Kuşyovski rayonu

Kuşyovski rayonu (rus. Кущёвский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kuşyovski kəndidir.

Kuşyovski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

46°34′ şm. e. 39°38′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 2.372 km²
Əhalisi
Əhalisi
  • 63.616 nəf. (2023)[3]
Rəsmi sayt
Kuşyovski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuşyovski rayonu Azov-Kuban düzənliyinin şimal hissəsində yerləşir. Şimal və şərqdə Rostov vilayəti, qərbdə Starominski, cənubdan Krasnodar diyarının Leninqrad və Krılovski rayonları ilə həmsərhəddir.

Rayondan aşağıdakı çaylar axır: Eya, Kuqo-Eya, Mokraya Çuburka, Rossoş, Sosıka, Elbuzd, Kavalerka.

Rayonun ərazisi 237,2 min hektardır, bunun 215,4 min hektarı əkin sahələridir.

Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Donski rayonunun tərkibində yaradıldı. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Yeysk şöbəsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 17 kənd məclisi daxil idi: Alekseevski, Bolşekozinski, Qlebovski, Qudkovo-Limanovski, İvano-Slyusarevski, İlyinski, İrinovski, Kislyakovski, Krasnoselski, Kuqoeyiski, Kuşçevski, Mixailovski, Novoserqeyevski, Poltavçenski, Şkurinski 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi. 13 sentyabr 1937-ci ildən Kuşyovski rayonu Krasnodar diyarının bir hissəsi olur. 22 avqust 1953-cü ildə ləğv edilmiş Şteynqartovski rayonu ərazisinin bir hissəsi rayona birləşdirilir. 1 fevral 1963-cü ildə Kuşyovski kənd rayonu qurulur[4]. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 12 bələdiyyə qurulur.

1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 70 355 nəfər təşkil etmişdir. Bunun hamısı kənd əhalisidir. Bütün əhali arasında kişilər 46,5 %, qadınlar 53,5 % təşkil edir. Ümumi əhalinin 41372 (58,8 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,7 %-i pensiyaçılardır[5].

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Kuşyovski rayonunda 12 kənd inzivati vahidliyinə 74 yaşayış məntəqəsi daxildir.

Kuşyovski rayonu ərazisində 1105 kiçik müəssisə və hüquqi şəxs olmadan 2119 sahibkar daxil olmaqla, hər cür mülkiyyət formasında olan 1659 müəssisə və təşkilat fəaliyyət göstərir.

İqtisadiyyatda işləyənlərin sayı 2008-ci ildə 31,4 min nəfər olmuş və yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin inkişafı hesabına 2004-cü ilə nisbətən 3,0 min nəfər artmışdır. Əhalinin əsas hissəsi kənd təsərrüfatında, ərzaq bazarında, emal sənayesində, inşaatda və kiçik biznesdə işləyir.

  1. 1 2 ОКТМО. 185/2016. Southern FD.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  4. "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
  5. "Департамент здравоохранения Краснодарского края, Кущевский район". 2018-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.