Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal.
== Jurnalın yaranma tarixi ==
«Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur.Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur.
== Jurnalda dərc olunan mövzular ==
• Nəşriyyat işinin əsasları;
• Mətnşünaslıq;
• Ədəbiyyatşünaslıq;
• Jurnalistikanın nəzəri və təcrübi məsələləri;
• Mətbuat və kitab tarixi;
• Sənəd-informasiya təminatı.
== Redaksiya heyəti ==
Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan);
Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan);
Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya);
Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan);
Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan);
Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə);
Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna);
Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan);
Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan);
İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə);
Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).