is. [ ər. ] Misdən, saxsıdan, plastik kütlədən və s.-dən qayrılan xüsusi biçimli lüləkli və qulplu suqabı.
[Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım, bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm.M.F.Axundzadə.
Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüləyin və süpürgə.C.Məmmədquluzadə.