Rus dilində кишень sözü var və kisə sözü ilə qohumdur, кишка sözü də həmin кишень kəlməsi ilə eyni kökə malikdir. Кишень kəlməsi rus dilində qarın, cib, mədə mənalarında işlədilib. Kisə alınma sözdür, bizdə onun yerinə qapçuq (qab sözündəndir) sözü işlədilib. Rus dilində кишень (kisə) içi boş anlamında işlədilir və həm də кишка (bağırsaq) sözü ilə əlaqələndirilirsə, onda bizdə də bağırsaq “şlanq” anlamına uyğun yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)