KİSƏ

i. 1. sack, bag; 2. pouch, purse, wallet; amer. handbag; pul ~si purse, pouch; tənbəki ~si tobacco-pouch; hamam ~si a pouch / glove for rubbing one’s body in the bath; ~ çəkmək to rub smb’s body (in the bath); ◊ ~dən getmək to suffer losses; ~yə salmaq to pouch (d.), to pocket (d.); ~sini doldurmaq to fill one’s purse / pocket

KİSEL
KİSƏÇƏKƏN
OBASTAN VİKİ
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kisəağızkimilər
Kisəağızkimilər (lat. Saccopharyngiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Kisəlilər
Kisəlilər (lat. Marsupialia) — məməlilər sinfinin vəhşi heyvanlar yarımsinfinə aid infrasinif. Kisəlilərin 260 növündən çoxu Avstraliyada və Yeni Zelandiyada yaşayır. Onların 80 növünə Cənubi Amerikada rast gəlmək olar, bir növ Şimali Amerikada yaşayır. Avstraliyada yaşayan oposumlar kisəlilərin ən kiçikləridir, uzunluğu 5 sm olur. Əksər erkək kisəlilərin çantası var. Ancaq bəzi cırtdan kisəlilərdə bu yoxdur. Məsələn, Cənubi Amerikada torpaqeşənində. Belə vəhşiciklərdə kisəni məmələrinin kənarındakı dəri qatları əvəz edir. Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr.
Kisənbikə Bayrasova
Kisənbikə Bayrasova (tatar. Кисәнбикә Байрасова, başq. Киҫәнбикә Байрасова) — zorla vəftiz edilmiş müsəlman qadın, İslama qayıtdığı üçün yandırılmağa məhkum edilmişdir. == Regiondakı siyasi vəziyyət == 1679-cu ildə Sibir daruqasının Duvan volostunda anadan olmuşdur. O, eyni daruqanın Katay volostundan olan şəxslə evlənmişdir. 18-ci əsrin əvvəllərində Uralda tanınmış dövlət xadimi, Ural Mədən İdarəsinin baş komandiri, Yekaterinburqun qurucusu, Rusiya tarixinin müəllifi Vasili Tatişev başda olmaqla, "dağ hakimiyyətləri" qurulur. Yeni yataqların aktiv işlənməsinə başlanılır, yeni zavodlar və mədənlər tikilir. Yerli əhali Rusiyaya birləşmək şərtləri ilə alınan torpaqlar üzərində soydaşlıq hüquqlarını itirməkdən qorxur, öz mədəni, dini və məişət adət-ənənələrini qorumağa çalışır. Narazılıq üsyana səbəb olur. “Dağ hakimiyyətləri” üsyana cəza kampaniyaları ilə cavab verir.
Kisəvarilər
Kisəvarilər (lat. Echiura) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan yarımsinfi.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir . Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . Bu növ cinsin demorfizmi var.
Yırtıcı kisəlilər
Yırtıcı kisəlilər (lat. Dasyuromorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Süni sidik kisəsi
Süni sidik kisəsi — süni sidiklik orqanı. Sidik kisəsinin funksiyasını dəyişdirmək üçün iki əsas üsul — sidik axınının yönləndirilməsi və sidik kisəsinin rezervuarının dəyişdirilməsi. 30 yanvar 1999-cu ildə alimlər laboratoriyada yetişdirilən sidik kisəsinin itlərə uğurla köçürüldüyünü elan etdilər. Bu süni sidik kisələri təxminən bir il itlərdə yaxşı işlədi. 2000-ci ildə insan süni sidik kisəsinin yaradılması üçün yeni prosedur işlənib hazırlanmışdır. Bu prosedur ortotopik neoplazma proseduru adlanır. Bu prosedur xəstənin nazik bağırsağının bir hissəsinin (adətən 35-40 düym) yeni sidik kisəsinin formalaşdırılmasını nəzərdə tutur; lakin bağırsaq toxumasından hazırlanmış bu kisələrin yan təsirləri var idi. 2006-cı ildə "The Lancet"-də biomühəndislik kisələrinin eksperimental transplantasiyasına dair ilk nəşr çıxdı. Tədqiqat, uzunmüddətli təsirləri müəyyən etmək üçün əməliyyatdan sonra 5 il ərzində izlənilən 4-19 yaşa qədər onurğa bifidası olan 7 nəfəri əhatə etdi. Sidik kisələri professor Entoni Atalanın rəhbərlik etdiyi Ueyk Forest Universitetinin Tibb Məktəbindən və Boston Uşaq Xəstəxanasından bioloqlar qrupu tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir.
Kisəli göbələklər
Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi. Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır. == Ümumi xarakteristikası == Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Öd kisəsi diskineziyası
Öd kisəsi diskineziyası — Öd kisəsi diskineziyası kisədə funksional dəyişikliklərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı kriteriyalarla təyin olunur. Klassik öd sancısı və ya öd ağrısı (yeməkdən sonra küt ağrı, yağlı yeməklərdən sonra narahatlıq və ya səhərə yaxın ağrılar) ilə büruzə verir. USM-də öd kisəsi və öd yollarında daş və ya üzvi dəyişiklik tapılmır, laborator göstəricilər (qaraciyər, xolestaz, pankreatik enzimlər) normaldır. Öd kisəsinin yığılma funksiyasında azalma (artım fraksiyası <35%) və ya öd tərkibində dəyişmə (kristallar, fosfolipid, öd turşusunun duzları) və ya kisə divarında xronik xolesistit əlamətləri tapılır. Ədəbiyyatda bu xəstəlik müxtəlif adlarla adlanır: öd kisəsi diskineziyası, xronik daşsız xolesistit, daşsız öd sancısı və.s. Adların müxtəlifliyi xəstəliyin təbiətinin dəqiqləşmədiyini göstərir və bəzi müəlliflər klinik təzahürə (öd sancısı), bəziləri funksional dəyişikliyə (diskineziya), bəziləri isə morfoloji dəyişikliyə (xroniki iltihab) istinad edirlər.
Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.

Значение слова в других словарях