KOLLEKSİYAÇI

1. коллекционер; 2. коллекционерский;
KOLLEKSİYA
KOLLEKTİV
OBASTAN VİKİ
Kolleksiyaçı
Kolleksiya (lat. collectio — toplantı, toplanmış) — bir və ya ümumi kateqoriyada birləşdirilmiş əşyaların və ya sənət əsərlərinin (kitablar, əlyazmalar, arabalar, boyalar, markalar, sikkələr və s.) toplanması. Kolleksiya elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusudur. Kolleksiyanın toplanmasına materialın toplanması, təhlili və redaktə edilməsi daxildir. Eyni mövzuyla əlaqədar olan rəsm əsərləri, əşyalar və mövzuların toplanması qədim dövrlərdən bəllidir. Kolleksiya toplamaq məşğuliyyəti kolleksiyaçılıq, kolleksiya toplayan, kolleksiyaçılıq ilə məşğul olan şəxs isə kolleksiyaçı adlanır. Kolleksiyaçılar topladıqları kolleksiyaları sərgilərdə nümayiş etdirirlər. Bəzən onlar kolleksiyaları muzeylərə və ya dövlətə hədiyyə edirlər. == Kolleksiya nümunələri == Pul kolleksiyası Pul kolleksiyası sikkə və ya kağız pulların toplanmasıdır. Bir elm kimi buna numizmatika da deyilir, lakin numizmatika təkcə pulların toplanması deyil həm də onların incələnməsini (pulların neçənci ildə zərb olunması, neçənci ilə qədər istifadə olunması, qiyməti və s.) öyrənən elmdir.
Kolleksiyaçı (film, 1965)
"Kolleksiyaçı" (ing. The Collector) — rejissor Vilyam Uaylerin filmi. == Məzmun == Filmin süjeti "Kolleksiyaçı" romanı ilə uyğun gəlir. Pislik və tam dəyərə malik olmamaqdan əziyyət çəkən kiçik klerkin həyatının mənası kəpənək kolleksiyası yığmaqdadır. Lakin bir dəfə onun kolleksiyasına qeyri-adi bir "eksponat" düşür. Bu, onun ümidsiz vurulduğu gözəl tələbə qızdır. Qızı əldə etməyin başqa yolunu görməyən Freddi onu qaçırır və tənha evdə gizlədir. Freddi qıza söz verir ki, bir aydan sonra onu buraxacaq. Freddiyə elə gəlir ki, bu müddət qızın onu sevməsinə kifayət edəcək.
Poçt markası kolleksiyaçılığı
Poçt markası kolleksiyaçılığı poçt markası və əlaqəli əşyaların kolleksiyası ilə məşğul olmağı əhatə edir. Filateliyanın sahələrindən biridir. XIX əsrdən bəri dünyanın ən populyar hobbilərindən biridir. İrlandiyada yaşamış Con Burkenin ilk marka kolleksiyaçısı olduğu güman olunur. O, 1774-cü ildə fiskal markalardan ibarət kolleksiya hazırlamışdır. Onun kolleksiyası Dublində yerləşən İrland Kral Akademiyasında mühafizə olunur. Poçt markası kolleksiyaçılığı isə demək olar ki, poçt markalarının ilk dəfə buraxıldığı zamanda yaranmışdır. Artıq 1860-cı illərdə Avropada və ABŞ-də poçt markası kolleksiyaçılığı ilə məşğul olan minlərlə şəxs var idi. Poçt markası yığan ilk görkəmli şəxslərdən biri Con Eduard Qrey olmuşdur. Adelayd Lusi Fenton isə poçt markası kolleksiyaçılığı ilə məşğul olmuş ilk qadınlardan biridir.

Digər lüğətlərdə