Klo

das; -s, -s tualet, ayaqyolu; aufs ~ gehen tualetə getmək, aftafa götürmək
klitzeklein
Kloake
OBASTAN VİKİ
Eugenia klossii
Eugenia klossii (lat. Eugenia klossii) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris, Frank dövləti) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. == Həyatı == == Fəaliyyəti == Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Jak Klod Marye Vinsent de Qurne
Jak Klod Marye Vinsent de Qurne (fr. Jacques Claude Marie Vincent de Gournay; 28 may 1712[…], Sen-Malo – 27 iyun 1758[…], Kadis, Əndəlüs) - Fransız iqtisadçı, ticarət intendantı. Bəzi iqtisadiyyat tarixçiləri laissez faire, laissez passer (azərb. buraxın etsinlər, buraxın keçsinlər‎) ifadəsini onun kəşf etdiyini düşünürlər. Bu ifadənin əsasları Fransa dövləti kölə ticarəti ilə bağlı Vest-Hind şirkətindəki imtiyazından-inhisarçılığından ayrılanda qoyulmuşdu. Qurne, həmçinin, "bürokratiya" terminin də banisi hesab olunur. O, Fransua Kene ilə birlikdə Fiziokratiya məktəbinin lideri olaraq hesab edilir. == Həyatı == Qurnenin atası Klod Vinsent Sen-Maloda tacir, həmçinin kralın katibi idi. Qurne çox yazmasa da, onun çoxlu vacib nəzəriyyəçilərlə apardığı söhbətlər Fransa iqtisadiyyat məktəbinin inkişaf etməsində mühüm rol oynamışdır. O, Riçard Kantilyonun əsərinin Fransada məşhurlaşmasına kömək etmiş əsas vasitəçilərdən biri idi.
Jan-Klod Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d], Brüssel paytaxt vilayəti[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. == Gənclik illəri == Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…], Fer-an-Tardenua[d] – 19 oktyabr 1943[…], Montfavet[d], Voklüz departamenti) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Karandaş (kloun)
Karandaş (tam adı: Mixail Nikolayeviç Rumyantsev ; d.1901, Sankt-Peterburq – ö.1983, Moskva) —Görkəmli sovet sirk artisti (kloun), aktyor. Sosialist Əməyi Qəhrəmanı (1979) SSRİ xalq artisti (1969). == Həyatı == Mixail Nikolayeviç Rumyantsev 1901-ci il noyabrın 27-də bəzi mənbələrdə 10 dekabrda Sankt-Peterburqda anadan olub. == Sovet çizgi filmində Karandaşın rolu == Sirk(Soyuzmultfilm,1942). Sirkdəki qız (Soyuzmultfilm, 1950).
Klod Adrian Helvetsi
Klod Adrian Helvetsi (26 yanvar 1715[…] – 26 dekabr 1771[…], Paris) — Fransa filosofu. == Fəlsəfəsi == O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir. Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik). Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar.
Klod Debüssi
Klod Debüssi (fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]); 22 avqust 1862[…], Sen-Jermen-an-Le, Sena-i-Uaza[d], İkinci Fransa İmperiyası – 25 mart 1918[…], Parisin 16-cı dairəsi[d], Üçüncü Fransa Respublikası) —fransız bəstəkarı, musiqidə impressionizmin aparıcı nümayəndəsi. == Həyatı == Klod Debüssi 22 avqust 1862-ci ildə anadan olmuşdu.1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Buludlar”, “Bayramlar”, “Sirenalar”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamask süitası”, “Romantik vals”, “Obrazlar”, “Estamplar” süitası, “Ağ və qara” 3 pyesləri aiddir. Piano bəstələri tarixində ən önəmli bəstəkarlardan sayılan Debüssi impresionistlərin və simvolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debüssinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış kilsə" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.
Klod Elvud Şennon
Klod Elvud Şennon (Claude Elwood Shannon) – 30 aprel 1916-cı ildə “İnformasiya nəzəriyyəsi”nin banisi, amerikalı mühəndis və riyaziyyatçı. Klod Elvud Şennon anadan olmuşdur. Şennon ehtimal sxemləri, avtomatlar və idarəetmə sistemləri nəzəriyyələrinə böyük töhfələr vermişdir. "Rabitə nəzəriyyəsi"ni inkişaf etdirən K.Şennon kodlaşdırma nəzəriyyəsini və informasiya nəzəriyyəsini yaratdı. İnformasiya nəzəriyyəsi rabitə kanalı ilə ötürülən informasiyanın ölçülməsi problemini həll etdi. 1948-ci ildə "Rabitənin riyazi nəzəriyyəsi" məqaləsində ən kiçik informasiya vahidini işarə etmək üçün "bit" sözündən istifadə etməni təklif etdi. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Klod Jad
Klod Jad (Claude Jade) Fransa aktrisası 8 oktyabr 1948 - 1 dekabr 2006) Gənc aktrisa aktyorluq ixtisası üzrə təhsil alıb. Teatrda onu Fransua Tryuffo kəşf etdi. Oğurlanmış öpüşlər (film, 1968) dəki Kristin baş rolu ilə məşhurlaşdı. Digər Fransua Trüffo filmlərində rol aldı ([Ailə ocağı, Qaçışda sevgi). Alfred Hiçkok (Topaz) və Sergey Yutkeviç (Lenin Parisdə) kimi rejissorlarla da oynadı. Fransız, Amerika, Belçika, İtalyan, Janpanik, Alman və Sovet filmlərində rol aldı.
Klod Jozef Ruje de Lil
Klod Jozef Ruje de Lil (fr. Claude Joseph Rouget de Lisle; 10 may 1760, Lon-le-Sonye, Yura departamenti — 26 iyun 1836, Şuazi-le-Rua, Sena və Uaza departamenti ) — fransız şairi və bəstəkarı, 1792-ci ildə "Marselyeza" inqilabi himninin sözlərini və musiqisini yazmışdır. == Həyatı == Klod Jozef Ruje de Lil 10 may 1760-cı ildə Yura departamentinin Lon-le-Sonye şəhərində anadan olmuşdur. Valideynləri burjua təbəqəsinin nümayəndələri idi. O, Klod-İqnati Ruje və Janna Madlen Qayandın səkkiz övladından yaşca böyüyü idi. Musiqiyə həvəsi hələ uşaqlıq illərindən özünü göstərmişdir: ailəsinin də yaşadığı Montegü kəndinin meydanında sərgərdan musiqiçilər konsert verməyə gəlmişdilər. Həmin konsertdən alınmış təəssürat o qədər böyük olur ki, balaca oğlan həmin musiqiçilərdən ayrıla bilmir və onları xeyli uzaqlara qədər ötürür. Hətta evdə onun itkin düşdüyünü fikirləşirlər. Atası onu hərbi məktəbə hazırlayırdı, elə bu məqsədlə də Klodu yerli kollecə göndərirlər. Valideynləri ona musiqi ilə yalnız – skripkada həvəskar səviyyədə ifa etmək hüdudunda məşğul olmağa icazə verirdi.
Klod Kahen
Klod Kahen (fr. Claude Cahen; 26 fevral 1909[…], VI arondisman, Paris, İl de Frans, Fransa – 18 noyabr 1991[…]) — Fransız şərqşünası. == Həyatı == Klod Kahen 26 fevral 1909-cu ildə Parisdə doğulmuşdu. Yüksək təhsilinə École Normale Supérieuredə başladı; 1931-ci ildə École Nationale des Langues Orientalesin Türkcə-Ərəbcə bölümündən məzun oldu. 1932-ci ildə tarix müəllimliyi imtihanını qazanaraq Amiens, Rouen və Parisdə çalışdı və araşdırma fəaliyətləri ilə məşğul oldu. 1936–1937-ci illərni Türkiyədə keçirdi. 1940-cı ildə "La Syrie du Nord K lZpoque des Croisades" adlı dissertasiyası ilə doktor ünvanını aldı. II Dünya Savaşı müddətində beş il dustaq qaldı. 1945–1959-cu illərdə Strasburq Universitetində, daha sonra da kariyerini tamamladığı Sorbonne Universitetində (1959–1979) dosent vəzifəsində çalışdı. 1973-cü ildən etibarən Académie des Inscriptions et Belles-Lettresin üzvü və Société Asiatiquein başçısı olan Kahen, Légion dHonneur nişanı sahibi idi.
Klod Leluş
Klod Leluş (fr. Claude Lelouch) — fransız kino rejissoru, ssenarist, operator, aktyor və prodüser. == Həyatı == Klod Leluş 30 oktyabr 1937-ci ildə Parisdə anadan olmuşdur. Onun valideynləri Əlcəzair yəhudiləri idilər. Öz debütünü operator kimi qısametrajlı filmlərdə etmişdir. 13 yaşında Kann kinofestivalının debüt müsabiqəsinin mükafatını qazanmışdır. 1956-cı ildə Klod Leluş SSRİ haqqında "Pərdə qalxanda" adlı reportajın müəllifi olmuşdu. Bu reportaj gizli kamera ilə çəkilmiş və nümayiş üçün Fransa televiziyası tərəfindən alınmışdı. Leluşun tammetrajlı kinoda ilk işi "İnsanlığın məğzi" (1961) filmi olmuşdur. Bu ekran əsəri xüsusi bir uğur əldə etmədi.
Klod Levi-Stross
Claude Lévi-Strauss (28 noyabr 1908[…], Brüssel – 30 oktyabr 2009[…], Parisin 16-cı dairəsi[d]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır. == Həyatı == Claude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
Klod Lui Bertolle
Klod Lui Bertolle(fr. Claude Louis Berthollet; 9 dekabr 1748[…] – 6 noyabr 1822[…], Arkey) — fransız kimyaçısı. == Həyatı == Klod Lui Bertolle 1785-ci ildə xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq etmişdir. 1792-ci ildə kalium-xlorat duzunu sintez etmişdir ki, bu da hazırda "Bertole duzu" adlanır. J. Prust ilə Klod Lui Bertolle (1748–1822) arasında baş verən və 7 il (1801–1808) davam edən məşhur mübahisədə R. J. Hayui Prustun mövqeyini müdafiə etmişdir. Lakin Bertole ilk dəfə olaraq bəzi birləşmələrin dəyişən tərkibə malik olmaları barədə faktların mövcud olmasını çox düzgün göstərmişdir. O, həmçinin müxtəlif birləşmələrin eyni formalı kristal quruluşa malik olması barədə öz fikirlərini irəli sürmüşdür. Müəyyən vaxt keçdikdən sonra aydın oldu ki, Bertollenin fikirləri təsadüfi fikir deyil, düzgündür. 1819–1821-ci illərdə izomorfizm və polomorfizm xassələrini kəşf edən alman alimi Eylqard Mitçerlix (1794–1863) Bertollenin fikirlərini təsdiq etmişdir.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Klod Şapp
Klod Şapp (fr. Claude Chappe; 25 dekabr 1763[…] – 23 yanvar 1805[…], Paris) — fransız ixtiraçı. 1792-ci ildə Teleqraf sistemini yaratmağı təklif etmişdir. Klod Şapp təpələrin üzərində, teleqraf qüllələri quraşdırdı. Hər qüllənin üzərində 49 ayrı istiqamətə dəyişə bilən, iki çarxlı fırladıcı vardı. 49 istiqamətin hər biri, bir hərfə və ya şərti işarəyə uyğunlaşdırılmışdı. Bu sistem uğurlu oldu, belə ki, XIX əsrin ortalarında Fransada teleqraf xəttlərinin uzunluğu 4.828 kilometə çatmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Klodett Kolber
Klodett Kolber (ing. Claudette Colbert; 13 sentyabr 1903[…], Sen-Mande, Fransa – 30 iyul 1996[…], Spaytstaun, Barbados) — amerika aktrisası.
Kloe Qreys Moretz
Kloe Qreys Moretz (ing. Chloë Grace Moretz; 10 fevral 1997, Atlanta, Corciya, ABŞ) — ABŞ aktrisası və modeli. 7 yaşından film karyerasına başlayan Kloe bir çox film və seriallarda çəkilmişdir. Bununla da "Young Artist Awards" mükafatına namizədliyi irəli sürülmüşdür. 2010-cu ildə Kick Ass filmində oynadığı Hit Girl obrazı böyük marağa səbəb olmuşdur. Bu filmlərdəki uğurundan sonra o, "Məni İçəri Burax" və "Huqo" kimi uğurlu filmlərə çəkilmişdir. == Həyatı == Kloe 1997-ci ildə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində anadan olub. Anası Terri tibb bacısı atası Makkoy Li Moretz isə estetik cərrahıdır. Kloenin Brandon, Trevor, Kolin və Etan adlı özündən böyük 4 qardaşı var. Kloe ailəsinin Xristianlığa çox bağlı olduğunu qeyd edib.
Kloi Kardaşyan
Kloi Aleksandra Kardaşyan (ing. Khloé Alexandra Kardashian; 27 iyun 1984, Los-Anceles, Kaliforniya) — amerikalı televiziya şəxsiyyəti. Məşhur model və stilist Kim Kardaşyanın kiçik bacısıdır. Əsasən Keeping Up with the Kardashians realiti şousunda yer alması ilə tanınır. Erməni, şotland və holland əsillidir. 2009-cu ilin yayında profesional basketbolçu Lamar Odom ilə evlənmişdir. 2015 iyul ayında ayrılmışdırlar.
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Klona-syur-Varez
Klona-sür-Varez (fr. Clonas-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38114. Kommunanın 1999-cu il üçün əhalisi 1281 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 157 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Köniqsberq klopsu
Köniqsberq klopsu (alm. Königsberger Klopse‎) — sulu kapers sousu və teftelidən ibarət olan alman mətbəxinə məxsus ət yeməyi. Klops Avropada, xüsusilə Şərqi Prussiyada geniş şöhrət qazanmışdır. Yarımfabrikat tənəkə qutularda "Köniqsberq klopsu" markası altında Almaniyada istehsal olunur. Kalininqradın (keçmiş Köniqsberq) bir çox restoranlarının menyusuna daxildir. Klops bir çox dünya dövlərində məşhurdur. Rusiyada — şnel-klops, İsraildə — yumurtalı klops, Latviyada — soğanlı klops, Norveçdə — fiskebollar (balıqlı klops), Norveç və İsveçdə — şötbullar.