Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qulp (veriliş)
"Qulp" — 1992-ci ildən 2014-cü ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan siyasi-satirik şou. Veriliş jurnalist Mübariz Əsgərov tərəfindən yaradılmışdır. == Tarixi == 1992–1998-ci illərdə AzTV-də 12 buraxılışı getmiş "Qulp", 1998-ci ildən 2007-ci ilə qədər ANS TV-nin ən baxımlı verilişlərindən sayılıb. Verilişdə rüşvətxorluq, ictimai və digər problemlər uydurma və satirik personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı. Verilişdə müxtəlif zamanlar şair Baba Pünhan və aktyor Yadigar Muradov ("Aşıq Yediyar" personajı kimi) iştirak edib.
Qulp (veriliş, 1992)

Qulpa xan
Qulpa xan — Bərdibəy xanı devirərək hakimiyyətə gəlmişdi. Lakin elə sonrakı il Novruz xan tərəfindən devrildi.
Qulu
Qulu — kişi adı.
Qula
QULA' - İrəvan qubеrniyasının Sürməli qəzasında kənd adı == Tarixi == XIX əsrin sonlarından sonra mənbələrdə kəndin adı çəkilmir. == Toponimi == Toponimin üç izahı ola bilər. Kəndin adı oradakı "Qüllə" adlandırılan qədim qala adındandır. 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində bir kəndin adı Qüllə kimidir XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qula (digər adı Soltaş) toponimi mə'lumdur. Azərbaycanda Qulabənd (Göyçay rayonu), Qulu-Daş (Yardımlı rayonu), Qulaqalası (Qazax rayonu, Əskipara kəndinin 4-5 km. liyində) adları ilə еynidir.
Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif == Həyatı == Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
Lotu Quli
Nadir Nəriman oğlu Səlifov (28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Natali Qule
Natali Qule — Fransa senatoru.
Nikolas Tulp
Nikolas Tulp (nid. Nicolaes Tulp; 9 oktyabr 1593 və ya 11 oktyabr 1593, Amsterdam, Hollandiya qraflığı – 12 sentyabr 1674, Amsterdam, Hollandiya qraflığı və ya Haaqa) — Hollandiyalı cərrah və Amsterdam bələdiyyə başçısı. 1611-1614-cü illərdə Leydendə tibb təhsili alıb. Amsterdama qayıtdıqdan sonra hörmətli həkim oldu və 1617-ci ildə Eve Eqbertsdoxter van der Vux ilə evləndi. İddialı bir gənc, Tulp soyadını götürdü və adını Nikolas (Klasın tam forması) olaraq dəyişdirdi. Siyasi karyerasına şəhər xəzinədarı kimi başladı və 1622-ci ildə Amsterdamda hakim heyəti üzvü oldu.
Qlenn Quld
Qlenn Quld (ing. Glenn Herbert Gould; 25 sentyabr 1932[…], Toronto – 4 oktyabr 1982[…], Toronto) — Kanadalı pianoçu. O, 20-ci əsrin ən görkəmli pianoçularından biri kimi tanınır. İohann Sebastyan Baxın əsərlərinin məşhur təfsirçisi kimi şöhrət qazanan Quldun ifası diqqətəlayiq texniki məharətinə və Bax musiqisinin kontrapuntal teksturasını ifadə etmək bacarığına görə fərqlənirdi. Quld Frederik Şopen, Ferens List və digərlərinin, eləcə də, bir sıra sonrakı romantik və modernist dövr bəstəkarlarının yaratdığı standart romantik fortepiano əsərlərinin əksəriyyətini rədd etdi. Səs yazılarında Bax və Bethoven üstünlük təşkil etsə də, Quldun repertuarı çoxşaxəli idi. Bura o cümlədən Motsart, Haydn və Brahmsın, Yan Piterszon Svelink və Orlando Gibbons kimi barokko dövründən əvvəlki bəstəkarların, Paul Hindemit, Arnold Şönberq və Rixard Ştraus kimi 20-ci əsr bəstəkarlarının əsərləri də daxil idi. Quld klaviaturadakı qeyri-adi musiqi təfsirləri və özünəməxsus əl-qol hərəkətlərindən tutmuş, həyat tərzi və davranışlarına qədər qəribəlikləri ilə tanınırdı. O, bütün diqqətini studiya səsyazmaları və digər layihələr üzərində cəmləşdirmək üçün 31 yaşında konsert verməyi dayandırdı. Quld həm də yazıçı, diktor, bəstəkar və dirijor idi.
Qulu (Keşavərz)
Qulu (fars. گولي‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Keşavərz dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (47 ailə).
Qulu (Sayınqala)
Qulu (fars. گولي‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (7 ailə).
Qulu (Çaroymaq)
Qulu (fars. ‎‎‎‎‎گلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 348 nəfər yaşayır (56 ailə).
Qulu (Ərdəbil)
Qulu (fars. گلي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 211 nəfər yaşayır (56 ailə).
Qulu Ağsəs
Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub. 1993-cü ildə mükafat almışdır. "Avropa" qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür. 27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur. == Yaradıcılığı == Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır.
Qulu Kəngərli
Qulu Kəngərli (d. 5 yanvar 1957, Dərələyəz mahalı, Sallı) — Azərbaycan jurnalisti. == Həyatı == Qulu Kəngərli 1957-ci il yanvar ayının 5-də Dərələyəzin Sallı kəndində anadan olmuşdur. 1979-83-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının özbək diliinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı Qulu Kəngərli 1990-cı il 20 yanvar faciəsindən sonra “Şəhidlər”,”Şəhidlər-2” bukletlərini hazırlayıb və çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qara yanvar şəhidləri” kitabı çap edilib və böyük populyarlıq qazanıb. Bundan sonra “Erməni lobbisi:Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi ilə “Sürgün” sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab isə hazırdır və çapını gözləyir.
Qulu Məhərrəmli
Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006). == Həyatı == Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub. 1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib.
Qulu Məhərrəmov

Qulu Novruzov
Qulu Novruz oğlu Novruzov (7 mart 1970, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Təhsil Nazirliyinin keçmiş müavini. == Həyat və fəaliyyəti == 1970-ci il martın 7-də Naxcıvan MR-nın Nehrəm kəndində anadan olub. 1977–1987-ci illərdə Nehrəm kənd orta məktəbdə oxuyub. 1988–1990-cı illərdə Moskva Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992–1997-ci illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 1997-ci ildən BDU-da çalışır.Azərbaycanın müxtəlif ölkələrlə (ABŞ, Yaponiya, Yunanıstan, Bolqarıstan, Latviya və s.) və Avropa İttifaqı ilə Ikitərəfli Hökumətlərarası birgə Əməkdaşlıq Komissiyalarında təhsil üzrə ekspert kimi iştirak etmişdir.●2005-ci ildə Azərbaycan respublikası Prezidentinin İran İslam Respublikasına rəsmi səfərinin hazırlanması ilə bağlı Tehrana ezam olunmuş ekspertlər qrupunun üzvü ●1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə calışmış, həmin vaxtdan eyni zamanda Bakı Dövlət Universitetinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir. Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-nin Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə təşkil etdiyi müxtəlif təlim proqramlarını tamamlamışdır. ●2005-2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün təşkil edilmiş müsabiqənin qalibi kimi ABŞ-nin Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlamış və tədqiqat aparmışdır. ●Avropa Şurası və Avropa Birliyinin təhsillə bağlı Almaniya, Fransa, Belçika, Latviya, Norveç, Rumıniya, Rusiyada və digər ölkələrdə keçirilmiş müxtəlif konfranslarında iştirak etmişdir. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası və hökumət işçi qrupunun tərkibində təhsil üzrə ekspert kimi çalışmışdır.
Qulu Xəlilov
Qulu Xəlilli (azərb. Qulu Qasım oğlu Xəlilov‎; 1930, Qızılcıq – 1995, Bakı) — Azərbaycanlı yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar elm xadimi. == Həyatı == Qulu Xəlilov 1930-cu ildə indiki Ermənistan SSR-nin Sisyan rayonunun Qızılcuq kəndində anadan olub. 1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonun Poladlı kəndinə köçürülmüşdür. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirəndən sonra, aspiranturada oxumuşdur. Qulu Xəlilli "Vaqif pyesi və tarixi dram janrı" mövzusunda namizədlik, sonralar isə "Azərbaycan romanının inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun (indiki BDU) professoru kimi çalışmışdır. Qulu Xəlilov 1995-ci ildə Bakıda vəfat edib. Onuu ikinci Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında, Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər. == Yaradıcılığı == Qulu Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib.
Qulu Zəngilanlı
Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006). == Həyatı == Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub. 1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib.
Qulu Əsgərov
Qulu Rüstəm oğlu Əsgərov (18 dekabr 1928, Salyan, Salyan qəzası – 11 iyun 1987, Bakı) — Azərbaycan muğam və opera ifaçısı (lirik-dramatik tenor), bəstəkarı, xanəndə və pedaqoqu. == Həyatı == Əsgərov Qulu Rüstəm oğlu 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olmuşdur. Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır. Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamlaifa olunur.
Xarrat Qulu
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. == Həyatı == Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur.Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi.Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir.Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Onun ölümündən sonra Kor Xəlifə onun yolunu davam etdirərək Şuşada musiqi məktəbi açmışdır. Kor Xəlifənin ölümündən sonra isə məktəb öz fəaliyyətini dayandırmışdır. Sonra isə bu Şuşada musiqi tədrisidini Molla İbrahim davam etdirmişdir.
Qula (Duzluca)
Kula, Iğdır ilinin Tuzluca ilçesine bağlı bir köydür.Qula — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. 1989-cu ildə həyata keçirilən əməliyyatda 7 PKK -çının öldürülməsi nəticəsində təhlükəsizlik səbəbi ilə boşaldılan və Kula kəndinə bağlı olan və ildə adı Karnik olaraq dəyişdirilən Kartutan kəndi yalnız yay aylarında yayla kimi istifadə edilə bilər.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.
Gülə
Gülə (Sərdəşt)
Gulo
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Gül-gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül

Gülə-gülə (Takab)
Gülə-gülə (fars. گوله گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Gülü (Sərab)
Gülü (fars. گلي‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Gülə (Soyuqbulaq)
Gülə (fars. گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (6 ailə).
Gülə (Sərdəşt)
Gülə (fars. گوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
May gülü
Pula-pula
Pula-pula - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər oyunçu iştirak edir. Hamar qumun üstündə dairə üzrə "pula"("mətə") adlanan çuxurlar qazılır. Hər pulaya 7 ədəd noxud salınır. Oyunçular noxudu cüt-cüt pulaya salarkən deyirlər: Oyunçulardan biri payına düşən pulalardan birinin noxudlarını saat əqrəbi istiqamətində qonşu pulalara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu tək sayda (1, 3, 5) olan noxudların üstünə düşərsə o, oyunu udur. Oyun beləcə davam edir.