kosulluq
kotançı
OBASTAN VİKİ
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur. Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər.
Qara kotan
Qara kotan - mürəkkəb quruluşa malik qədim şum aləti. Azərbaycanda VIII-IX əsrlərdə yaranmışdır. VIII-IX əsrlərdən məlum olan qara kotan əkinçilik texnikasının inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu. Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək şum aləti kimi dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi. Kotan qoşqu heyvanlarına boyunduruq və «çatal» adlanan ağac yedəklər vasitəsilə qoşulurdu. Qara kotana, adətən, dörd boyun kəl, bəzən isə 6-8 boyun öküz və ya kəl qoşulurdu. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından sıxışdırılıb çıxarılmağa başlamışdır. Əsasən, üç hissədən ibarətdir.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Yuxarı Kotan (Tikantəpə)
Yuxarı Kotan (fars. ‎كوتان عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (70 ailə). Əhalisi kürdlərdir.
Kotanabad (Xoy)
Kotanabad (fars. ‎‎كوتان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kotanarx
Kotanarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Nehrəxəlil kənd inzibati ərazi dairəsində kənd. Türyan çayının sahilində, Şirvan düzündədir. XVIII əsrə aid mənbədə kəndin adı çəkilir. Tədqiqatçıların ehtimalına görə, oykonim qədim arxçəkmə usulunun adı ilə bağlıdır. Belə ki, keçmişdə torpağı bərk olan yerlərdə arx çəkmək üçün əvvəlcə kotanla dərin Şırımlar açılır, sonra onun içərisinin torpağı çıxarılaraq daha da dərinləşdirilirdi. Belə arxlara adətən kotan-arxı deyilirdi. Yaşayış məntəqəsi kotan arxının dalında salındığına görə belə adlandırılmışdır. Yevlax rayonunun Hürüuşağı kəndində də Kotanarx hidronimi qeydə alınmışdır, lakin istər Azərbaycan, istərsə də türkdilli xalqların toponimiyasında kotan komponentli toponimlərin geniş arealı göstərir ki, bu coğrafi adlar etnotoponimdir. Babək rayonunun Nəzərabad kəndində yaşayan kotannı tayfasının qeydə alınması da bunu subut edir.
Kotanarx bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kotanbağ
Kotanbağ — Ağdam rayonunda yer adı. 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponomik izahı == Türk dillərində kutan - “Heyvan üçün dəyərli formalı tövlə“ “dağ örüş yerində çobanların köçü“ və qar "sıldırım qaya“ yaxud ərəbcə qar-“mağara“ sözlərindən ibarətdir. Azərbaycanda Laçın rayonunda Kotanqaya dağı, Dəvəçi ilə Quba r-nları sərhəddində Kotandağ Dəvəçi r-nunda Kotandağ (570 m), Naxçıvanda Kotandağ (1267), Keş-Qutan kənd adı (Zaqatala r-nu), Qax rayonunda Qutan düzü (Cudulu k.), Kotan düzü (Qımırlı k.), Kotanlı (Zaqatala r-nu Mıxlıqovaq k.), Qərbi Azərbaycanda Kotanlı kəndi; Dağıstanda Qurqur-Kutan və s. toponimlərlə mənaca eynidir. Şamxorçaydan çəkilmiş bir arx Kotançı arxı adlanırdı. Oğuz rayonunun Qışlaq kəndi ərazisində Kotantala, Qəbələ r-nun Mıxlıqovaq kəndi ərazisində Kotantala, Kotanbağ, Ağdaş r-nunda Kotanarx toponimləri də bu sıradandır.
Kotandağ
Kotandağ – Babək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Kotandağ kaolinləşmiş tuf yatağı
Kotangens (triqonometriya)
Kotangens — qonşu katetin qarşı katetə olan nisbətinə deyilir.
Kotanlı
Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi, Qafqazın 5 verstlik xəritəsində Kotanlı, erməni dilində Kyotanlu formasında qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış kəndin yaxınlığında salınmışdır. == Toponimi == Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır: Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının adını əks etdirir.
Kotangens
Kotangens — qonşu katetin qarşı katetə olan nisbətinə deyilir.

Значение слова в других словарях