Hedi Lamarr
Hedi Lamarr (ing. Hedwig Eva Maria Kiesler, 9 noyabr 1914[…], Vyana[…] – 19 yanvar 2000[…]) ― Avstriyalı, sonradan ABŞ-də yaşamış aktrisa və ixtiraçı.
== Həyatı ==
1933-cü ildə Gustav Maçatinin ekranlaşdırmış olduğu "Ekstaz" adlı filmdəki çılpaqlığı ilə mübahisə mövzusu oldu və varlı olan Avstriyalı hərbi sursat istehsalçısı həyat yoldaşından ayrılaraq gizlicə Parisə qaçdı. Burada, Metro-Goldwyn-Mayer studiyasının sədri Luis B. Mayer ilə görüşüb və ona Hollivudda film müqaviləsi təklif edilib. Hedi Lamarr 1930-cu illərin əvvəllərindən, 1950-ci illərin sonlarına qədər rol aldığı filmlər ilə bir film ulduzuna çevrildi
== Filmləri ==
Lamarr çoxsaylı populyar filmdə rol almışdır. Bunlara 1938-ci ildə Şarl Buaye ilə birgə baş rollarını paylaşdığı "Algiers" filmi, 1940-cı ildə Spenser Treysi ilə baş rolunu bölüşdüyü "I Take This Woman" filmi, 1940-cı ildə Klark Qabl ilə baş rolunu bölüşdüyü "Comrade X" filmi, 1941-ci ildə baş rolunu Ceyms Stüart ilə bölüşdüyü "Come Live With Me" filmi, 1941 istehsalı baş rolunu Robert Yanq ilə bölüşdüyü "H. M. Pulham, Esq." filmi və 1949-cu ildə Viktor Mature ilə birlikdə rol aldığı "Samson və Delila" filmini nümunə göstərmək olar.
== İxtiraları ==
İlk evliliyi müddətində Lamarrın tətbiqi elmlərə qarşı marağı artdı və aktyorluq karyerasından də darıxdığından görə bir ixtiraçı kimi ixtiralar istehsal etdi. Daha təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə və s. ixtiralar üstündə işləmişdir. II Dünya Müharibəsinin başlanğıcında, müttəfiqlərin müharibədəki qüvvələrinə yardımçı olmaq üçün çox istəkli idi.