LÜT

прил. 1. кьецӀил, пекер алачир (мес. аял); lüt olmaq кьецӀил хьун, пекер вири хтӀунун; 2. пер. ттар, вал, хъач, векь авачир, кьуру; lüt qayalar кьецӀил рагар; // пешер авахьнавай, пеш аламачир (мес. ттар); 3. пер. кесиб, юхсул, затӀни авачир; lüt qoymaq кьецӀила тун, авай-авачир вири гъиляй акъудун, кесиб гьалда ттун, кесибарун, юхсуларун.
LÜSTR
LÜT-ANADANGƏLMƏ
OBASTAN VİKİ
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Alman lüteran kilsəsi
Alman lüteran kilsəsi (Göygöl) — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gədəbəy) — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gəncə) — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şamaxı) — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şəmkir) — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Alman lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Alman lüteran kilsəsi (Göygöl)
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə Göygöl Tarix Diyarşünaslıq muzeyi fəaliyyət göstərir. == Tarixi == 1817-ci ildə imperator I Aleksandrın icazəsi ilə Şvabiyadan 700 lüteran pietist ailə Cənubi Qafqaza köçdü. Bu ailələrdən 120-i Azərbaycan ərazisinə gələrək burada Yelenendorf koloniyasının əsasını qoydular.Koloniyanın qurulması ilə lüteran icmasının da fəaliyyəti başladı. İlk dini ayinlər məktəb müəlliminin rəhbərliyi ilə aparılsa da sonradan 1832-ci ildə bura Hannover şəhərindən keşiş dəvət edilib.1854-cü ildə Lüteran cəmiyyətinin dini ehtiyaclarını ödəmək üçün kilsə binasının inşa edilməsi qərara alınıb. 1854-cü il aprelin 24-də alman lüteran kilsəsinin əsası qoyulub. Tikinti işləri üç il davam edən neoqotik üslubda olan kirxa 1857-ci il martın 10-da “Müqəddəs İohan kilsəsi” adına layiq görülüb və dindarların istifadəsinə verilib. Bu Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi idi. Kilsədə Lüdviqsburqda yerləşən “E.F.Walcker & Cie” şirkətinin istehsalı olan orqan quraşdırılmışdı.
Alman lüteran kilsəsi (Gədəbəy)
Alman lüteran kilsəsi — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Lüteran kilsəsi 1868-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodiy kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi. Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır. Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodiy adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi. 1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodiy qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.
Alman lüteran kilsəsi (Şamaxı)
Alman lüteran kilsəsi — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Alman lüteran kilsəsi 1869-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Şəmkir)
Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyası olan Yelenendorfdan sonra ondan 40 km aralıda ikinci alman koloniyasını – Annenfeldin əsası qoyulur. 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikilir. Kilsənin memarı Ferdinand Lemkul olub. === Sovet işğalında === Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. 1936-1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu.
Belmon-Lütezyö
Belmon-Lütezyö (fr. Belmont-Luthézieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01036. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 514 nəfər təşkil edirdi.
Bodrumlu Ömər Lütfi Əfəndi
Bodrumlu Ömər Lütfi Əfəndi (1817, Muğla ili – 20 aprel 1897, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Sicill-i Osmânî, IV, 4, 865. İlmiyye Salnâmesi, s. 612–614. İbnülemin, Son Sadrıazamlar, III, 1273, 1365–1366. Karal, Osmanlı Tarihi, VIII, 274, 306–308. Ebül‘ulâ Mardin, Huzur Dersleri (nşr. İsmet Sungurbey), İstanbul 1966, II–III, 135, 824–825. Danişmend, Kronoloji2, V, 158. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s.
Dərəgəh-i Lütfullah (Sulduz)
Dərəgəh-i Lütfullah (fars. درگه لطف اله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 461 nəfər yaşayır (76 ailə).
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Səfi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfü Məmmədbəyov
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfəli Abdullayev
Lütfəli Əmir oğlu Abdullayev (9 (22) mart 1914, Nuxa – 9 dekabr 1973, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor. == Həyatı == Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.
Lütfəli Babayev
Lütvəli Babəli oğlu Babayev (30 yanvar 1959, Qaravəlli, Zərdab rayonu) — 2007–2019-cu illərdə Zərdab rayon, 2005–2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı. == Həyatı == 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ailəlidir. İki qızı və bir oğlu var.
Lütfəli Məlikaslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (1913, Tuğ, Şuşa qəzası – 1996) — texnika elmləri doktoru, professor. == Həyatı == ● Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasının Tuğ kəndində qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsində anadan olmuşdur. ● 1938-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. ● 1945-ci ildən - VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur. ● 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış. ● 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir. ● 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik. ● 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Lütfəli Nuriyev
Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976) == Həyatı == Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub. Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Lütfəli Sultan
Lütfəli Sultan (tam adı:Lütfləli Sultan Kəngərli) — XIX əsrin əvvəllərində Kəngəril tayfasının rəisi == Haqqında == Kəlbəli xan Kəngərlinin oğlu, Ehsan xan, Şeyxəli (Şixəli) bəy və Nəzərəli bəy Kəngərlinin qardaşıdır. 1806-cı ildə Naxçıvan hakimi olan atasının əmri ilə Kəngərli süvarilərini ruslara və osmanlılara qarşı vuruşmaq üçün səfərbər etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 290. ISBN 5-8066-1468-9.

Значение слова в других словарях