KART-BLANŞ

is. \[fr. carte blanche "doldurulmamış blank"\] 1. hüq. bir səlahiyyətli şəxsin ağ vərəqi imzalayaraq mətni yazmağı başqasına etibar etməsi. 2. məc. Hərəkət azadlığı, məhdudiyyətsiz səlahiyyət. Demokratikləşmək üçün verilən bu kart-blanşın vaxtı yaxınlarda bitəcək
KART
KARTEST
OBASTAN VİKİ
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Blanş (müğənni)
Elli Delvo (fr. Ellie Delvaux; d. 10 iyun 1999, Brüssel, Belçika) və ya səhnə adı ilə Blanş (fr. Blanche) — Belçika müğənnisi və bəstəkarı. O, Belçikanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elli Delvo 10 iyun 1999-cu ildə Belçikanın paytaxt şəhəri olan Brüsseldə anadan olmuşdur. Elli milliyətcə yəhudidir və fransız, idiş, ivrit və ingilis dillərində sərbəst danışa bilir. O kiçik yaşlarında musiqi ilə maraqlanmış və daha sonra musiqili teatrlarda keçirilən dərslərdə iştirak etmişdir. Elli 16 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2016: The Voice Belgique === 2016-cı ilin yanvar ayında Blanş Belçikanın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir.
Blanş Monye
Blanş Monye (fr. La Séquestrée de Poitiers; 1 mart 1849, Puatye, Vyenna – 13 oktyabr 1913, Blua, Luar və Şer) — Fransanın Puatye şəhərində anası tərəfindən yaşadığı evin kiçik bir otağında 25 il saxlanılmış fransız qadın. Monye 25 il ərzində günəş işığı düşməyən otaqda tək saxlanılmışdır. == Həyatı == Blanş Monye 1849-cu ildə Fransada anadan olmuşdur. 1876-cı ildə Monye Fransa cəmiyyətinə yeni-yeni addımlarını atan gənc xanım kimi tanınırdı. Gənclik illərində özündən yaşça böyük hüquqşünasla münasibət qurması anası tərəfindən xoş qarşılanmamışdır. Anası öz işində uğursuz olan və yaşça böyük bir şəxslə qızının görüşməsini və ailə həyatı qurmasını arzulamırdı. Hadisələr bir gün Monyenin qəfildən yoxa çıxması ilə nəticələnir. Yaxınları və qızı tanıyanlar Monyenin mistik şəkildə itməsinə təəccüblənirlər. Anası və qardaşı gənc qızın yasını saxlayaraq baş vermiş hadisəyə heç bir izah gətirə bilmir.
Lankasterli Blanş
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Savoyyalı Blanş
Savoyyalı Blanş (it. Bianca di Savoia) (1472, Kazale-Monferrato[d], Pyemont – 30 mart 1519, Turin) — Savoyya hersoqu I Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Montferat markizi VIII Uilyam, anası isə Milan hersoqu I Françesko Sforzanın qızı Elizabet Sforzadır. 1 aprel 1485-ci ildə Savoyya hersoqu I Çarlzla evləndirildi və bu nikahdan 2 övladı dünyaya gəldi. Ərinin 1490-cı ildə ölümü və 1 yaşlı oğlunun hersoq elan edilməsinin ardından Blanş taxt naibi təyin edildi. Naibliyi dövründə Fransa ilə dost münasibətlər saxlanıldı. Hətta Fransa kralı VIII Çarlza və ordusuna İtaliyanı və Neapolu işğal etdiyi səfəri əsnasında hersoqluğun ərazisindən keçməyə icazə verildi. Ancaq oğlunun 6 yaşında ikən yatağından düşərək ölməsi nəticəsində taxt boş qaldı. Səltənət ərinin əmisi olan Savoyyalı Filippin əlinə keçdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti mərhum hersoq I Çarlz və Blanşın 9 yaşlı qızı Yolanda ilə evləndirdi.
Dan-Blanş
Dan-Blanş (fr. Dent Blanche) — İsveçrənin Vale kantonunda Pennine Alp dağlarında zirvə. 4.357 m (14.295 fut) hündürlüyündədir və Alp dağlarının ən yüksək zirvələrindən biridir. Zirvəyə ilk yüksəliş 18 iyul 1862-ci ildə Tomas Stüart Kennedi, Uilyam Viqram, Yohan Kroniq və Jan-Batist Kroz tərəfindən edilmişdi. == Adının mənşəyi == Fransız dilindən hərfi tərcümədə Dent Blanche — Ağ Diş deməkdir. Bununla belə, Dan-Blanş zirvəsində qar və buzlaqlar demək olar ki, olmur. 1842-ci ildə Voerl atlasında hətta Dan-Blanş Dan Noire (Qara Diş) kimi adlandırıldı. Guman edilir ki, yaxınlıqda yerləşən indi Val-d'Herans kimi tanınan başqa bir zirvə ilə adlarda qarışıqlıq olub. Bu zirvənin şimal üzü qar və buzlaqlarla örtülüdür. Vale kantonunun yerli sakinləri görünən qarsız zirvəni Val-d'Hérans, arxasındakı gizli zirvəni isə Dan-Blanş adlandırırdılar.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Kart oxuyucusu
Kart oxuyucusu (ing. card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kart oyunçuları
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır. Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Qrin kart
Qrin kart (ing. Green card) — ABŞ-da daimi yaşayış icazəsi əldə etmək üçün verilən sənəddir. Bu kart ABŞ-də qanuni olaraq işləmək və yaşamaq hüququ verir. Qrin Kart sahibləri ABŞ vətəndaşları kimi bir çox hüquq və imtiyazlara malikdirlər, lakin bəzi fərqlər mövcuddur, məsələn, seçki hüququ yoxdur. == Tarixi == Qrin Kart sistemi 1940-cı illərdə ABŞ hökuməti tərəfindən tətbiq edilmişdir. İlk dəfə İkinci Dünya müharibəsindən sonra, xarici işçilərin ABŞ-yə köçürülməsi və ölkənin iqtisadi gücünün artırılması məqsədilə yaradılmışdır. 1990-cı ildə ABŞ-də Qrin Kart lotereya sistemi tətbiq olundu ki, bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaratdı. == Faydaları == Qrin Kart sahibləri bir sıra hüquq və üstünlüklərə malikdirlər: ABŞ-də yaşamaq və işləmək hüququ: Qrin Kart sahibinə ABŞ-də daimi yaşamaq və işləmək hüququ verilir. Ailə birləşdirilməsi: Qrin Kart sahibləri yaxın ailə üzvlərini ABŞ-yə gətirə bilərlər. ABŞ vətəndaşı olmaq imkanı: 5 il müddətində Qrin Kart sahibi olduqdan sonra ABŞ vətəndaşı olmaq üçün müraciət etmək mümkündür.
Qırmızı kart
Qırmızı kart — Sarı və qırmızı kartlar ilk dəfə 1971 -ci ildə Meksikada kecirilən Dünya çempionatında göstərilib Futbol tarixində ən çox kart isə 2006 - cı ildə Dünya cempionatında 1/8 finalda Hollandiya və Portuqaliya komandaları arasında olmuşdur. Rusiyalı hakim Valentin İvanov tərəfindən oyunculara 16 sarı və 4 qırmızı kart göstərilib. Futbol oyununda sarı kart xəbərdarlıq etmək üçün qırmızı isə kobud oyuncunu oyundan xaric etmək üçündür qayda pozuntusuna yol verən oyuncu 2-sarı kart aldığı zaman oyundan xaric olunur Qırmızı kart alan oyuncunu hec bir oyuncuyla əvəz etmək olmaz Qırmızı və sarı kartı keçmiş FiFA hakimlər komitəsinin sədri Ken Aston daxil edib.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). == Tarixi == 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki , telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Video kart
Video kart — məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti çox parametrdən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s. 1982-ci ildə "Hercules" firması "Hercules Graphics Adapter" (HGA) adlı ilk iki rəngli (ağ-qara) videokartı ictimaiyyətə təqdim etmişdir. qrafik kart– ekrana çıxarılan görüntüləri formalaşdırmağa xidmət edən genişləndirmə lövhəsi. Funksional əlamətlərinə görə üç qrupa ayrılır: 2D-kartlar, 3D-akseleratorlar və birləşdirilmiş kartlar (2D/3D). İkiölçülü qrafika ilə işləmək üçün nəzərdə tutulmuş 2D-kartlar artıq istehsal olunmur. Video kartlar 4 əsas hissədən ibarətdir: Qrafik həll prosessoru (GPU), qrafik RAM-ı, bağlayıcılar, soyuducular. Video kartların həmçinin kompüterin əsas yaddaşından ayrı öz yaddaşı var. Bu adətən kompüterin əsas yaddaşından çox sürətli olur. Video kartlar adətən PCI, AGP və ya PCI Ekspressdən istifadə olunaraq ana plata ilə əlaqəndirilir.
Plastik kart
Plastik kartlar və ya ödəmə kartları — vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan — özünəməxsus "elektron pul". Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) — hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) — hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması. Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər.
Mavi kart
Mavi kart (ing. Blue Card) — Aİ ölkələrində yüksək ixtisaslı işçilər üçün tətbiq olunan bir iş icazəsi növüdür. 2009-cu ildən bəri qüvvədədir və əsasən xaricdən ixtisaslı mütəxəssislərin Avropa ölkələrinə cəlb edilməsini asanlaşdırmaq məqsədi daşıyır. Layihəni Avropa Komissiyasının sədri Manuel Barrozu 23 oktyabr 2007-ci ildə təqdim etmişdir. Mavi Kartın tətbiqi ilə bağlı 2009/50/EC saylı Direktiv nəhayət, 25 may 2009-cu ildə Avropa İttifaqı tərəfindən qəbul edilmişdir. Bu Direktivin Avropa İttifaqına üzv ölkələr (bundan sonra Aİ) tərəfindən dəyişdirilməsi (qanun və qaydalara daxil edilməsi) müddəti 19 iyun 2011-ci il tarixində başa çatmışdır. == Xüsusiyyətləri == Əsasən ali təhsilli, ixtisaslı mütəxəssislər və ya tələb olunan sahələrdə təcrübəsi olan işçilər üçün nəzərdə tutulub. Ərizəçinin təklif olunan illik maaşı, ölkənin orta maaş səviyyəsindən müəyyən bir faiz yüksək olmalıdır (bu rəqəm ölkələr arasında dəyişir). İş icazəsi ilə yanaşı, ailə üzvləri üçün də yaşamaq və işləmək hüququ verilir. İcazə sahibləri müəyyən bir müddət sonra daimi yaşamaq hüququ əldə edə bilərlər.
Blanş (Orlean hersoqinası)
Orleanlı Blanş (fr. Blanche d'Orléans; 1 aprel 1328 – 8 fevral 1393, Vensen) — Fransa kralı IV Çarlzın qızı, ilk Orlean hersoqinası. Eyni zamanda o, Kapetinqlər sülaləsinin son nümayəndəsidir. Blanş, Fransa kralı IV Çarlzın yetkinlik yaşına çatan yeganə qızı və varisi olaraq 1328-ci ildə dünyaya gəldi. Ancaq dünyaya gələndə artıq atası vəfat etmiş, səltənət parçalanmışdı. Belə ki, Navarra taxt-tacına əmisi X Lüdovikin qızı Janna, Fransa taxt-tacına isə atasının əmisi oğlu Valualı Filipp sahiblənmişdi. Beləcə, Kapetinqlər sülaləsinin kişi şəcərəsi sonlanmış, Fransa taxt-tacı onun alt-qolu olan Valua sülaləsinin əlinə keçmişdi. Ancaq Valua sülaləsinin hakimiyyətə gəlməsi bəzi yerli əsilzadələri narazı salmışdı. Bu səbəblə, mərhum kralın yeganə varisi olan qızı Blanşın evliliyi mühüm məsələ idi. Yeni kral VI Filipp 8 yanvar 1345-ci ildə onu öz kiçik oğlu Orlean hersoqu Filipplə evləndirdi.
USB fləş kart
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s. Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. == Tarixi == 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü.
Uno (kart oyunu)
UNO! ABŞ-də yaranan stolüstü oyundur . Ən azı 2 nəfərlə oynanılır. Oyunun məqsədi əlindəki kartları hamıdan əvvəl bitirməkdir.
Burqundiyalı Blanş (Fransa kraliçası)
Burqundiyalı Blanş (fr. Blanche de Bourgogne; təq. 1296, bilinmir – 29 aprel 1326, bilinmir) — Fransa kralı IV Çarlzın ilk xanımı, Fransa və Navarra kraliçası. Atası Burqundiya qrafı IV Otto, anası isə Artes qrafinyası Matildadır. 1307-ci ildə böyük bacısı Janna Fransa kralı IV Filippin böyük oğlu Lüdoviklə evləndirilmişdi. Bu əlaqələri gücləndirmək məqsədilə cəmi bir il sonra - 1308-ci ilin yanvarında Blanş kralın digər oğlu Çarlzla evləndirildi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər. Ancaq 1314-cü ildə Blanş və bacısı Janna, eləcə də kralın digər gəlini Marqarita haqqında skandal şaiyələr gəzməyə başladı. Tarixə Nesl skandalı olaraq düşən bu hadisənin ardından təqsirli görülən gəlinlər dərhal həbs edildi. Bacısı Jannanın günahsızlığı isbatlansa da, Blanş və Marqarita təqsirli görüldülər və saçları kəsilərək Normandiyadakı Qaylard qalasına ömürboyu həbs edildilər.
Fransalı Blanş (Avstriya hersoqinası)
Fransalı Blanş (fr. Blanche de France; 1278, Paris – 1 mart 1305, Vyana) — Avstriya hersoqu və Bohemiya kralı I Rudolfun xanımı, Avstriya hersoqinası. == Həyatı == Blanş 1278-ci ildə Parisdə dünyaya gəldi. Atası Fransa kralı III Filipp, anası isə onun ikinci xanımı Brabantlı Mariyadır. Dörd uğursuz nişanlılığın ardından Blanş nəhayət beşinci nişanlısı ilə ailə həyatı qurdu. Onun ilk nişanı 1290-cı ilin sentyabrında Namur markizi I Conla baş tutsa da, qısa zaman sonra bu nişan pozuldu. Onun ikinci nişanlısı isə İngiltərə taxtının varisi Eduard oldu. 31 iyul 1291-ci ildə bağlanan sülh ilə cütlüyün nişanlanması qərarlaşdırılsa da, çox keçmədən varisin anası vəfat etdi. Dul qalan İngiltərə kralı I Eduard isə özünə yeni xanım axtarmağa başladı və oğlunun nişan mərasimini müvəqqəti olaraq təxirə saldı. Növbəti 2 il ərzində Blanş artıq yetkinlik yaşına çatmışdı ancaq I Eduard hələ də özünə uyğun bir xanım tapa bilməmişdi.
Fransalı Blanş (Kastiliya infantası)
Fransalı Blanş (fr. Blanche de France; isp. Blanca de Francia; 1253[…] – 1320, Paris) — Fransa kralı IX Lüdovikin qızı, Kastiliya infantası. == Həyatı == Blanş 1253-cü ildə Təl-Əviv yaxınlığında dünyaya gəlib. Atası Fransa kralı IX Lüdovik, anası isə onun xanımı Provanslı Marqaritadır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1269-cu ilin noyabrında Kastiliya kralı X Alfonsonun böyük oğlu və Kastiliya infantı Ferdinand de la Cerda ilə evləndirildi. Cütlüyün bu evlilikdən 2 oğlu dünyaya gəlsə də, çox keçmədən İnfant Ferdinand 1275-ci ildə vəfat etdi. Ənənəyə görə, kralın böyük oğlu vəfat etsə, ondan sonrakı qardaşı deyil, vəfat edən varisin böyük oğul övladı varis elan edilməli idi. Ancaq kralın ikinci oğlu Sanço 1284-cü ildə atasının vəfatı ilə taxtı ələ keçirdi.
Navarralı Blanş (Fransa kraliçası)
Navarralı Blanş (fr. Blanche de Navarre; 1331[…] – 5 oktyabr 1398) — Fransa kralı VI Filippin ikinci xanımı, Fransa kraliçası. Blanş 1331-ci ildə Navarra kralı III Filipp və xanımı II Jannanın üçüncü qızı olaraq dünyaya gəldi. Həm ata, həm də ana şəcərəsi Kapetinqlər sülaləsinə əsaslanırdı. Dövrünün mühüm siyasi şəxsləriylə bir neçə dəfə nişanlansa da, bunlardan heç biri uğurlu olmadı. Nəhayət, 29 yanvar 1350-ci ildə o, Fransa kralı VI Filipplə evləndirildi. Əslində Blanşın kralın oğlu və varisi Conla evlənməsi müzakirə edilsə də, 19 yaşlı qızcığaz özündən 38 yaş böyük olan Fransa kralıyla evləndirildi. Ancaq mərasimdən bir neçə ay sonra yaşlı kral vəfat etdi və o əsnada hamilə olan Blanş dul qaldı. 1351-ci ilin mayında bir qız uşağı dünyaya gətirən Blanş bir daha evlənmədi. Yeganə qızı olan Jannanı Araqon kralı IV Pyotrun oğlu Conla nişanlasa da, qızı toy mərasimindən öncə vəfat etdi.
Çılğın kart (film, 2015)
Çılğın kart (ing. Wild Card), Asan qazanılmış pullar və yaxud da əvvəlki adı ilə İstilik (ing. Heat), 1985-ci ildə nəşr olunmuş olanUilyam Qoldmanın eyniadlı romanına əsaslanaraq çəkilmiş olan Amerika istehsalı kriminal dram filmidir. Filmin rejissoru Saymon Vest, ssenari müəllifi isə Qoldman olmuşdur. Filmin baş rollarında Jason Statham, Stanley Tucci, Sofia Vergara, Milo Ventimiqlia çıxış etmişdirlər. Film 30 yanvar 2015-ci ildə ABŞ-da nümayiş olunmuşdur. == Süjet xətti == Filmin baş qəhrəmanı Las-Veqasda mühafizəçi işləyən sabiq hərbçi Nik Eskalantedir. Onun ən böyük arzusu "çirkabla" dolu şəhərdən Venesiyaya köçməkdir. Ancaq bunun üçün böyük məbləğdə pula ehtiyacı vardır. Günlərin birində Bossu tərəfindən davamlı şəkildə döyülən fahişə Holliyə kömək etməyə razı olur.

Значение слова в других словарях