Lesoto
leşyeyən
OBASTAN VİKİ
Leş milçəkləri
Leş milçəkləri lat. Calliphoridae-Yaşıl və göy tona malik olan metalaçalan parlaq rəngdədirlər. == Quruluşu == Yaşıl və göy tona malik olan metalaçalan parlaq rəngdədirlər. Bığcıqları uzundur və lələkşəkillidir. Sürfələri heyvan cəmdəklərində, ət tullantılarında, nəcisdə və s. inkişaf edir. Az bir qisim növləri məməlilərdə, bəziləri də həşərat və başqa onurğasız heyvanlarda parazitlik edir. Leş milçəklərinin insanların yaşadığı yerlərlə əlaqəli olan və epidemioloji əhəmiyyəti olan növləri də vardır. Bu milçəklər xəstəlik törədən mikrobları və parazir qurdların yumurtalarını yaymaqda mühüm rol oynayır. Calliphora və Lucilia cinslərinin bəzi növləri isə heyvanların açıq yaralarına yumurtalarını qoymaqla heyvandarlığa böyük zərər verirlər.
Leş yeyənlər
Leş yeyən — ölmüş, gəbərmiş və artıq çürümə gedən canlıların digən canlılar tərəfində yeyənlərə deyilir. Leş yeyənlər yırtıcılara daxil edilsələrdə onlar öz cinsindən olanların leşlərini belə yeyə bilirlər. Bu tip canlılara misal kimi Zolaqlı kaftar, Afrika marabusu, Amerika leşyeyənləri, Qəbr böçəkləri kimi canlıları göstərmək olar. Belə bir fikir varki, dinozavrlar arasında leşyeyənlər Tirannozavrlardır. Nekroqaf həşəratlar vardır ki, onların köməyi ilə ölümün nə zaman baş verdiyini müəyyənləşdirmək olur. İlkin istintaqda bundan yararlanılır.
Leş-Nihan sindromu
Leş-Nihan sindromu ― orqanizmdə hipoksantin-quanin-fosforiboziltransferaza fermentinin (HQFTF) fəallığının çox aşağı olması və ya tamamilə olmaması ilə xarakterizə edilən və hiperurikemiya ilə müşahidə olunan ağır irsi xəstəlikdir. == Səbəbi == Leş-Nihan X xromosomu ilə resessiv ötürülən irsi xəstəlikdir. Sindrom zamanı sərbəst purin əsaslarından purin nukleotidlərinin sintezi pozulur, nəticədə bu birləşmələrin de novo sintezi həddindən artıq sürətlənir, orqanizmdə sidik turşusu duzlarının miqdarı artır. Leş-Nihan sindromu zamanı müşahidə edilən psixi dəyişikliklərin meхanizmi isə aydın deyil. Ola bilər ki, beyində maddələr mübadiləsinin normal gedişi üçün sərbəst azot əsaslarından İMF və QMF-in sintez edilməsinin xüsusi əhəmiyyəti vardır. Normal halda beyində hipoksantin-quaninfosforiboziltransferaza fermentinin fəallığının yüksək olması bu fikri sübut edir. == Əlamətləri == Purin nukleotidlərinin sintezinin artması orqanizmdə normal haldakına nisbətən 3–6 dəfə artıq sidik turşusu duzları əmələ gəlir. Bu isə həyatın ilk illərində podaqra əlamətlərinin və böyrək daşlarının əmələ gəlməsinə (nefrolitiaz), eyni zamanda hiperurikemiyaya səbəb olur. Xəstəlik zamanı müşahidə olunan hallardan biri xəstələrin öz bədənlərinə xəsarət yetirməyə meyilli olmasından ibarətdir. Xəstələr 2–3 yaşında olarkən barmaqlarını və dodaqlarını dişləməyə başlayırlar.
Leş yeyən və kiçik qız
Leş yeyən və kiçik qız (ing. The vulture and the little girl) - Cənubi Afrikalı fotoqraf Kevin Karter tərəfindən Sudanın (indiki Cənubi Sudan) Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuş Ayod qidalanma düşərgəsi yaxılığında çəkdiyi foto. Şəklin 1993-cü ilin mart ayında çəkildiyi təxmin olunur. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür. “Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir. Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur.
Gecə leşyeyəni (film, 2014)
Gecə leşyeyəni — Den Qilroyun yazdığı və rejissorluq etdiyi 2014 Amerika neo-noir, cinayət, triller filmidir. Filmin əsas rollarında Ceyk Cillenhol, Rene Russo, Riz Ahmed və Bill Pakston yer almaqdadır. Film premyerasını 2014 Toronto Beynəlxalq Film Festivalında etdi. Open Road Films tərəfindən 31 oktyabr 2014-də təqdim edildi. Tənqidçilərdən müsbət şərhlər alan film 87. Oskar mükafatında Ən Yaxşı orijinal Ssenari namizədliyi əldə etdi. == Məzmun == Luiz Blum gecələr Los-Ancelesdə baş verən cinayət, qəza kimi hadisələri kamerasına lentə alan və xəbər kanallarına satan işsiz bir adamdır.
Leşanda Budda heykəli
Leşanda Budda (Mayterey) heykəli — Yer kürəsinin ən hündür Budda heykəllərindən biridir və minilliklər boyu, dünyanın ən hündür heykəltəraşlıq əsəri olmuşdur (Volqoqradda “Ana Vətən” yaranana qədər). Çinin Leşan şəhər dairəsinin Şizhonq rayonunda Sıçuan əyalətinin üç çayının qovuşduğu yerdə, Linqyunşan dağında qayanın qalınlığında oyulmuşdur. Buddanın (Maitreyin) üzü qarşıda yerləşən müqəddəs Emeyşan dağına çevrilir. Buddanın başı dağla bərabər hündürlüyə yüksəlir və ayaqları çaya dirənir. Buddaya münasibətdə cənub və şimal divarlarında bodhisattvanın 90-dan çox daş təsviri həkk olunub. Heykəlin yaradılması üzərində iş Tan imperiyası dövründə, 713-cü ildən başlayaraq 90 il davam etmişdi. Heykəlin hündürlüyü 71 m, başının hündürlüyü demək olar ki 15 m, çiyin aralığı demək olar ki 30 m, əl barmağının uzunluğu 8 m, ayaq barmağının uzunluğu 1,6 m, burnunun uzunluğu 5,5 m-dir. XVII əsrin ortalarına qədər, Böyük Buddanın bədəni başına qədər, əvvəl Böyük Təsvirin Pavilyonu adlanan 13 mərtəbəli "Dasyanqe" məbədi ilə gizlədilmişdi. Bu bina sonradan yanğın nəticəsində məhv olmuşdu. Böyük Budda heykəli YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.
Leşatelyerit
Leşatelyerit — mineral, SiO2. == Haqqında == Leşatelyerit təbii amorf kvars şüşəsi. Rəngi açıq boz. Parıltısı şüşəli. Sərtliyi 5,5-7. Xüsusi çəkisi 2,2. Fulquritlərdə ildırım zərbəsindən kvars qumunun əriməsi nəticəsində əmələ gəlir. Meteorit kraterində, vulkanların yaxınlığında rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Leşcil ağ kərkəs
Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin tək növüdür. == Qısa təsviri == İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir.
Leşcil ağqartal
Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin tək növüdür. == Qısa təsviri == İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir.
Leşko burnu
Leşko burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Beripara buxtasından şimalda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Leşko şəhərinin adını daşıyır. == Yerləşməsi == Neyt burnundan 8.95 km cənub-qərbdə, Baliya burnundan 2.45 km şimal-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD).
Leşkər
Leşkər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kiçik Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Orta dağlıq qurşaqdadır. Leşkər variantmda da qeydə alınmışdır. Yaşayış məntəqəsini vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Leş- kar adlanan yerdə salmışdılar. Ləşkər İran dillərində "qoşun, ordu", "düşərgə" mənalarında işlənir. Yerli əhalinin məlumatma görə, vaxtilə İran şahının qoşunu bir müddət burada düşərgə saldığına görə həmin yerə bu ad verilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 670 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Leşru
Leşru (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Leşukovnanın binası (Taqanroq)
Leşukovnanın — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Komsomolsk xiyabanı ev 37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Aleksandr Andreyeviç Kuzminovun vəsaiti hesabına inşa edilmişdir. Rus vilayət klassizmi stilində inşa edilmişdir. == Tarixi == Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Komsomolsk xiyabanı ev 37 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində baron Karl Reykinqin mülkiyyəti olmuşdur. Sonrakı sahib isə omalı Petr de Rossi olmuşdur.
Olqa Leşçuk
Olqa Leşçuk (d. 3 yanvar 1971) — Qazaxıstanı təmsil edən su poloçusu. Olqa Leşçuk, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Stanislav Leşşinski
Stanislav Leşşinski (pol. Stanisław Leszczyński; 20 oktyabr 1677, Lvov, Reç Pospolita – 23 fevral 1766) — 1704-1709-cu və 1733-1734-cü illərdə hakimiyyətdə olmuş Reç Pospolita kralı, 1737-1766-cı illərdə Lotaringiyanın sonuncu hersoqu, Fransa kralı XV Lüdovikin qayınatası. 20 oktyabr 1677-ci ildə anadan olub. Böyük Polşa zadəgan ailəsinin nümayəndəsi, böyük vəliəhd Rafail Leşşinskinin və dövrünün güclü maqnatı, knyaz Stanislav Yan Yablonovskinin qızı Anna Yablonovskayanın yeganə oğlu olub. Poznan vodevodası vəzifəsində çalışıb. 1702-ci ildə Şimal müharibəsi zamanı İsveç kralı XII Karl Polşanı işğal etdi və Polşa kralı, Saksoniya kürfürstü II Avqustu bir sıra ağır məğlubiyyətlərə uğratdı. Polşa zadəganlarının bir hissəsi onun tərəfini tutdu. 1704-cü ildə Varşava Konfederasiyası Kral II Avqustu taxtdan saldı və kralsızlıq dövrü elan etdi. Stanislav Leşşinski konfederasiya tərəfindən diplomatik missiya ilə İsveç kralının məhkəməsinə göndərilib. Tezliklə Stanislav Leşşinski XII Karl tərəfindən yeni Polşa kralı seçildi.
Gecə leşyeyəni
Gecə leşyeyəni — Den Qilroyun yazdığı və rejissorluq etdiyi 2014 Amerika neo-noir, cinayət, triller filmidir. Filmin əsas rollarında Ceyk Cillenhol, Rene Russo, Riz Ahmed və Bill Pakston yer almaqdadır. Film premyerasını 2014 Toronto Beynəlxalq Film Festivalında etdi. Open Road Films tərəfindən 31 oktyabr 2014-də təqdim edildi. Tənqidçilərdən müsbət şərhlər alan film 87. Oskar mükafatında Ən Yaxşı orijinal Ssenari namizədliyi əldə etdi. == Məzmun == Luiz Blum gecələr Los-Ancelesdə baş verən cinayət, qəza kimi hadisələri kamerasına lentə alan və xəbər kanallarına satan işsiz bir adamdır.
Leşh-Nyhan sindromu

Значение слова в других словарях