KİLKƏ
(Ağcabədi, Ağdam, Cəbrayıl, Göyçay, Kürdəmir, Ucar, Şuşa, Zəngilan)
1. yun daranarkən yerə tökülən və darağın dişləri dibinə yığılan hissə, keyfiyyətsiz hissəsi (Ağcabədi). – Kilkə döşəx’cəyə qoyulur
2. daranmamış yun (Göyçay). – Yorğanın kilkəsin çox eliyin (Cəbrayıl)
3. məc. daranmamış saç (Bakı, Şuşa). – Kilkələriηi bir darasaηa, ay adama oxşamaz (Şuşa)
II
(Bakı, Basarkeçər, Bərdə, Borçalı, Hamamlı, Xanlar, Oğuz, Tovuz)
çay puçalı. – Ay qız, o kilkəni at, çayniki yaxala, təzədən dəmlə (Hamamlı); – Çayı içerix’, sora kilkeyi aterıx (Borçalı); – A:z, o kilkeyi tulla çölə (Tovuz); – Çayni:n divindəki kilkəni apar töx’ ağacın divinə (Basarkeçər)
III
(Borçalı, Qazax, Mingəçevir)
çöküntü (suda, neftdə, ərinmiş yağda). – Daşa tökülör su, süzülor təmiz olor, kilkə qaler daşın içində (Borçalı)
IV
(Ağdərə, Qazax)
1. otun yumşaq hissəsi (Qazax). – Mal otun kilkəsini otdoyuf, elə çöfləri qalıf
2. yabanı ot (Ağdərə). – Kilkə qiyağ otu kimi olur