KÜRDÜ

(Ağdam, Beyləqan, Bərdə, Cəbrayıl, Laçın, Şuşa, Tərtər, Yevlax)
qolsuz qadın geyimi. – Anam özünə bir kürdü aldı (Beyləqan); – Kürdünü dərzilər tikillər qolsuz, xaz qoyullar boynuna (Ağdam); – Nənəmin bir yaxşı kürdüsü var (Şuşa)
KÜRDKÜLƏŞ
KÜRDÜL
OBASTAN VİKİ
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Kürdü
Kürdü (geyim)
Kürdü (geyim)
Kürdü — Azərbaycanda qolsuz üst qadın geyimi. Yaxası acıq, yan tərəfləri kəsik olurdu. Əsasən, tirmə və məxmərdən tikilən kürdü soyuq vaxtlarda geyilirdi. Yaxası, ətəyi və qol yeri xəzlə köbələnirdi. İsti olmaq ucun kürdünün astarı bəzən quzu dərisindən düzəldilirdi. Azərbaycanda əsasən, Qarabağ ucun xarakterik olan kürdü geyim tipi digər zonalarda "quzu kürdü", "içlik", "çanlıq", "zıvını", "qolsuz" və s. adlarla yayılmışdır.
Azərbaycan kürdü
Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. Kürdlər X–XI əsrlərdə Şəddadilər sülaləsinin qurulması ilə Qafqazda ortaya çıxdılar. XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir. == Tarixi == === Erkən tarix === Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf. Kürdlər qapısı) adlı darvaza var idi ki, burada kürdlərin yaşadığı məhəllə yerləşirdi. İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur. Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər. Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar. XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu.
Kürdüstan
Kürdüstan və ya Kürdistan (tələffüzü: kyɾd'y'stɑn; kürd. Kurdistan/کوردستان, translit. Kurdıstan, ; mənası – "Kürdlərin ölkəsi") və ya Böyük Kürdüstan — Qərbi Asiyada, əsasən kürdlərin məskunlaşdığı dağlıq vilayət. Kürdüstan kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı bir ərazidir. Vilayət təxminən Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir. Ərazi kürd irredentist iddialarına uyğun gəlir. Bölgənin kürd diyarı kimi ilk dəfə Mahmud Kaşğarinin dünya xəritəsini hazırladığı və əl-İraq və Əş-Şam arasındakı bölgəni "Ərz-əl-Əkrad" kimi qeyd etdiyi "Divanü Lüğat-it-Türk" əsərində xatırladıb. Ərz-əl-Əkrad, ərəb dilində "kürdlərin ölkəsi" deməkdir. Kürdüstan adı ilk dəfə 1150-ci ildə Böyük Səlcuq hökmdarı Sultan Səncər tərəfindən qərbi İranı təsvir etmək üçün istifadə edilmişdir. Bu ad daha əvvəllər istifadə olunan Kurdiya və qədim Korduena toponimləri ilə əlaqədardır.
Kürdüstan (dəqiqləşdirmə)
Kürdüstan
Kürdüstan (ostan)
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Kürdüstan Azad Həyat Partiyası
PJAK (kürd. Partiya Jiyana Azad a Kurdistanê) — İranda fəaliyyət göstərən terror təşkilatı. PJAK, PKK-nın əsas silahlı qanadlarından biridir. Təşkilatın məqsədi, İran ərazilərinin kürdlər yaşayan mərkəzlərini ələ keçirmək və buranı Kürdistan adlanan dövlətə qatmaqdır. PJAK 2009–2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmişdir. Terror təşkilatının bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır. == Pjak terror təşkilatının törətmiş olduğu terror aktları == == 2005 == 20 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 6 İran əsgəri həlak olmuş və 8-i yaralanmışdır. 21 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 İran əsgəri öldürülmüşdür. 26 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 16 İran əsgəri öldürülmüşdür. == 2006 == 3 aprel Terrorçuların İranın Maku şəhərində təhlükəsizlik qüvvələrinə hücum etmələri nəticəsində 24 təhlükəsizlik qüvvəsi həlak olmuşdur.
Kürdüstan Briqadaları
Kürdüstan Briqadaları, Kürdüstanda Əl-Qaidə və ya Əl-Qaidənin Kürd Briqadaları (ƏQKB) kimi də tanınır — İraq və İranda silahlı islamçı təşkilat. Əl-Qaidənin kürd qoludur. Əsasən İran–İraq sərhədinin şimalında fəaliyyət göstərir Şimali İraqda Kürdüstan Regional Hökumətinə bir neçə dəfə hücumlar təşkil etmişdir. Qrup ABŞ Dövlət Departamenti tərəfindən 1 yanvar 2012-ci ildə terror təşkilatı kimi təsnif edilmişdir. == Formalaşması == ƏQKB 2007-ci ildə, Əl-Qaidə ilə əlaqəli başqa bir qrup olan "Ənsar əl-İslam"ın ictimai formada dağılmasından sonra yaradılmışdır. Qrup nisbətən kiçik hesab olunur, lakin onun İranın Mərivan və Sənəndəc şəhərlərində düşərgələri var. == Hücumlar == Qrup bir neçə hücum həyata keçirmişdir. Onlardan ən böyüyü 2007-ci ilin mayında Kürdüstan Regional Hökumətinin Ərbildə yerləşən Daxili İşlər Nazirliyi binasına hücumu idi. Burada 19 nəfər həlak olmuşdur. ƏQKB 2007-ci ilin iyulunda Pəncvanda 7 sərhədçini və bir KVİ təhlükəsizlik əməkdaşını öldürmüşdür.
Kürdüstan Demokrat Partiyası
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya. == Tarixi == Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.
Kürdüstan Demokrat Partiyası (İran)
İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır. == Yaradılması == 1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu. Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı. Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb.
Kürdüstan Fəhlə Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış terror təşkilatı. Türk millətinə qarşı çoxlu hücümlar etmiş və türk millətlərinə nifrət etmiş təşkilatdır. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdır. == Haqqında == Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. == PKK-nın təşkil etdiyi terror aktları == == PKK Terror Təşkilatının Liderləri və Nümayəndələri == Murad Karayılan Abdullah Öcalandan sonra PKK-KCK terror təşkilatının lideridir. Sabri Ok PKK terror təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK terror təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK terror təşkilatının nümayəndəsidir.
Kürdüstan Milli Hökuməti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Kürdüstan Regional Hökuməti
Kürdüstan Regional Hökuməti (KRH; kürd. حکوومەتی هەرێمی کوردستان, Hikûmeti Herêmî Kürdistan; ərəb. حكومة اقليم كردستان‎) — İraq Kürdüstanının rəsmi idarəetmə orqanı. Ərbil, Dəhuk və Süleymaniyyə mühafəzələrini idarə edir. Nazirlər Kabineti çoxluq partiyası və ya İraq Kürdüstanının Baş naziri tərəfindən seçilən siyahı ilə seçilir. Prezidentin elektoratı bilavasitə regionun sakinləridir, Nazirlər Kabinetinin sədri və icra hakimiyyətinin səlahiyyətlərini Nazirlər Kabinetində təhvil verən dövlət başçısıdır. Ənənəvi olaraq, baş nazir qanunverici hakimiyyətə rəhbərlik edir, lakin icraedici hakimiyyətə nəzarəti prezidentlə bölüşür. İraq Kürdüstanı Prezidenti həm də Peşmərgə silahlı qüvvələrinin ali komandanıdır.
Kürdüstan Regional Hökuməti bayrağı
Kürdüstan bayrağı (kürd. Alaya Kurdistanê, Ala Rengîn) — Kürdüstan ı təmsil edən bayraq. İraq Respublikasınə bağlı Kürdüstan Regional Hökumətinin bayrağı olaraq istifadə edilməkdədir.
Kürdüstan Regional Hökuməti gerbi
Kürdüstan Regional Hökuməti gerbi — qanadlarında bir günəş tutan bir qartaldır.
Kürdüstan Regional Hökumətində mədəniyyət
Kürdüstan Regional Hökumətinin mədəniyyəti Mesopotamiya mədəniyyəti, İslam dini və ənənəvi Ərəb ve Kürd mədəniyyəti ətrafında biçimlenmişdir. Buna qarşı, bölgə çeşitlilikler içində yüksək bir kosmopolit cəmiyyət və canlı bir mədəniyyətə malikdir. İslam təsiri Ərəb və Kürd mədəniyyətinin memarlıq, musiqi, geyim, mətbəx və həyat tərzində görülə bilməkdədir.
Kürdüstan TV
Kürdüstan TV — Kürd ərazilərində 1999-cu ildə yayımlanan ilk kürd dilli peyk televiziya stansiyasıdır. == Tarixçə == Talabani və Bərzaniyə yaxınlığı ilə bilinən türk jurnalist İlnur Çevik İraqda müstəqil bir Kürdüstanın qurulması üçün onlara müşavir-məsləhətçi olduğu dövrdə 65 milyon dollarlıq layihə ilə mükafatlandırıldı. Bu layihəni əhatə edən mövzular arasında “Kürdüstan” TV-nin (KTV) Quzey İraqda yaradılması planlaşdırıldı. 1999-cü il yanvarın 1-i İraqın quzeyində Səlahəddin bölgəsində həmin jurnalistin iştirakı ilə Kürdüstan TV kanalı yaradıldı. KTV kürd dilində və süryanicə yayımlanır. Karuhan Akçe 2000-ci il noyabr ayında verdiyi açıqlamada KTV-nin türk dilində də yayım həyata keçirəcəyini bildirmişdi. “Washington Post”un iddialarına görə, KTV türk texniki şəxslərin köməyi və Türkiyənin logistik dəstəyi ilə yaradılıb. Türk rəsmiləri bu iddianı açıq bir tərzdə təsdiqləməsə də, Xarici İşlər Nazirliyi kanalın yayımlanmasından duyduğu məmnuniyyəti açıq şəkildə dilə gətirmişdi. PKK terror təşkilatı KTV-nin Türkiyə tərəfindən PKK-ya qarşı yaradılmış bir kanal olduğunu bildirərkən tərəfdarlarını KTV əleyhinə fəaliyyət göstərməyə çağırmışdı. == Məqsəd == Müstəqil kürd dövləti qurmaq, kürd dilinə beynəlxalq təşkilatlarda yer almaq, kürdlərə qarşı tətbiq edilən təzyiq və zorakılıq olaylarını şişirdilmiş şəkildə ictimaiyyətə təqdim etmək, kürd “mübarizəsini” və liderlərini gündəmə gətirmək, kürd varlığının İraqda min illərdir mövcudluğunu göstərmək və Kərkükün “kürd şəhəri” olmasını xalqa yeritmək bu kanalın əsas məqsədi olmuşdur.
Kürdüstan Universiteti Həvler
Kürdüstan Universiteti Həvler (UKH) — İraq Kürdüstanının Ərbil şəhərində təhsil müəssisəsi. UKH Kürdüstanda açılan beşinci dövlət universiteti olmuşdur. 2006-cı ildə təsis edilmişdir. Kürdüstan Universiteti Həvler 2018-ci ildə regionda ən yaxşı universitet seçilmişdir.
Kürdüstan Vətən İttifaqı
Kürd Vətən İttifaqı — İraqın siyasi partiyası. Səddam Hüseyndən sonra gələn 3 prezident: Bərham Saleh, Fuad Məsum və Cəlal Talabani məhz bu partiyanın üzvü olub və Partiyanı ölkənin rəsmi partiyasına çeviribdir. Ən böyük rəqibləri BƏƏS dövründə İraq, Türkiyə, PKK, YPG, İŞİD-dir. Ən böyük müttəfiqi isə Qəddafist Liviyadır (1983). Mərkəzi Süleymaniyədə Yerləşir. Cənubi İraqda partiyanı "terror anbarı" kimi tanıyırlar. 2014–2018 ci illər arasında aktiv fəaliyyət göstərir. == Tarixi == PUK siyasi irsini Süleymaniyyədə doğma İbrahim Əhməddə başlayır. 1947-ci ilin əvvəlində İranda Sovet tərəfindən dəstəklənən kürd kürd Mahabadın süqutundan sonra İbrahim Əhməd, İran KDP-nin (KDP-I) ​​Süleymaniyyə təmsilçisi, yeni yaradılan İraq KDP-yə qoşuldu. Əhməd, 1951-ci ilə qədər İraq Kürd solçu millətçilərinin əksəriyyətini yeni İraq KDP-yə toplamağa müvəffəq olmuş yüksək nüfuzlu solçu bir ziyalı idi, bu da öz növbəsində ikinci Partiya Qurultayını çağırmaq və Əhməd baş katib seçmək imkanı əldə etdi. .
Kürdüstan bayrağı
Kürdüstan bayrağı (kürd. Alaya Kurdistanê, Ala Rengîn) — Kürdüstan ı təmsil edən bayraq. İraq Respublikasınə bağlı Kürdüstan Regional Hökumətinin bayrağı olaraq istifadə edilməkdədir.
Kürdüstan ostanı
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Kürdüstan qəzası
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Kürdüstan silsiləsi
Kürdüstan silsiləsi — İrannın qərbində, İraq və Türkiyə sərhədi boyunca uzanan dağ silsiləsi. Silsilə 240 km uzunluğa malikdir. Orta hündürlük 3000 m təşkil edir. Kristalik və metomorfik suxurlardan ibarətdir. Silsilələr arasında ensiz ancaq dərin dərələrə sahibdir. Silsilənin şərqi quru dağ çölləri, qərb ətəklərində isə nadir palıq meşələrimə rast gəlinir. Yüksəklik artdıqca alp çəmənlər geniş sahələr tutur.
Kürdüstan İslam Birliyi
Kürdüstan İslam Birliyi (kürd. یەکگرتووی ئیسلامیی کوردستان, Yekgirtiya Îslamî ya Kurdistanê; ərəb. الاتحاد الاسلامي الكوردستاني‎, translit. əl-İtithad əl-islami əl-kurdistani) və ya sadəcə Yekqirtu (kürd. Yekgirtû) — İraq Kürdüstanında islamçı siyasi partiya. == Tarixi == Kürdüstan İslam Birliyi 6 fevral 1994-cü ildə Səlahəddin Bahəddin və onun həmkarları tərəfindən təsis edilmişdir. O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir. Bahəddin daha sonra ikinci, üçüncü və dördüncü konfranslarda yenidən baş katib seçilmişdir. Bundan sonra onu Hadi Əli və Məhəmməd Fərəc əvəzləmiş, lakin 2016-cı ildə yenidən baş katib seçilmişdir.
Kürdüstan əyaləti
Kürdüstan əyaləti (Osmanlıca: ایالت کردستان; Eyâlet-ı Kurdistan) — Osmanlı imperiyasının əyalət. Osmanlı imperiyası kürdlərin məskunlaşdığı coğrafi bölgəyə istinad etmək üçün həmişə "Kürdüstan" ifadəsini işlətsə də, bu termin ilk dəfə coğrafi bölgə deyil, inzibati vahid üçün istifadə edilmişdir. == Tarix == 1846–1867-ci illər arasında cəmi 21 il davam etdiyi üçün qısa ömürlü bir əyalət idi. Qurulduqdan bir il sonra Kürdüstan əyalətinin böyük hissələrinin keçmiş hökmdarı, kürd sərkərdəsi Bədir Xan Bəy Eruhdakı qalasında məğlub oldu. Əyalətdə güclü bir kürd hökmdarı yox idi ki, bu da onu nizamsızlaşdırdı və Nəqşibəndi və Qədiriyyə dərviş tariqatlarına mənsub dini şeyxlərin və ya tariqələrin yüksəlməsinə səbəb oldu. 1867-ci ildə ləğv edilərək yerinə Diyarbəkir əyaləti keçdi. Mövcud olduğu müddətdə on iki fərqli qubernator gördü. Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə Kürdüstan Əyalətinin dirçəlişini təklif edərək, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından əvvəl Cənub-Şərqi Anadolunun həmişə Kürdüstan adlandırıldığını iddia edib. Onun Osmanlı İmperiyasının əyalət rəhbərliyinə istinad edən sözləri Ərdoğanın federal sistem tətbiq etmək istəyinin əlamətləri kimi şərh edən bir çoxları tərəfindən tənqid edilib. Ərdoğan türk millətçilərinə meydan oxumaq üçün Osmanlı dövründə Kürdüstan və Lazistan adlı eyaletlərin olduğunu xatırladıb.
Kürdüstanda (1938)
== Məzmun == Burada Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaşayan kürdlərin həyatından və məişətindən, onların heyvandarlıqla məşğul olmalarından danışılır. Burada mənzərələr təsvir edilmişdir. Kinooçerkdə Laçın, Kəlbəcər, İstisu bölgələri öz əksini tapmışdır.
Kürdüstanda (film, 1938)
== Məzmun == Burada Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaşayan kürdlərin həyatından və məişətindən, onların heyvandarlıqla məşğul olmalarından danışılır. Burada mənzərələr təsvir edilmişdir. Kinooçerkdə Laçın, Kəlbəcər, İstisu bölgələri öz əksini tapmışdır.

Значение слова в других словарях