Kredit Xətti

bankın, yaxud digər kredit institutunun borc alan subyekt qarşısında kredit vəsaitini təqdim etməklə bağlı öhdəliyi, yaxud bu öhdəliyin hüquqi rəsmiləşdirilməsi.
Kredit Hüquq Münasibətləri
Kredit İttifaqı
OBASTAN VİKİ
Kredit xətti
Kredit
Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur: Funksional forma İnstitusional forma. Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır.
Banklararası kredit
Banklararası kredit — bir bankdan digər banka kredit vermə prosesi. Bazarda əsas kreditor Mərkəzi Bankdır. Kommersiya bankları digər kommersiya banklarının borcalan və kreditorları kimi çıxış edirlər. Bir qayda olaraq, vəsaitlərin cəlb edilməsi birdəfəlik kredit müqavilələri əsasında və ya digər banklarda əmanətlərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Banklararası kreditlərin əksəriyyəti bir həftə və ya daha az müddətə, əksəriyyəti isə bir gecəlik müddətə nəzərdə tutulub. Belə kreditlər banklararası məzənnə ilə verilir (kreditin müddəti overnayt olarsa overnayt dərəcəsi də deyilir). Banklar likvidliyi idarə etmək və ehtiyat tələbləri kimi tənzimləyici tələblərə cavab vermək üçün banklararası kredit bazarında borc götürür və borc verirlər. Faiz dərəcəsi bazarda pulun mövcudluğundan, mövcud tariflərdən və müqavilənin konkret şərtlərindən, məsələn, müddətin uzunluğundan asılıdır. Federal fondlar dərəcəsi (ABŞ), LIBOR (Böyük Britaniya) və Euribor (Avrozona) daxil olmaqla geniş çap olunmuş banklararası dərəcələr mövcuddur. Kommersiya banklarının kredit fəaliyyəti banklararası kreditlər bazarındakı əməliyyatlardan ayrılmazdır.
Bərpaolunan kredit
Bərpaolunan və yaxud "revolver krediti" bu xüsusiyyətlərə malik hesabın açılmasına imkan verir: belə ki, açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Kreditləşmənin bu növünün tipik növləri overdraftlar və dövlətlərarası səviyyədə təqdim edilən kiçik biznes üçün kredit xəttidir. == Bərpaolunan kreditin əsas xüsusiyyətləri == Revolver krediti üzrə borcalan qismində fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və hətta bir dövlət çıxış edə bilər. Bu zaman kreditorun üzərinə düşən əsas vəzifə tələb üzrə vəsaitlərin təqdim edilməsi və borcun ödənməsinə maneə yaratmayan şərtlərin təmin edilməsidir. Borcalan təqdim edilən limit çərçivəsində istənilən məbləğdən istifadə edə və borcu borcun ümumi təqdim edilməsi üzrə təyin edilmiş dövrü keçməməklə istənilən, daha doğrusu özünə uyğun olan vaxt qaytara bilər. Faiz dərəcəsi isə müstəsna olaraq limitin istifadə olunmuş hissəsi üzrə təyin edilir və borc məbləği geri qaytarıldıqda istifadə üçün əlçatan olan məbləğin həcmi artır. Bərpaolunan kredit üzrə məbləğin limiti müştərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla təyin edilir və bu məbləğ borcalanın 6 aylıq gəlirindən çox ola bilməz. Burada beynəlxalq kreditər istisna təşkil edir və bu zaman borc öhdəliyinin məbləği nadir hallarda ÜDM-un 1 illik nəticələrindən çox olur. Revolver kreditləri müddətli və müddətsiz xarakter daşıya bilər. Belə ki, kredit kartında onun fəaliyyət müddəti, müqavilədə isə vəsaitlərin tam ödənilməsi dövrü göstərilir.
Kredit (dəqiqləşdirmə)
Kredit
Kredit ittifaqları
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi; üzvlüyün könüllülüyü; fəaliyyətinin aşkarlığı; şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi; Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması. Kredit ittifaqının aşağıdakı hüquqları vardır: banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq; öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək; sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək. Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. Credit Union Database Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine - all credit unions in USA World Council of Credit Unions trade association for credit unions Association of Asian Confederations of Credit Unions regional federation representing 21 national federations in Asia with 35 million retail members Association of British Credit Unions Limited - the largest trade body representing credit unions in the UK National Association of Credit Union Workers - a staff association for all UK credit union workers regardless of trade body affiliation National Federation of Community Development Credit Unions - a trade body representing more than 240 community development credit unions (CDCUs) across the United States. Scottish League of Credit Unions - a trade body representing credit unions in Scotland Virginia Credit Union Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine - all credit unions listed in VA directory.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: Razılığa gələn tərəflərin adlarının olduğu preambula Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi. Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası. Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.
Kredit qeydləri
Müştərinin kredit reytinq bankları tərəfindən müəyyənləşdirdiyi maliyyə əməliyyatları nəticəsində meydana gələn risk skorudur. Bu risk hesabına görə, banklar müştərilərə kredit verə bilməyəcəyinə qərar verirlər. Kredit memorandumunun emitenti ümumi banklar tərəfindən müəyyən edildiyi üçün, bu bankların köçürülməsi barədə məlumat bir yerdə toplanır və kredit qeydləri bu şəkildə yaranır. Təsirin dərəcəsi: 35% — fərdi kredit kartını ödəmək imkanı Təsirin dərəcəsi: 35% — fərdi borc və ödəmə vəziyyəti Təsirin dərəcəsi: 11% — yeni kreditlərin açılması Təsirin dərəcəsi: 10% — Kreditlərin istifadə müddəti Təsir nisbəti: 9% — Digər səbəblər Kredit hesabınızı öyrənmək üçün kredit almaq üçün müraciət edə bilərsiniz, lakin ölkənizə görə dəyişən SMS hesabını da tapa bilərsiniz. Bununla yanaşı, müxtəlif sual-cavab vasitələr də var.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Demarkasiya xətti
Demarkasiya xətti (fr. demarcation – ayırma) – 1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq); 2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt; 3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir; 4) tibdə: sağlam toxumada ölgün sahə (qanqren, sekvester), yaxud yad cisimlə sərhəddə əmələ gələn reaktiv iltihab zonası.
Divani xətti
Divani xətti — Ərəb xətt növü. Nəstəliq xəttinin iranlı xəttatlar tərəfindən ixtirasından sonra iranlı xəttatlarla Osmanlı xəttatları arasında əsl rəqabət başlanır. Osmanlı xəttatları nəstəliq xəttini dəyişdirərək yeni –divani xəttinin əsasını qoyurlar. Yəni, divani xəttini osmanlılar, daha dəqiq, XV əsrin xəttatı İbrahim Münif yaratmışdır. Bu xətt növü yaradıldıqdan sonra bir çox müsəlman ölkələrində yayılmış, Osmanlı dövlətində pul vəsiqələri, verilən hökm, əmr və fərmanlar, habelə məktub və digər yazılı sənədlər məhz divani xətti ilə yazılmağa və çap olunmağa başlanmışdır. Divani xətti ilə kitab üzü köçürülməsinə o qədər də əhəmiyyət verilməmişdir. AMEA Əlyazmalar İnstitutunda divani xətti ilə yazılmış sənədlər mövcuddur ki, onların da arasında M.F.Axundovun adına Türkiyədə tərtib edilmiş fərman diqqəti xüsusilə cəlb edir. Burada həmçinin təmiz divani xətti ilə yazılmış 7 ərəbdilli əlyazma kitabı və divani ünsürlü nəsxlə köçürülmüş daha bir ərəbdilli əlyazma qeydə alınmışdır. Sonralar divani təkmilləşdirilərək özünün hazırkı mükəmməl görünüşünə çatdırılmışdır. Hazırda divaninin iki növü – qəliz divani və qırma divani mövcuddur.
Dmovski xətti
Dmovski xətti (pol. Linia Dmowskiego) — Polşa tərəfinin Paris Sülh Konfransında təklif etdiyi Polşa Respublikasının təxmin edilən sərhədləri xəttidir. Layihə xətti Polşa millətçi siyasətçisi Roman Dmovskinin rəhbərliyi altında hazırlanmış və onun şərəfinə adını almışdır. Konfransda Polşa nümayəndə heyətinin üzvləri Roman Dmovski, İqnasi Paderevski, Entoni Abraham və Tomasz Rogal tərəfindən təqdim edilmişdir . Təklif olunan sərhəd xəttinə əsasən, Polşanın hüdudlarına II Polşa Respublikasının ərazisini təşkil edənlər istisna olmaqla, Vislanın yuxarı hissəsi ilə Dansinq (Qdansk), Varmiya və Masuriya, Litva, Qərbi Belarusiya, Polesiyanın qərb hissəsi, Yuxarı Sileziya, Podoliyanın qərb hissəsi, Voln və Jitomir daxil olmalı idi. Sərhəd xətti Polşa nümayəndə heyətinin təklifinə əsasən, Baltik dənizi sahillərindən başlayaraq, şərqdə Labiavadan sərhəd sahil xətti boyunca, şimala doğru Klaypeda və Palanqaya qədər davam edirdi. Sahildən Libavanın şimalına qədər sərhəd şərqə doğru əyilərək Polşa ilə Kurlandiya arasındakı 1772-ci il tarixi sərhədə uyğun olmalı idi. Kurlandiyanın İllukut uyezdinin sərhədlərinə çatırdı. Bu dairədə coğrafi mövqeyinə və polyak dilli əhalisinin çoxluğuna görə Polşanın bir hissəsi olmalı idi. Burada sərhəd uyezdin sərhədi boyunca Dvina çayı axarı və sağ sahilinə (Vitebsk əyaləti) keçir; sonra Polotsk rayonu daxil olmaqla Drissen rayonunun sərhədlərindən təxminən 30 kilometr məsafədə çayın şərqinə doğru uzanır.
Dmovskiy xətti
Dmovski xətti (pol. Linia Dmowskiego) — Polşa tərəfinin Paris Sülh Konfransında təklif etdiyi Polşa Respublikasının təxmin edilən sərhədləri xəttidir. Layihə xətti Polşa millətçi siyasətçisi Roman Dmovskinin rəhbərliyi altında hazırlanmış və onun şərəfinə adını almışdır. Konfransda Polşa nümayəndə heyətinin üzvləri Roman Dmovski, İqnasi Paderevski, Entoni Abraham və Tomasz Rogal tərəfindən təqdim edilmişdir . Təklif olunan sərhəd xəttinə əsasən, Polşanın hüdudlarına II Polşa Respublikasının ərazisini təşkil edənlər istisna olmaqla, Vislanın yuxarı hissəsi ilə Dansinq (Qdansk), Varmiya və Masuriya, Litva, Qərbi Belarusiya, Polesiyanın qərb hissəsi, Yuxarı Sileziya, Podoliyanın qərb hissəsi, Voln və Jitomir daxil olmalı idi. Sərhəd xətti Polşa nümayəndə heyətinin təklifinə əsasən, Baltik dənizi sahillərindən başlayaraq, şərqdə Labiavadan sərhəd sahil xətti boyunca, şimala doğru Klaypeda və Palanqaya qədər davam edirdi. Sahildən Libavanın şimalına qədər sərhəd şərqə doğru əyilərək Polşa ilə Kurlandiya arasındakı 1772-ci il tarixi sərhədə uyğun olmalı idi. Kurlandiyanın İllukut uyezdinin sərhədlərinə çatırdı. Bu dairədə coğrafi mövqeyinə və polyak dilli əhalisinin çoxluğuna görə Polşanın bir hissəsi olmalı idi. Burada sərhəd uyezdin sərhədi boyunca Dvina çayı axarı və sağ sahilinə (Vitebsk əyaləti) keçir; sonra Polotsk rayonu daxil olmaqla Drissen rayonunun sərhədlərindən təxminən 30 kilometr məsafədə çayın şərqinə doğru uzanır.
Dürand xətti
Dürand xətti (ing. Durand Line, puşt. د ډیورنډ کرښه) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir. XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi.
Dəmiryol xətti
Dəmiryol xətti — xüsusi ayrılmış yerdə dəmir relslər və mürəkkəb kompleks mühəndis qurğularının kompleksi.
Hava xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada ərəb hərfləri. Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır. Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur. VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu. Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir: 1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir; 2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir; 3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir; 4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi; 6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi; 10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir. VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Majino xətti
Majino xətti — 1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi. Majino xətti 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilib. Lonqüyondan(Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü. Ən güclü müdafiə istehkamları Şyer və Reyn çayları arasında yerləşirdi. Burada Mets (Lotarinq) və Lauters(Elzas) istehkam rayonları, onların arasında uzunmüddətli atəş qurğularından(UAQ) ibarət Saar istehkam sektoru və ərazidə sünyi sel sistemi yerləşirdi. Strasburqdan Belfora qədər olan müdafiə zolağı təbii əngəllərə -Reyn çayı və Rona-Reyn kanalına dayanırdı və xüsusi ilə güclü istehkamlara malik deyildi. Xəttin sol cinahında (qərbi Arlon) istehkam sektoru vardı. Belçika ilə sərhədində Majino xəttindən şimal-qərbə sarı müdafiə istehkamlarının tikintisi ancaq 1936-cı ildə və ikinci dünya müharibəsinin əvvəlinə yaxın başlandı.
Mannerheym xətti
Mannerheym xətti - Kareliya bərzəxində - Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Qustav Emil Mannerheymin adı ilə adlandırılmışdır. 1927-1939-cu illərdə inşa edilmişdir. 30 km içəriyə çəkilmiş operativ maneə zonasından ibarət idi; əsası 8-10 km, ikinci dayağı - 5 km və təbii maneələrə (göllər, çaylar, bataqlıqlar, meşələr və s.) söykənən arxa mühafizə xəttindən ibarət idi. "Mannerheym xətti"nin içərilərə doğru ümumi dərinliyi 80 – 90 km, istehkamların ümumi uzunluğu isə 400 km-ə yaxın idi. Mannerheym xəttində səngərlər və çöl istehkamları vasitəsilə birləşdirilmiş 1000-ə yaxın yaxşı gizlədilmiş ağac-torpaq atəş nöqtəsi var idi. İstehkamların önündə 12 cərgəyədək qranit dirəklər basdırılmış, 15 - 45 cərgəlik məftilli çəpərlər çəkilmiş, tank əleyhinə xəndəklər qazılmış və minalanmış çöllər var idi. 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi zamanı sovet qoşunlarının hücumunun qarşısı "Mannerheym xətti" ilə xeyli müddətə alınmışdı, onun yarılması zamanı sovet qoşunları canlı qüvvədə minlərlə itki verdilər. 1944-cü ildə sovet qoşunları yenidən böyük itkilərlə "Marmerheym xətti"ni yardılar və bundan sonra istehkamlar məhv edildi.
Metropoliten xətti
Metropoliten xətti — London metropoliteninin xətti. Sxemlərdə bənövşəyi rənglə göstərilir. Dünyanın ilk metropoliteni ünvanını daşımaqdadır. 10 yanvar 1863-cü ildə açılmışdır. lakin Farrinqdon və Paddinqton stansiyaları arasındakı hissə artıq bu xəttə aid deyildir. Həmin sahə hal-hazırda Hammersmit and Siti, Distrikt və Dairəvi xətlərə xidmət edir. Əsas sahə London Sitisindəki Oldgeyt stansiyası ilə Amerşem stansiyası arasındadır. bu sahədə xətt həmçinin Aksbric, Vetford və Çeşemə qədər haçalanır. 34 stansiyadan yalnız 9-u yeraltında yerləşmişdir. Bu xətt Böyük Londonun xaricinə çıxan iki xəttdən biridir.
Naska xətti
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Nəstəliq xətti
Nəstəliq xətti — Ərəb xəttatlıq növü. Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan nəstəliq 15–16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.
Nəsx xətti
Nəsx xətti—Ərəb xətt növü. Nəsx xətti (lüğəvi mənası "üzünü köçürmək", "ləğv etmək", "şəklini dəyişmək"dir) – XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra İbn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə nəsx özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur. Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən – yaquti nəsx və İrani nəsxdən istifadə olunur. Yaquti nəsx hicri tarixlə 698-ci ildə ildə vəfat etmiş ustad Yaqut Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir. İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.