KAMYAB
KANKƏN
OBASTAN VİKİ
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kan (rayon)
Kan (fr. Caen) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Kan. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi; 19 mart 1858[…] – 31 mart 1927 və ya 28 fevral 1927, Sindao) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.
Naoto Kan
Naoto Kan (yap. 菅 直人) — Yaponiya Baş Naziri (2010–2011).
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Yo Kan
Yo Kan (韓陽, Kan Yo, 19 oktyabr 1978, Şenyan) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yo Kan Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Kan (musiqiçi)
Kan Kimura (木村 和, Kan Kimura, 24 sentyabr 1962, Fukuoka – 12 noyabr 2023) və ya səhnə adı ilə Kan – Yaponiya müğənnisi. 1990-cı ildə buraxdığı "Ai wa Katsu" mahnısına görə tanınır. == Həyatı == Kan 1987-ci ildə debüt albomu olan "Terebi no Naka ni" (hərf. "Televiziyada") albomunu buraxmışdır. Onun 1990-cı ildə buraxdığı "Yakyu Senshu ga Yume datta" (hərf. "Beysbolçu olmağı arzuladım") albomuna daxil olan "Ai wa Katsu" (hərf. "Sevgi qalib gələcək") mahnısı Yaponiyada böyük hit olmuşdur. Mahnı 1991-ci ildə Yaponiya Səsyazma Mükafatında pop və rok kateqoriyasının qalibi olmuşdur. 2002–2004-cü ildə Parisdə piano dərsləri almışdır. Yaponiyaya qayıtdıqdan sonra diqqətini konsertlər və radio proqramlarına yönəltmişdir. === Ölümü === Kan 2023-cü ilin martında ona Mekkel divertikul xərçəngi diaqnozu qoyulduğu açıqlamış və səhnə fəaliyyətini dayandırmışdır. 12 noyabr 2023-cü ildə ölmüşdür.
Kan-sür-Mer
Kan-sür-Mer (fr. Cagnes-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Robert Elliot Kan
Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[…], Nyu-York, Nyu-York ştatı) —ABŞ elektrik mühəndisi və Vint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir. 2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır. == Həyatı == Robert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır. Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır. O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.
Kan-i-Qut mağarası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhf edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhf olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
Kan-i-Qut mağrası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhf edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhf olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
"Oktyabr İnqilabı" kanalı
"Oktyabr İnqilabı" kanalı (OİK) — Dağıstan Respublikasının, eləcə də Maxçqala, Kaspiysk və İzberbaş şəhərlərini su ilə təmin edən kanal. Kanal əsasən Dağıstanın quraq və az sulu rayonları olan Terek-Sulak və Primorski düzənliyini su ilə təmin etmək məqsədilə çəkilib. == Tikilmə tarixi == === İlk tikinti cəhtləri === Primorski və Terek-Sulak düzənliyində rütubət çatışmazlığı üzündən tez-tez quraqlıq qeydə alınırdı. Sulak çayı ilə Mahaçkala arasında qalan geniş məhsuldar torpaqlar ancaq otlaq sahəsi kimi istifadə olunurdu. Su çatışmamzlığı Mahaçqala şəhərinin inkişafına, eləcə də sənayenin inkişafına mənfi təsir göstərirdi. Şəhəri su ilə ancaq Tarki-Taudan çəkilən su xətti təmin edirdi. Bundan başqa Şurinka və Sulak çaylarından su gətirilirdi. Kanalın tikintisinə ilk cəht XIX əsrin ikinci yarında olmuşdur. 1 may 1875-ci ildə mühəndis Nevinskinin rəhbərliyi ilə Sulak çayında Mahaçqalaya (Petrovski-Port) kanal çəkilişinə start verildi. 1876-cı ildə kanalın 46 verstlik hissə çəkildi.
1982-ci il Kanada Qanunu
1982-ci il Kanada Qanunu, Böyük Britaniya parlamentinin Kanadanın tələbi ilə verdiyi bir qanundur. Qanunla Kanada Konstitusiyasına edəcəyi düzəlişlər üçün Böyük Britaniyanın razılığını almaq öhdəliyindən azad olmuşdu. Qanun, eyni zamanda, 1931-ci il tarixli Vestminster Statusunun İngiltərəyə verdiyi qanunvericilik imtiyazlarına (Kanada ilə bağlı hüquqi tənzimləmə və s.) xitam verdi.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
2021 Süveyş kanalının tıxanması
Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur. İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir. Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır. Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi. Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur. == Zəmin == 1869 ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarında biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir ki, bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir. Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət gədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini şərtləndirmişdir. Kanalın genişləndirmə layihəsi realizasiya mərhələsində olmasına baxmayaraq, kanalın böyük bir hissəsi hələ də birtərəfli olaraq qalır. İrlandiya Milli dəniz kollecinin müəllimi və keçmiş kapitanı Bil Kavana, Süveyş kanalında üzməni «yüksək riskli çox mürəkkəb əməliyyat» kimi təsvir etmişdi.
5-ci kanal (Birləşmiş Krallıq)
5 Kanal (ing. Channel 5) — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi. Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir. == Kompaniya == 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı.
5 kanal (Böyük Britaniya)
5 Kanal (ing. Channel 5) — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi. Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir. == Kompaniya == 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı.
A&E (televiziya kanalı)
A&E — ABŞ-dən başqa Kanadada, Avstraliya və Latın Amerikasında yayımlanan Amerika kabel və peyk kanalı. Əvvəllər İncəsənət və Əyləncə Şəbəkəsi adlanan kanal 1984-cü il fevralın 1-də ABŞ və Kanadada yayımlanmağa başlamışdır. 1995-ci ilin may ayında kanal rəsmi olaraq A & E şəbəkəsi adlandırıldı, buna görə yüksək incəsənətlə əlaqələndirildi. O vaxtdan bəri, müxtəlif realiti şouları və Böyük Britaniya ilə birlikdə hazırlanan dramatik mini seriyalar sayəsində kanal daha da uğur qazanmışdır ("Ceyn Eyr", "Qürur və xurafat", "Emma", "Uzunluq", "İtirilmiş dünya", "Viktoriya və Albert"). 2002-ci ildən başlayaraq, kanal diqqətini gənc auditoriyanı cəlb etməyə yönəldib, müntəzəm olaraq müxtəlif mövzularda televiziya filmləri və proqramları, həmçinin televiziya şousu yayımlayır.
ABS-CBN (televiziya kanalı)
ABS-CBN – mənzil-qərargahı Quezon City-də yerləşən ABS-CBN Corporation şirkətinə məxsus bir Filippin ticarət televiziya kanalıdır. Kanal 23 Oktyabr 1953-cü ildə istifadəyə verildi. Kapamilya Network olaraq da bilinir.
ABŞ-Kanada tornadosu (1985)
1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-York və Ontarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir. Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur. Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.
A (kana)
あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır. == Yaranması == ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır. == Yazılış == あ hiraqanası 3 xətlə yazılır: Başda soldan sağa horizantal xətt. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt. Aşağıda の kanası xatırladan hissə.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Aleksandr Kanningem
Aleksandr Kanningem (ing. Sir Alexander Cunningham; 23 yanvar 1814, London – 28 noyabr 1893, London, Birləşmiş Krallıq) — Böyük Britaniya hindşünası, arxeloqu, hərbçisi. == Həyatı == Aleksandr Kanningem 23 yanvar 1814-cü ildə Böyük Britaniyanın paytaxtı London şəhərində anadan olmuşdur.19 yaşında leytenant rütbəsində hərbi mühəndis kimi Hindistanda xidmət etməyə yollanmışdı. O gedişlə 28 il orda xidmət etmişdi. Aleksandr Kanningem Hindistanda xidmət edərkən bu ölkənin tarixi ilə məşğul olmuşdur. Hind vadisi mədəniyyəti ilə bağlı ilk məlumat verən şəxsdir. Aleksandr Kanningem Yueçjilərin türk olduğunu iddia edən tədqiqatçılardan biridir. 1867-ci ildə imperatoriçə I Viktoriya ona cəngavər ünvanı vermişdi. Aleksandr Kanningem 28 noyabr 1893-cü ildə London şəhərində vəfat edib.
Alexandro Kantero
Alexandro Kantero Sançez (8 iyun 2000, Madrid) – İspaniya klubu olan Levantenin futbolçusu. == Karyerası == === Levante-2 === Levante-2–də ilk matçına 20 yanvar 2019-cu ildə keçirilən Levante 2-Kornella matçının 67-ci dəqiqəsində çıxıb. Matç 0–0 hesablı heç-heçə ilə başa çatıb. Levante-2-də ilk dəfə 24 mart 2019-cu ildə keçirilən Levante 2-Sabadell matçında fərqlənib. Matçın 4-cü və 46-cı dəqiqələrində qol vurub. Beləliklə, bu matçda Alexandro Kantero Levante-2 də dublda etmiş oldu. Matç Levante 2-nin 3–1 hesablı qələbəsi ilə başa çatıb. === Levante === Levantenin heyətində ilk matçına 30 aprel 2021-ci ildə keçirilən Selta Viqo-Levante matçında çıxıb. Start heyətdə meydana çıxan Kantero 79-cu dəqiqədə əvəzlənib. Matç Selta Viqonun 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Alfons de Kandol
Alfons de Kandol (fr. Alphonse Louis Pierre Pyramus de Candolle; 27 oktyabr 1806[…], Paris – 4 aprel 1893[…], Cenevrə) — İsveçrə botaniki. == Əsərləri == de Candolle, Alphonse. Géographie botanique raisonnée. Paris: V. Masson. 1855. OCLC 2156582. de Candolle, Alphonse. Origin of Cultivated Plants. New York: Appleton.
Alisa Kano
Alisa Kano (7 noyabr 1994) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Alisa Kano, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Kano həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Alisa Kano 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Allan Kanningem
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
Almaniyanın Federal Kansleri
Federal kansler (alm. Bundeskanzler‎) – Almaniya Federativ Respublikasında hökumət başçısı. == Tarix == Federal kansleri vəzifəsi 1949-cu ildən mövcuddur. İlk Federal kansleri Konrad Adenauer olub. Bu günə kimi Federal Kansleri kürsüsünə yalnız Xristian-Demokratik Birliyinin (CDU) və ya Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədləri seçilmişdir.
Almaniyanın Federal kanslerinin siyahısı
Almaniyanın Federal kansleri Almaniya Federal Respublikasının siyasi lideri və federal hökumətinin başıdır.
Alqami kanalı döyüşü
Alqami kanalı döyüşü — Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlularla Əmir Teymurun nəvəsi Əbubəkr ibn Miranşahın başçılıq etdiyi Teymuri qoşunu arasında 1402-ci ilin sonlarında Bağdadı və İraqı ələ keçirmək uğrunda baş vermiş döyüş. == Arxa plan == Elxanilərin rəqib monqol tayfaları olan Çobanilər, Cəlairilər, Müzəffərilər və İncuidlərə parçalanmasından sonra baş vermiş daxili mübarizə və xarici müdaxilələr onları Əmir Teymurun işğalları üçün ideal hədəfə çevirmişdir. 1393-cü ildə yürüşə çıxan Teymur İran, İraq, Azərbaycan, Ermənistan, Gürcüstanı işğal edib yağmaladıqdan sonra 1396-cı ildə Səmərqəndə geri döndü. O, İran Müzəffərilərini bu yürüş zamanı süquta uğratdı. Lakin o, Sultan Əhməd Cəlair komandanlığındakı Cəlairiləri və ona tabe olan türkmən konfederasiyasının başçısı Qaraqoyunlu Qara Məhəmməd Türemişi, onun oğlu Qara Yusifi ortadan qaldıra bilmədi. Nəhayət, o bu ikiliyə qarşı yürüşə başladı. Lakin Osmanlı dövləti onları qaçqın kimi qəbul etdi. Bu əsnada Misirin Məmlük sultanı Nəsrəddin Fərəc Teymurun elçisini qeyri-qanuni formada həbs etdirdi. Lakin o, bu iki düşməni aradan götürməmiş Sultan Əhməd və Qara Yusifə tərəf yönəlmədi. Suriyaya hücum edən Teymur oranı Məmlüklərdən işğal etdi və İraqa geri döndü.
Alxançurt kanalı
Alxançurt kanalı — Şimali Qafqazda suvarma və nizamlayıcı kanal. Kanal Alxançurt vadisindən keçməklə Şimali Osetiya, İnquşetiya və Çeçenistan ərazilərinə aiddir. Kanal Alxançurt rayonlar arası suvarma və nizamlama sisteminin əsas kanalıdır. Kanalın əsas su götürmə mənbəyi — Terek çayıdır. Axançurt kanalı əsas iki qola bölünür. Qərb və Şərq kanalları. Bu qolların ayrılma nöqtəsinə kimi kanalın uzunluğu 66,4 km-dir. Qolları ilə birlikdə kanalın ümumi uzunluğu — 182,4 km-dir. Kanal inşasından sonra Açaluk çayıda kanala tökülməyə başlamış. Dövlət su reyestrində obyekt kodu — 07020000222308200003054.
Amberyo-an-Byuje (kanton)
Amberyö-an-Büje (fr. Ambérieu-en-Bugey) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kantonun əhalisi 2007-ci ildə 21226 nəfər təşkil edirdi. Kodu — 0101. Amberyö-an-Büje kantonuna 8 kommun daxildir və bunlardan əsas Amberye-an-Byuje kommunası hesab edilir. == Kantonun kommunları == Sen-Moris-de-Reman — əhalisi 664 nəf. Sen-Deni-an-Büje — əhalisi 2053 nəf. Duvr — əhalisi 915 nəf.
Amberyö-an-Büje (kanton)
Amberyö-an-Büje (fr. Ambérieu-en-Bugey) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kantonun əhalisi 2007-ci ildə 21226 nəfər təşkil edirdi. Kodu — 0101. Amberyö-an-Büje kantonuna 8 kommun daxildir və bunlardan əsas Amberye-an-Byuje kommunası hesab edilir. == Kantonun kommunları == Sen-Moris-de-Reman — əhalisi 664 nəf. Sen-Deni-an-Büje — əhalisi 2053 nəf. Duvr — əhalisi 915 nəf.
Ambryon (kanton)
Ambrön (fr. Embrun) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0508. Ambrön kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Ambrön kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 10 600 nəfər təşkil edirdi.

Значение слова в других словарях