Fikrət Məmmədov (kapitan)
Fikrət Akif oğlu Məmmədov (d. 1982; Azərbaycan - ö. 28 may 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2014-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
== Həyatı ==
Fikrət Məmmədov 1982-ci ildə anadan olub.
== Hərbi xidməti ==
Kapitan Fikrət Məmmədov 2014-cü ildə, mayın 27-dən 28-nə ötən gecə, saat 2.55 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 29-u isə Fikrət Məmmədov Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Fikrət Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.