1. Ölmüş heyvan bədəni, leş, cəmdək. İt leşi. İnək leşi.
– Yolun ətrafında sınıq düşmən maşınları, at leşi və əzilmiş toplardan başqa bir şey gözə dəymir.
Məşədi Heybət bizə nişan verirdi: bu qoyun leşidir, bu təknədir, bu sandıqdır, bu beşikdir.
2. Təhqir kimi insan meyiti haqqında işlənir.
Döyməsin qanlı faşistlər daha öz döşlərinə; Baxsalar yaxşı olar cəbhədəki leşlərinə.
Tökülürdü yağış kimi baş bir yana, leş bir yana; Dağılırdı düşmən səfi on bir yana, beş bir yana!
◊ Qarğa-quzğun leşə gələn kimi – çox həris bir şəkildə, tez üstünə cumaraq.
Bakı neft yataqları xariciləri özünə çəkirdi, qarğaquzğun leşə gələn kimi əcnəbi kapitalistləri də Azərbaycana dolurdu(lar).