Klod Debüssi
Klod Debüssi (fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]); 22 avqust 1862[…], Sen-Jermen-an-Le, Sena-i-Uaza[d], İkinci Fransa İmperiyası – 25 mart 1918[…], Parisin 16-cı dairəsi[d], Üçüncü Fransa Respublikası) —fransız bəstəkarı, musiqidə impressionizmin aparıcı nümayəndəsi.
== Həyatı ==
Klod Debüssi 22 avqust 1862-ci ildə anadan olmuşdu.1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Buludlar”, “Bayramlar”, “Sirenalar”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamask süitası”, “Romantik vals”, “Obrazlar”, “Estamplar” süitası, “Ağ və qara” 3 pyesləri aiddir.
Piano bəstələri tarixində ən önəmli bəstəkarlardan sayılan Debüssi impresionistlərin və simvolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debüssinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib.
Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış kilsə" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.