SİM kart

SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu.

Mini-SİM kart

SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s).

1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin.

Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.

GSM SİM-kartı adi ISO 7816 smartkart növüdür. GSM SİM kart üçün kartın spesifik xüsusiyyətlərinə Telekommunikasiya Standartlarının Avropa İnstitutu tərəfındən GSM 11.11, GSM 11.14 və GSM 11.19 standartları təşkil olunub. Müasir kartlar kartda proqramların icrası da mümkündür. Bununla əlaqədar olaraq SİM kartlar, JavaCard funksionallığını dəstəkləyirlər.

SIM-kartların ölçüləri

[redaktə | mənbəni redaktə et]
Mini-SİM və micro-SİM adətən tam ölçülü SİM kartın bölünmüş hissələridir
  • Tam ölçülü SİM kart (86×54x0,84 millimetr) — köhnəlmiş standartdır, birinci mobil telefonlarda (UIM-in ölçüsündə) istifadə olunur;
  • Mini-SİM kart (25×15x0,76 millimetr) — indiki GSM-telefonlarda və 3G texnologiyasını dəstəkləyən telefonların əksəriyyətində geniş istifadə olunur;
  • Micro-SIM (15×12x0,76 millimetr) — 3G, LTE və (Apple iPad və iPhone, Nokia N9, Nokia Lumia seriyasının bütün modelləri, LG U880, Samsung Galaxy S III, BlackBerry-in yeni modelləri, məsələn Z10, Q10, Sony Xperia, LG Nexus 5 və başqa) yeni modellərdə istifadə olunur.
  • Nano-SİM (12,3×8,8x0,67 millimetr) — Nano-SİM-in 3 versiyası mövcuddur:
    1. (12×9 millimetr) Apple təşəbbüsü ilə Giesecke & Devrient şirkəti tərəfindən hazırlanmışdır. Qalınlığı başqa versiyalarla müqayisədə 15% azaldılmışdır. Əks uyğunluq adapterin köməyi ilə həyata keçirilir.
    2. (10x8) Nano-SİM Nokia şirkəti tərəfindən təklif edilmişdir. Forması SD-kart formasına oxşayır. Kart xüsusi altlığı tələb etmir. Təəssüf ki, bu kartı yalnız xüsusi çıxışla yeni qurğularda istifadə etmək mümkün olacaq.
    3. (11x9) Nano-SİM RIM təklif edilmişdir. Yalnız ölçüləri ilə fərqlənən Nokia şirkətinin Nano-SİM kartı eynidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]