kükülük
kükürdəritmə
OBASTAN VİKİ
Kükürd
Kükürd (S) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 16-cı element. Kükürd (S) – zülalların tərkibində olur. Proteinoidlərin tərkibində kükürdün miqdarı, başqa zülallara nisbətən daha çoxdur. Taxıl, paxlalılar, süd məhsulları, balıq və yumurtada kükürd vardır. Metionin və sistein aminturşularının tərkibində olduğu üçün onların tərkibindəki çevrilmələrdə iştirak edir. B1 vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində iştirak edir. 60 Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat 1 qramdır. Bitki orqanizmində kükürdün miqdarı orta hesabla 0,05 % kütlə miqdarında olur. Kükürd zülalların aminturşuları olan sistein və metioninin tərkibinə daxildir.
Sərbəst kükürd
Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se) Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar. Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Çıraqdərə kükürd kolçedanı yatağı
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.
Kükürdlü üzvi birləşmələr
Kükürdlü üzvi birləşmələr - tərkibində Karbon - Kükürd rabitəsi birləşdirən birləşmələrə deyilir. == Təsnifat == == Əsas nümayəndələri == == Adlandırılması == Kükürd üzvi birləşmələri adlandırmaq üçün "tio" hissəciyindən istifadə edilir.Bu ikivalentli kükürd atomunu göstərir. Bundan başqa "tio" oksigenin kükürdlə əvəz olunmasını göstərir. Məsələn "ol" hidroksil qrupunu OH, "tiol" ilə -SH qrupunu, "on" karbonil qrupunu, "tion" ilə C=S qrupunu adlandırırlar. "Tia" hissəciyi ("tio"dan fərqli olaraq) karbon atomunun kükürdlə əvəz olunmasını göstərir. == Mənbə == S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.
Kükürdləşmə prosesi
Kükürdləşmə prosesi — bu proses mahiyyətcə əsasən üzvi sulfidlərin alınması ilə nəticələndiyindən onu sulfidləşmə də adlandırmaq olar. == Kükürdləşdirici agentlər və sulfidlərin sintez istiqamətləri == Kükürdləşdirici (sulfidləşdirici) agentlər olaraq əksər hallarda sərbəst kükürd S8, S2Cl2-, SCl2-, Na2S, SH qrupu saxlayan birləşmələr (RSH, H2S, SH−CH2−COOH və ya efirləri və s-lər) götürülür. Kükürdləşmə prosesi boyaq maddələrinin, kükürd saxlayan heterotsikillərin alınmasında, neftin kükürdləşdirilməsində, aşqarların sintezində, bitum xammalın hazırlanmasında istifadə edilir. Sulfid kükürdünün intensiv oksigen (udmaq) tutmaq qabiliyyəti, oksidləşmə və yeyilməyə qarşı xassələrə malik olması və bu proseslərin kükürdün molekuldakı mövqeyi və miqdarından asılılığı, tiazin, tiazol kimi heterotsikillərdə (boyaların rəng çalarlarına təsiri) doymamış karbohidrogenlərlə aromatik həlqələrlə törəmələrinin alınması hələ də öyrənilməsi və tədqiqi vacib olan məsələlərdəndir. Təsadüfi deyil ki, kükürdlə zəngin olan neftdən alınan yağ və yanacaq istismar dövründə oksidləşməyə daha dözümlü olub, müəyyən stabillik göstərir. == Sulfidlərin rolu və tətbiqi == Kükürdləşmə: sərbəst kükürdlə aparılarsa (kükürdün ərimə temperatur 1190C-dir). Bu tsiklin heterolitik qırılması elektrofi +δ -δ təsirlə gedən reaksiya olduğundan katalizatorun tətbiqinə ehtiyac yaranır. Belə kükürdləşmə yüksək temperaturlu katalizatorun aktivliyindən asılı olaraq 150–1900C-də gedən prosesdir; özünün də ekzotermik olmasını nəzərə almaq lazımdır. Bu zaman H2S-in ayrılması labüddür və inert qazla onun sistemdən çıxarılması və uducularla tutulması vacibdir. Əsasən aktiv hidrogeni olan maddələrlə (aromatik aminlərlə, alkilfenollarla və s.) sulfidlər və disulfidlərin sintezi üçün istifadə edilir.
Kükürdün dövranı
Kükürd - Sənayedə, kənd təsərrüfatında,tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə. == Ümumi məlumat == Kükürd qədim zamanlardan məlum olan və təbiətdə daha çox tapılan qeyri-metal növüdür və ən çox yayılan on altıncı elementdir. Bu element təbiətdə həm təbii halda, həm də kükürd birləşmələri şəklində tapılır.Ən geniş təbii kükürd mədənləri Meksika, Polşa, İtaliya (Siciliya), ABŞ (Luiziana, Texas), Yaponiyada və keçmiş Sovet İttifaqı ölkələrinin bəzilərində (Türkmənistan, Özbəkistan) yerləşir. == Kükürdün fəaliyyəti == Kükürdün dövranı- Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal dövranı müxtəlifliyi ilə fərqlənərək biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif komponentlərin iştirakı ilə gedir. Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı kükürd oksidinin (SO2) atmosferə antropogen təsirinin nəticəsidir. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir.

Значение слова в других словарях