassifikasiyaya əsasən 22 fevral bayramı Roma təqvimində bayram kimi qeyd edilir.

  1. Make Lists, Not War (ing.). 2013.
  2. 1 2 3 "Interior of the Basilica". Vatican State. 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2017.
  3. Akin, Jimmy. "9 things you need to know about the "Chair of St. Peter"". National Catholic Register. February 20, 2013. September 8, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2017.
  4. 1 2 "The Chair of Peter". Catholic Exchange. Sophia Institute Press. February 22, 2016. April 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2017.
  5. İohann 21:17
  6. "The Tribune: Altar of the Chair of St. Peter". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2017.
  7. "Catholic Encyclopedia: "Chair of Peter"". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2017.
  8. Variationes in Breviario et Missali Romano ad normam novi Codicis Rubricarum Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine, I — Variationes in calendario, 8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]