Kürdüstan (ostan)
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir.
== Ərazi ==
Ostanın ərazisi 29.151 km² — dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.
== Əhali ==
2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır .
Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar .
== Azərbaycan-Kürdüstan sərhəddi ==
Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir.
Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin.