Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film.
Yad əllərdə: Kindertransport hekayələri | |
---|---|
ing. Into the Arms of Strangers: Stories of the Kindertransport | |
Janr | Sənədli film |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Holokost |
Rejissor | Mark Conatan Harris |
Prodüser | Debora Oppenhaymer |
Ssenari müəllifi | Mark Conatan Harris |
Baş rolda | Cudi Denç (hekayəçi) |
Bəstəkar | Li Holdric |
İstehsalçı | Warner Bros. |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi |
7 sentyabr 2000 (ABŞ) 24 noyabr 2000 (Böyük Britaniya) |
Müddət | 122 dəqiqə |
Ölkələr |
ABŞ |
Dil | ingilis dili |
İl | 2000 |
Rəng | rəngli |
IMDb | ID0248912 |
Mükafatları |
Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir.
Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.[1] "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[2]