lao

lao
lanuqo
laolar
OBASTAN VİKİ
Lao-szı
Lao-tszı (e. ə. VI əsr – e. ə. V əsr) — Çin filosofu. == Həyatı == Lao Tzı (Çin: 老子; pinyin: Lǎozǐ; Wade–Giles: Lao Tzu; həmçinin Lao Tse, Lao Tu, Lao-Tsu, Laotze, Laosi, Laocius, və digər şəkildə tərcümə edilir; e. ə. VI əsr – e. ə. V əsr) qədim Çin filosofudur.
Lao-tszı

Patet lao
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir. "Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur.
Lao issara
Lao issara (laos ລາວອິດສະລະ, hərf. Azad Laos) — 12 oktyabr 1945-ci ildə şahzadə Petsarat Ratanavon tərəfindən yaradılmış antifransa milliyətçi hərəkat. Bu qısaömürlü hərəkat İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ortaya çıxmış, Fransa qüvvələrinin qayıtmasına qədər Laos hökumətinə çevrilmişdir. Bu, fransızların Laos üzərində nəzarəti bərpa etməsinə mane olmaq məqsədini daşıyırdı. Qrup 1949-cu ildə ləğv edilmişdir.
Lao Xəbər Agentliyi
Lao Xəbər Agentliyi və ya Kaosan Patet Lao (laos ຂ່າວສານປະເທດລາວ, KPL; fr. Agence de presse lao) — Laos hökumətinin və hakim Laos Xalq İnqilab Partiyasının rəsmi xəbər agentliyi. 6 yanvar 1968-ci ildə Vyenqsayda Laos Xalq İnqilab Partiyasının xəbər agentliyi kimi fəaliyyətə başlamış və 1976-cı ildə kommunistlər hakimiyyəti ələ keçirdikdən sonra Laosun rəsmi xəbər agentliyinə çevrilmişdir. Onun hazırkı baş direktoru Saunton Xantavonqdur.
Kunq Lao (Mortal Kombat)
Kunq Lao (ing. Kung Lao ) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Ölümcül döyüş" turnirinin çempionudur.
Laodikeya
Laodikeia — E.ə. I əsrdə Anadolunun ən əhəmiyyətli və məşhur şəhərlərindən biri. Dənizli ilinin 6 km şimalında yerləşən antik Laodikeya şəhəri, coğrafi baxımdan çox uyğun bir nöqtədə və Lykos çayının cənubunda qurulub. Şəhərin adı antik qaynaqlarda daha çox "Likos sahilindəki Laodikeia" şəklində keçməkdədir. Digər antik qaynaqlara görə isə şəhər E.ə. 261-263 illəri arasında II Antioxos tərəfindən qurulmuş və şəhərə Antiokhosun arvadı Laodikenin adı verilmişdir. Şəhərdəki böyük sənət əsərlərinin e.ə. I əsrə aid olduğu düşünülməkdədir. Romalılar da Laodikeyaya xüsusi bir əhəmiyyət vermişlər və Kıbyra (Gölhisar-Horzum) Conventusunun paytaxtı etmişlər. İmperator Karakalla zamanında Laodikeyada bir ardıcıl keyfiyyətli sikkə kəsilirdi .
Laofonta
Laofonta (q.yun. Λαοφόντη) — yunan mifologiyasında personaj. O, Plevron və Ksantippin qızı, beləliklə Agenor, Sterop və Stratonikanın bacısı idi. Festinin məlumatına görə, Laofonta, həmçinin İfikl, Leda və Alfeyanın anasıdır. Buna bamayaraq, Alkman Ledanın atasının Qlauk olduğunu bildirmişdir.
Laokoon
Laokoon və ya Laokoont (q.yun. Λᾱοκόων) — yunan mifologiyasında Troya şəhərində tanrı Apollonun kahini. Aketanın oğlu, Anxisin qardaşı və Apollonun kahini olan Laokoon Apollonun iradəsinə qarşı çıxaraq öz həyat yoldaşı ilə dünyaya iki əkiz oğlan uşağı gətirirlər. Öncəgörücü Troya müharibəsi zamanı öz həmvətənlərinə Troya atını şəhərə salmamağı xəbərdar edir. Apollon bu səbəbdən Troyaya iki ilan göndərir. Dənizləri keçib gələn bu ilanlar Laokoonun oğulları olan Antifantı və Fimbreyi udmuş, sonra Laokoonun özünü boğub öldürmüşlər. Digər bir hekayəyə görə isə bu Afinanın qəzəbindən baş vermişdir. İlanlar Afina (mifologiya) heykəlinin ayağında olan qalxanın altında gizlənmişlər. Troyalılar belə hesab etdilər ki, bu Laokoonun Troya atına nizə atmasına görə baş vermişdir. Mifin digər bir variantına görə, ilanlar tərəfindən ancaq onun oğulları boğulmuşdur.
Laokoon və oğulları
“Laokoon və oğulları” (it. Laocoonte e i suoi figli) və ya “Laokoon qrupu” (it. Gruppo del Laocoonte) — Vatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəl. 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilmişdir. Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir. Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir. Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır. Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın əziyyətləri, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır. Əziyyət fiqurların əyilmiş üz mimikalarında (Çarlz Darvin qeyd edir ki, Laokoonun qabarıq qaşları fizioloji olaraq mümkün deyil), o cümlədən müqavimət göstərən bədənlərin, xüsusilə Laokoonun bədəninin gərgin əzələlərində ifadə olunur.
Laomedeya (peyk)
Laomedeya (yun. Λαομήδεια) və ya Neptun XII Neptunun düz istiqamətdə dönən düzənsiz peyklərindən biridir. Peyk Metyu Holman və bir neçə alim tərəfindən 13 Avqust 2002-ci ildə kəşf edilmişdir.3 Fevral 2007-ci ildə (İAUC 8802) onun adı elan olunmazdan əvvəl, bu peyk S/2002 N 3 kimi tanınırdı. O, təxminən 23,571,000 km məsafədə Neptunun ətrafında fırlanır və diametri təxminən 42 kilometrdir.Bu peyk yunan mifalogiyasındakı əlli Nereiddən birinin adını daşıyır.
Laos
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. == Tarixi == Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos Xalq Demokratik Respublikası

Laos Xalq Demokratik Respublikası;

Laos bayrağı
Laos bayrağı — Laos dövlətinin rəsmi dövlət bayrağı. 2 dekabr 1975-ci ildə qəbul olunmuşdur. Bundan əvvəl qısa müddətliyinə Lao İssara hökuməti və Patet Lao tərəfindən istifadə olunmuşdur. == Simvolizm == Bayraq 3 horizontal zolaqdan ibarətdir: ortada göy zolaq, yuxarı və aşağıda qırmızı zolaqlar. Bu göy zolağın içində onun hündürlüyünün 8/10-nu təşkil edən ağ disk təsvir olunmuşdur. Bayrağın proporsiyası 2:3 şəklindədir. Bu bayraq ölkə xalq respublikasına çevriləndə qəbul olunmuşdur. Bu bayraq dünyada beşguşəli ulduz təsvir olunmayan yeganə sosialist bayraqdır. Bu bayraqdan əvvəl qırmızı fonda çətirin altında, oturacağın üzərində dayanan üçbaşlı fil təsvir olunan bayraqdan istifadə olunmuşdur. Bu ölkənin XIX əsrdə ölkənin qədim adını ifadə edirdi: "Milyon fillər ölkəsi".
Laos dili
Laos dili, lao dili və ya laotyan dili (laos ພາສາລາວ, phasa lao) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil, laoların dili, Laosun rəsmi dövlət dili. Şimal, mərkəz və cənub dialekt qrupları var. Təcridi dildir. Sözlər arasında sintaktik əlaqələr analitik yolla yaradılır. Cümlədə söz sırası sabitdir. Leksikasında pali və sanskrit dillərindən keçmə sözlər çoxdur. Ədəbi dil Vyentyan dialektinə əsaslanır. Laosda ilk yazılı abidələri XIII əsrə aiddir.
Laos kipi
'Lao kipi (laos ກີບ; kodu: LAK; simvolu: ₭ or ₭N) 1952-ci ildən Laos respublikasının pul vahidi. Tarixi olaraq vir kip 100 att (ອັດ)-a bölünür. == Tarixi == === Azad Laos kipi (1946) === 1945-1946-cı illərdə Fransız qüvvələri regionu zəbt etmədən əvvəl Azad Laos hökuməti Vyentyanda 10, 20 və 50 att və 10 kip kağız pul buraxdı. === Krallıq kipi (1952) === Kip 1952-ci ildə Fransız Çinhindi piastrını əvəz etdi. Kip (həmçinin fransız dilində piastr adlanıdr) 100 att (Lao: ອັດ) və ya sentə bölünür. ==== Sikkələr ==== Üzərində laos və fransız dillərində yazı olan 10, 20 və 50 att sikkələr buraxıldı. Hamısı alüminiumdan hazırlanmışdı və Çin pulları kimi ortasında dəlik vardı. Yalnız 1952-ci ildə buraxılmışdı. ==== Əsginaslar ==== 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Laos filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı. Eyni zamanda, İnstitutun digər iki filialı da Kambocada riel və Cənubi Vyetnamda donq ilə oxşar razılaşmalara malik idi.
Laos vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Laosun dövlət quruluşu
Laosun dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Laos məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist tipli respublikadır. Milli bayram günü olan müstəqillik günü (1949) 19 iyul tarixində qeyd edilir. 10 fəsil və 80 maddədən ibarət Laos Konstitusiyası 14 avqust 1991-ci il tarixində qəbul edilmişdir. == İnzibati bölgüsü == Laos Respublikası 11 000 kommunadan ibarət 140 rayonu özündə birləşdirən 16 əyalətə (Attapı, Bokeo, Bolikxamsay, Tyampasak, Xuapxan, Kxammuan, Luanqnamtxa, Luanqpxabanq, Udomsay, Pxonqsali, Saynyabuli, Salavan, Savanakxet, Sekonq, Vyentyan-əyalət və Sienqkxuanq) və Vyentyan paytaxt prefekturasına bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ölkə Parlamenti tərəfindən 5 il müddətinə seçilir. Ali qanunverici orqanda dövlət başçısı seçilmək üçün namizəd, Parlamentin xüsusi iclasında iştirak edən deputatların ən azı 2/3 hissəsinin səsini qazanmalıdır. Laos Prezidenti Milli Assambleyanın qərarına əsasən Baş naziri, onun təqdimatı ilə əyalət qubernatorlarını və şəhər merlərini təyin edir və vəzifədən kənarlaşdırır, Baş nazirin təqdimatı ilə silahlı qüvvələrin və təhlükəsizlik xidmətinin ali vəzifəli şəxslərinə hərbi rütbələr verir, habelə əfvlə bağlı sərəncam imzalayır və digər funksiyaları həyata keçirir. Dövlət başçısı Hökuməti formalaşdırır və onun üzvlərini təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. == Adı == Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. == Hakimiyyəti == Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Laolar
Laolar və ya laoslular (laos ລາວ) — Cənub-Şərqi Asiyada tay etnik qrupu. Laosun əsas əhalisidir. Laosda, Tailandda, Çində, Vyetnamda, Kambocada və Myanmada laoların etnoqrafik qrupları yaşayır. Laos dilində danışırlar. Dinləri buddizmdir. Laoların əcdadları Hind-Çin ərazisinə b.e. ilk əsrlərində Şərqi Asiyadan gəlmişlər. XIV əsrdə Lansanq feodal dövlətini yaratmışdılar. Əsas məşğuliyyətləri çəltikçilik və bağçılıqdır, toxuculuq və ipəkçilik də inkişaf etmişdir.
Laos Vətənpərvər Cəbhəsi
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir. "Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur.
Laos Xalq İnqilabı Partiyası
Laos Xalq İnqilabı Partiyası (LXİP; laos ພັກປະຊາຊົນປະຕິວັດລາວ, Phak Pasaxon Pativat Lao; fr. Parti révolutionnaire populaire lao) — Laos Xalq Demokratik Respublikasının qurucu və yeganə hakim partiyası. Partiyanın dövlət hakimiyyəti üzərində monopoliyası Laos Konstitusiyasının 3-cü maddəsi ilə təmin edilir və o, iqtisadiyyat və ordu üzərində mərkəzləşdirilmiş nəzarəti olan unitar dövləti saxlayır. == Tarixi == Partiyanın əsası 22 mart 1955-ci ildə (o vaxtadək Hind-Çin Kommunist Partiyasının Laos bölməsi kimi fəaliyyət göstərmişdir) Samnıa şəhərində, keçirilmiş 1-ci (təsis) qurultayında qoyulmuşdur və Laos Xalq Partiyası (LXP) adlanmışdır. 1956-cı ildə ildə LXP-nin rəhbərliyi ilə yaradılmış Laos Vətənpərvər Cəbhəsi Laos xalqının xarici qüvvələrə və yerli rəqiblərinə qarşı mübarizəsinin təşkilində mühüm rol oynamışdır. 1972-ci ilin fevralında keçirilmiş 2-ci qurultay partiyanı Laos Xalq İnqilabı Partiyası adlandırmağı qərara almışdır. Qurultayda qəbul olunmuş siyasi proqram kapitalizm inkişaf mərhələsini keçmədən birbaşa sosializmə keçid üçün bütün zəruri şərtlər hazırlamağın Laos inqilabının başlıca vəzifəsi kimi irəli sürülmüşdür. LXİP-nin rəhbərliyi ilə Laos kommunistlərinin yerli rəqiblərə və onların amerikalı müttəfiqlərinə qarşı müvəffəqiyyətli mübarizəsi 1973-cü ilin fevralında Laosda sülhün bərpa olunması və milli razılıq əldə edilməsi haqqında sazişin imzalanması ilə nəticələnmişdir. 1975-ci ilin dekabrında LXİP ölkədə bütün hakimiyyəti ələ almışdır. LXİP-nin təşəbbüsü ilə çağırılmış Laos xalq nümayəndələriin Milli konqresi monarxiya quruluşunun devrildiyini və Laos Xalq Demokratik Respublikasının (LXDR) yaradıldığını elan etmişdir.
Laos coğrafiyası
Laos coğrafiyası — Cənub-Şərqi Asiyada yerləşən Laos Xalq Demokratik Respublikasının ərazi kompleksləri və komponentləri. Laos, əsasən, dağlıq ölkədir. Şimalında Trannin yaylası (hündürlüyü 2,820 metrə qədər), şərqində Annam dağları, cənubunda Boloven platosu, qərbində Korat platosunun bir hissəsi yerləşir. Cənubunda və qərbində Mekonq çayı boyunca dar ovalıq uzanır. Faydalı qazıntıları: qalay, dəmir filizi, mis, sink, qurğuşun, boksit, qızıl və s. İqlimi subekvatorial, mussondur. Orta tempraturu yanvarda 18–27 °C, iyulda 26–30 °C-dir. İllik yağıntı düzənliklərdə 1,300–1,700 millimetr, dağlarda 3,000 millimetrə qədərdir. Ən böyük çayı Mekonqdur. Əsasən, dağ laterit torpaqları yayılmındır.
Laos dövləti
Laos dövləti — Hind-Çin yarımadasında tarixi dövlət. Yaponiya imperiyası tərəfindən işğal edilmiş Fransanın Laos protektoratının ərazisində yaradılmışdır. 1945-ci ilin aprelindən oktyabr ayına qədər mövcud olmuşdur. Luanqphabanq kralı Sisavang Vonq 1945-ci ilin aprelində yaponlar tərəfindən Laosun müstəqilliyini elan etməyə məcbur edilmişdir, lakin 15 avqustda Yaponiya təslim olmuş və Sisavanq Vonq ölkəni bir daha Fransa protektoratı statusuna qaytarmaq arzusunda olduğunu bildirmişdir. 1945-ci ilin oktyabrında ölkənin müstəqilliyini elan edən və Laosda respublika idarəetmə formasını quran Lao İssarahərəkatı Sisavanq Vonqu hakimiyyətdən uzaqlaşdırmışdır.