KIND

kind1

n növ, çeşid, sort; a new ~ of silk / paper / apples yeni növ ipək / kağız / alma; different ~s of animals / plants / fruits müxtəlif növ heyvanlar / bitkilər / meyvələr; things of this ~ bu növ şeylər; What kind of man is he? O nə cür / necə adamdır? the ~s of sentences cümlənin növləri;

◊ to pay in ~ natura ilə ödəmək

kind2

adj mərhəmətli, ürəyiyumşaq; xeyirxah; mehriban; ~ person mərhəmətli adam, to be ~ to smb. bir kəsə qarşı mehriban olmaq

KIN
KIND-HEARTED
OBASTAN VİKİ
A Kind of Hush
A Kind of Hush — The Carpenters albomu.
Kinderdeyk
Kinderdijk (nid. Kinderdijk) — Rotterdamın 15 km şərqində, Cənubi Hollandiya əyalətində Molenvard bələdiyyəsinə aid olan kənddir. Kinderdijk Noord və Lek çaylarının birləşdiyi yerdə Alblasservaardda polderdə yerləşir. Buranın qurudulması üçün bölgədə 1747-ci ildən 19 yel dəyirmanı tikilmişdir. Bu qrup dəyirmanlar Hollandiyada köhnə yel dəyirmanlarının təmərküzləşdiyi ən böyük yerdir. Kinderdijkin külək dəyirmanları Hollandiyalı turistlərin ən məşhur yerlərindən biridir. Yel dəyirmanları 1997-ci ildən YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Adı == Kinderdijk Holland dilindən tərcümədə "uşaq səddi" mənasına gəlir. 1421-ci ildə baş verən Saint Elizabet daşqını zamanı Qrote Hollands Vaard su altında qalmış, ancaq Alblasservaard polderinə ziyan dəyməmişdir. Deyilənlərə görə, fırtına bitdikdən sonra bir nəfər , orada kimsənin sağ qalıb-qalmadığını öyrənmək üçün iki ərazi arasındakı bəndə baxmağa getmişdir.
Kinderdijk

Kinderle mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Kindertransport əməliyyatı
"Kindertransport əməliyyatı" (alm. Kindertransport "uşaq nəqliyyatı"‎) — İkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatı. Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı. Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər. "Ümumdünya yəhudi yardım təşkilatı" (o zaman bu təşkilat "alman yəhudilərinin mərkəzi Britaniya fondu" adlanırdı) 1933-cü ildə yaradılmış və "Kindertransport" proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Əməliyyat nəticəsində xilas edilərək Böyük Britaniyada yerləşdirilən uşaqların hər biri haqqında bütün məlumatlar təşkilatın arxivində saxlanılır.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Kindio
Kindio (isp. Quindío) — Kolumbiyanın departamentlərindən biri. Departament ölkənin qərb hissəsində And dağlarında yerləşir. İnzibati mərkəzi Armeniya şəhəridir. Departament əsasən qəhvə istehsalına görə tanınır. Ərazi qəhvə üzrə məşhur olan regionlar sırasının tərkibinə qatılmışdır. Bu səbəbdən Kolumbiya 2011-ci ildə YUNESKO tərəfindən Ümumdünya irsinin siyahısında tanındı.
Miqdad ibn Əsvəd əl-Kindi
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Mixael Kindsqrab
Mixael Kindsqrab — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən)
Münhen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Yad əllərdə: Kindertransport hekayələri (film, 2000)
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Yevgeni Kindinov
Yevgeni Kindinov — aktyor. == Həyatı == == Filmoqrafiya == Ürək... Ürək...
İrina Kindzerskaya
İrina Kindzerskaya (13 iyun 1991, Kamenets-Podolski, Xmelnitski vilayəti) — Ukrayna əsilli Azərbaycanlı cüdoçu. İrina Kindzerskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb. == Karyerası == === 2017 === İrina Kindzerskayanın birinci turniri 12-22 mayda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu. Qrup mərhələsinin birinci görüşündə İrina Kindzerskaya Əlcəzair nümayəndəsi Sonya Asselah ilə üz-üzə gəldi. Həmin görüşdə İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə İrina Kindzerskaya Toqo cüdoçusu Essohanam Noelin Koro ilə üz-üzə gəldi. Bu görüşdə də İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Bununla da İrina Kindzerskaya qrup mərhələsini birinci pillədə başa vurdu və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Kayra Sayit oldu. Həmin görüşdə İrina Kindzerskaya rəqibinə ipponla məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurdu.
Əl-Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Yad əllərdə: Kindertransport hekayələri
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Bəşir ibn Əmr əl-Kindi
Bəşir ibn Əmr əl-Hədrami əl-Kindi (ərəb. بَشیر(بُشر) بن عَمرو الحَضرَمی الکِندی‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabəsi. == Nəsil == Atasının adı Əmr və ya Ömər kimi qeyd olunur. O, Kində qəbiləsindən olan Hadramautdan idi. == Hüseyn ibn Əlini müşayiət etməsi == Bəşir (və ya Buşr) və oğulları Məhəmməd Kərbəlada Hüseyn ibn Əliyə qoşuldular. Aşura günü Bəşirə dedilər ki, onun başqa bir oğlu Rey sərhəddində əsir düşüb. Cavab verdi: “Onun işini Allaha həvalə edirəm. Mən onun əsir olmasını, mənim sağ qalmağımı istəmərəm”. Hüseyn bunu eşidəndə ona dedi: “Allah sənə rəhmət eləsin! Sən mənim beyətimdən azadsan.
Münxen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.

Значение слова в других словарях