Robert Elliot Kan Nyu-Yorkdaaşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır.[7][8][9][10][11] Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecindəelektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır.[12][13] O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.[14] Daha sonra müxtəlif kompüter şəbəkələrini birləşdirmək üçün TCP/IP protokollarını inkişaf etdirməyə kömək etmişdir. IPTO-nun direktoru olduqdan sonra Birləşmiş Ştatlar hökumətinin milyard dollarlıq kompüter tədqiqatı və inkişafı proqramı olan Strateji Hesablama Təşəbbüsünə başlamışdır.[15]
On üç ildən sonra 1986-cı ildə DARPA-dan ayrılmış və Milli Tədqiqat Təşəbbüsləri Korporasiyasını (CNRI) yaratmışdır. O, hələ də təşkilatın sədri, baş direktoru və prezidenti olaraq qalır.[16]
Oral history interview with Robert E. Kahn, Charles Babbage Institute, University of Minnesota, Minneapolis. Focuses on Kahn's role in the development of computer networking from 1967 through the early 1980s. Beginning with his work at Bolt Beranek and Newman (BBN), Kahn discusses his involvement as the ARPANET proposal was being written, his decision to become active in its implementation, and his role in the public demonstration of the ARPANET. The interview continues into Kahn's involvement with networking when he moves to IPTO in 1972, where he was responsible for the administrative and technical evolution of the ARPANET, including programs in packet radio, the development of a new network protocol (TCP/IP), and the switch to TCP/IP to connect multiple networks.