LİL

su hövzələri dibində narın dənəli çöküntü. Tərkibinin 50%-dən çoxu 0,01 mm-dən kiçik olan hissəciklərdən ibarətdir. L.-dən tibbdə (palçıq müalicəsi), bəzi növlərindən gübrə kimi və s. istifadə edilir.
LEYSAN
LİLLƏNMƏ
OBASTAN VİKİ
Lil
Lil (fr. Lille [lil] dinlə, pikard Lile, q.flamand Rysel, nid. Rijsel) — Fransada şəhər və kommuna, O-de-Frans bölgəsinin və Nor departamentinin mərkəzi. Şəhər Döl kanalının sol sahilində, Belçika sərhəddinin 14 kilometrliyində yerləşir və son zamanlara qədər Fransa tekstik sənayesinin mərkəzi hesab oolunurdu. Şəhərin adı Deüle çayındaki bir adadan gəlir: köhnə Fransızca (L'Isle). Lill və ətrafı tarix boyunca romalıların təsirində qalmışdır və latın dilindən istifadə etmişdir. 226 000 nəfərlik əhalisi ilə ətrafındakı ən böyük yaşayış mərkəzidir. Şəhər 2004-cü ildə Avropa Mədəniyyət Paytaxtı seçilmişdir.
Lil Peep
Qustav Ar (tam adı:Gustav Eliyah Ahr; 1 noyabr 1996, Allentaun, Lihay qraflığı[d], Pensilvaniya, ABŞ – 15 noyabr 2017, Tuson, Arizona, ABŞ) — daha çox Lil Peep kimi tanınan amerikalı repçi və müğənni. Post-emo diriliş janrında ifa edən ilk musiqiçilərdən biri idi, ifa etdiyi mahnıları emo-trep sayılır. Qustav Ar Pensilvaniya'da doğulub, Long Island'in cənubi sahilində böyüyüb. Onun valideynləri Harvard'ın məzunları idi; Qustav yeniyetmə olanda onlar boşanıb. Atası kollecdə professor işləyirdi, anası isə ibtidai sinif müəlliməsi. Məktəbə sona qədər getməyib öz təhsilini onlayn-kurslarla bitirib. Az sonra Peep musiqi ilə maraqlanmağa başlayıb. 17 yaşında, öz musiqi karyerasını davam etdirmək üçün, Qustav Los-Anceles'ə köçür. Burda o GothBoiClique-ə qoşulur. 2015-ci ildə Lil Peep öz ilk miksteypini buraxır «Lil Peep Part One», hansı ki ,bir həftə içində, SoundCloud-da 4000 dənə oynatma yığdı.Bundan az sonra o LP Feelz və bir dənə də miksteyp «Live Forever» buraxır.
Lil Storberq
Lil Storberq (norv. Lille Storberg) — Norveç qadın həndbolçusu. O, 1965–1971-ci illərdə Həndbol üzrə qadınlardan ibarət Norveç yığmasında 55 oyun keçirmişdir. O, 1971-ci ildə keçirilmiş Həndbol üzrə qadınlar arasında dünya çempionatında da iştirak etmişir. Norveç milli yığması bu çempionatda 7-ci yeri tutmuşdur.
Lil balıqları
Lil balıqlarının udlaq dişləri bir sirada yerləşir, sayı 4–5 və ya 5–4 olur, ağzı ucda yerləşir, dişlərin ucları qarmaq şəkillidlir.2 ədəd qısa bığcığı olur, yan xətdə 87–120 pulcuq olur, bagır – sağı qısadır, qəlsəmə dişcikləri çox uzun, sayı 12–13-r. Bu balıq şirin su balığıdır. Uzunluğu 40 sm, çəkisi 800 qr, 6 ilə qədər yaşayır, cinsi 3–4 yaşında çatır. Təsərrüfat əhəmiyyəti azdır. Altqğızlar cinsində udlaq dişləri bir sıralı bıcaq şəklin dədir, sayı 6–6 və ya 5–5-r. Ağzı aşağıda yerləşır, köndələn aypara şəklindədir. Alt çənə sivridir. Dişlərin üstünü qın örtür üst dodaq nazik bütöv alt cənə inkişaf erməmişdir. Bel üzgə- ci qarın üzgəcinin üst səviyyəsində yerləşir, bığları olnur, yan xəttində 47–90 pulcuq olur, periton pərdəsi qaradır, qarın yastıdır,18 növü olur, respublikamızda 2 növü olur. Birinci Növdə ağız yarığı dairəvi, alt çənənin dal şaxəsində 3–4 də-lik, yan xəttdə 61–65 pulcuq olur.
Lil sirkəni
Lil Uzi Vert
Symere Woods və ya səhnə adı ilə Lil Uzi Vert (31 iyul 1995, Filadelfiya, Pensilvaniya) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Filadelfiyada anadan olan Lil Uzi ilk dəfə 2015-ci ildə Atlantic Recordsa məxsus olan DJ Dramanın da sahib olduğu Generation Now etiketi ilə yayımladığı mixtape albomu Luv Is Rage ilə tanındı. 2016-cı ildə ilk single mahnısı "Money Longer" Billboard Hot 100 siyahısında 54-cü yeri tutur və bununla RIAAda 4x-Platinum mükafatını qazanır. Mahnı 2016-cı ildə Lil Uzinin növbəti albomu olan Lil Uzi Vert vs. the Worldda aparıcı rol oynayır. Alboma daxil olan digər mahnı "You Was Right" Hot 100-də 40-cı yerə sahib olur, albom isə Billboard 200-də 37-ci yeri tutur. 2016-cı ilin sonunda isə Migos qrupu ilə birgə yayımladıqları "Bad and Boujee" Billboardda 1-ci nömrə oldu. 2017-ci idə yayımlanan və Billboard 200-də 1-ci yeri ələ keçirən Luv Is Rage 2 adlı ikinci studiya albomunda yer alan "XO Tour Lif3", "The Way Life Goes" və Sauce It Up" Uzinin hit mahnılarından bəziləri oldu. 60-cı Grammy mükafatında Ən Yaxşı Rep İfası və Ən Yaxşı Yeni Sənətçi mükafatı’na namizəd göstərilən repçi, 2020-ci ildə sürpriz bir albom olaraq Eternal Atakei yayımladı. Luv Is Rage 2 (2017) Eternal Atake (2020) Pink Tape (2023) Purple Thoughtz EP Vol.
Klod Jozef Ruje de Lil
Klod Jozef Ruje de Lil (fr. Claude Joseph Rouget de Lisle; 10 may 1760, Lon-le-Sonye, Yura departamenti — 26 iyun 1836, Şuazi-le-Rua, Sena və Uaza departamenti ) — fransız şairi və bəstəkarı, 1792-ci ildə "Marselyeza" inqilabi himninin sözlərini və musiqisini yazmışdır. Klod Jozef Ruje de Lil 10 may 1760-cı ildə Yura departamentinin Lon-le-Sonye şəhərində anadan olmuşdur. Valideynləri burjua təbəqəsinin nümayəndələri idi. O, Klod-İqnati Ruje və Janna Madlen Qayandın səkkiz övladından yaşca böyüyü idi. Musiqiyə həvəsi hələ uşaqlıq illərindən özünü göstərmişdir: ailəsinin də yaşadığı Montegü kəndinin meydanında sərgərdan musiqiçilər konsert verməyə gəlmişdilər. Həmin konsertdən alınmış təəssürat o qədər böyük olur ki, balaca oğlan həmin musiqiçilərdən ayrıla bilmir və onları xeyli uzaqlara qədər ötürür. Hətta evdə onun itkin düşdüyünü fikirləşirlər. Atası onu hərbi məktəbə hazırlayırdı, elə bu məqsədlə də Klodu yerli kollecə göndərirlər. Valideynləri ona musiqi ilə yalnız – skripkada həvəskar səviyyədə ifa etmək hüdudunda məşğul olmağa icazə verirdi.
Qırmızı lil
Lil Boat 2
Lil Boat 2 — ABŞ repçisi Lil Yachty(en)-nin ikinci studiya albomu. 9 mart 2018-ci ildə buraxılıb.
Didi Lilo
Didi Lilo ( gürc. დიდი ლილო ) - Gürcüstanda Tbilisi mərkəzindən 4.5 km şərqdə şəhər tipli bir qəsəbə. Tiflis bələdiyyəsinin bir hissəsidir (cari statistika Tiflis şəhərindəki şəhər tipli qəsəbəni nəzərə alır) . 2008-ci ilə qədər Kvemo Kartli bölgəsinin Gardaban bələdiyyəsinin bir hissəsi idi. Əhalisi 2417 nəfərdir (2014) , əsasən gürcülərdir . Didi Lilo Stalinin Vissarion Cuqaşvilinin doğulduğu yerdir. 1974-cü ildə Didi Lilo şəhər tipli qəsəbə statusunu aldı. Gürcüstan Ədliyyə Nazirliyinin arxivləri və Tbilisi Eksperimental Karbid Materialları Zavodu burada yerləşir. 2013-cü ilin əvvəlində Didi Liloda yerli mediada geniş yer alan bir qalmaqal baş verdi. Yanvarın 28-dən bəri kəndin 50-yə yaxın sakini zibil maşınlarının ora girməsinin qarşısını alaraq məişət tullantıları poliqonuna aparan yolu bağladı.
Esvatini lilangenisi
Esvatini lilangenisi (svati və ing. lilangeni) — Esvatini dövlətinin pul vahididir. Bir lilangeni 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — SZL-dir. Cəm halda valyutanın adı emalangeni (svati və ing. emalangeni) kimi səslənir. Pul dövriyyəsində 10, 20, 50, 100 və 200 nominallı emalangeniyə, 5, 10, 20, 50 sentlik və 1, 2, 5 emalangenilik sikkələrə rast gəlmək olar. Esvatini lilangenisi 6 sentyabr 1974-cü ildə dövriyyəyə Cənubi Afrika randının yerinə daxil edilmişdir. Dövriyyədə 5, 10, 20, 50, 100 və 200 nominallı müxtəlif buraxılış illərinin emalangeni əsginaslarını görmək olar. 1974-cü ildən sonra buraxılışın köhnə nümunələrinin əsginasları ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.
Etel Lilian Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İngilis yazıçısı, tərcüməçisi, bəstəkarı, görkəmli ingilis alimi və riyaziyyat professoru Corc Bulinin qızı, Vilfred Voyniçin həyat yoldaşı. Veneradakı Voyniç krateri onun şərəfinə adlandırılmışdır. Atası Corc Bula onun doğulmasından 6 ay sonra vəfat etdiyi üçün Etel onu heç tanımırdı. Anası Meri Everest yunan dili professorun qızı idi. Meri istedadlı riyaziyyatçı idi. Himalay dağlarının ən hündür zirvəsi Everest dağı (Comolunqma) Merinin əmisi Corc Everestin adını daşıyır. Ana beş qızı yoxsulluq içində böyüdüb. Buna görə də, ən kiçiyi Etel səkkiz yaşına çatanda onu mərhum ərinin mədəndə kvartal ustası işləyən qardaşının yanına apardı. O, çox dindar və sərt bir insan idi.
Evancelin Lilli
Nikol Evancelin Lilli (ing. Nicole Evangeline Lilly; 3 avqust 1979[…], Fort-Saskaçevan, Alberta) — "Qızıl qlobus" mükafatının sahibi olan Kanada aktrisası. 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətin Fort-Saskaçevan şəhərində anadan olmuşdur. Daha çox "Lost" serialında Keyt Ostin rolunu ifa etdiyinə görə populyarlıq qazanmışdır. Karyera - "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışmışdır.təhsilini maliyyələşdirmək üçün o, telereklamlarda çəkilir və model kimi çalışırdı. Hərçənd özünü heç vaxt model hesab etməmişdir. Model kimi onu Ford model agentliyinin meneceri Kelonva şəhərinin küçələrində görərkən kəşf etmişdir. Lilli agentliklə müqavilə imzalayır və Vankuverə köçür. O, burada dəb nümayişlərində çıxış edir və Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsindəki təhsilini maliyyələşdirir. 2004-cü ildə Lillinin əmək haqqısı hər epizoda görə $80 000 təşkil edirdi.
Fritillaria liliacea
Fritillaria liliacea (lat. Fritillaria liliacea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Fərid Lillahov
Fərid Loğman oğlu Lillahov (6 mart 1999, Baş Daşağıl, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Lillahov 1999-cu il martın 6-da Oğuz rayonunun Baş Daşağıl kəndində Loğman və İntizar Lillahovların ailəsində anadan olub. 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Fərid Lillahov 2019-2020 illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Azərbaycan Ordusunun baş əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Fərid Lillahov noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində döyüşlər zamanı şəhid olub. Oğuz rayonunun Baş Daşağıl kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hemerocallis lilioasphodelus var. fulva
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Henri Martin Liland
Henri Martin Liland (16 fevral 1843 – 26 mart 1932, Detroyt, Miçiqan) — ABŞ mühəndisi 16 fevral 1843-cü ildə Barton şəhərciyi yaxınlığında (Vermont ştatı, ABŞ) fermer ailəsində anadan olmuşdu. 1857-ci ildə Lilandlar ailəsi Massaçusetsə köçdü. İmkansız ailələrdən olan oğlanların çoxu kimi, gələcək konstruktor da erkən yaşlarından işləməli oldu. Öz işçi karyerasına Liland trikotaj fabrikində başladı. Hər şeylə maraqlanan və hər şeyi tez qavrayan Liland zaman keçdikcə mexanik peşəsinə yiyələndi və bir sıra müəssisələrdə mexanik kimi uğurla işlədi. Əgər 1861-ci ildə ABŞ-də şimal və cənub ştatları arasında vətəndaş müharibəsi başlamasaydı, bəlkə də, Lilandın taleyi başqa cür olacaqdı. Cəbhəyə silah tələb olunurdu. Silahqayırma müəssisələrində ixtisaslı mexaniklər böyük pullar qazanmaq imkanına malik idilər. Liland "Kolt" fabrikinə işə düzəldi, bu fabrik o vaxtlar detalların standartlaşdırılması və dəqiq ölçülərə uyğun hazırlanması sahəsində lider idi və məşhur "Kolt" tapançasının buraxılışı sayəsində ad qazanmışdı. Bu fabrikdə qazandığı pullar və əldə etdiyi təcrübə Linkolna 1880-ci ildə öz şəriki ilə birlikdə "Liland and Falkoner" şirkətini təsis etmək imkanı verdi.
Həqiqi zanbaqkimilər (Liliodeae)
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Lilab (Vərziqan)
Lilab (fars. ليلاب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 591 nəfər yaşayır (130 ailə).
Lilacaceae
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Lilbalıq
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Lili-Rouz Depp
Lily-Rouz Melodi Depp (27 may 1999, Paris, Fransa) — valideynlərinin Conni Depp və Vanessa Paradis olduğu Fransız-Amerikalı aktrisa və modeldir. Depp aktrisalıq karyerasına Tusk (2014) filmindəki kiçik bir rolla başladı və Aysedora Dunkan, Planetarium (2016) və Kral (2019) rollarını oynadığı Rəqqasə (2016) dövri dramlarında ulduz kimi parladı. Göstərilən qaydada, Depp Rəqqasə və Sadiq bir insan (2018) filmindəki çıxışlarına görə iki "Ən ümidverici aktrisaya görə Sezar Mükafatı"-na layiq görülüb. O, Mənim Son Lullabim (2019) filmindəki ifasına görə 4-cü Los Angeles Film Təltifedilməsində Ən Yaxşı Aktrisa mükafatını qazandı. Lili-Rouz Melodi Depp 27 May 1999-cu ildə Parisin qərbindəki Neuilly-sur-Seine şəhərində anadan olmuşdur. O, Amerikalı aktyor, prodüser və musiqiçi Conni Depp və Fransız müğənni, aktrisa və model Vanessa Paradinin qızıdır. Deppin Conn "Cek" Xristofer Depp III adlı kiçik bir qardaşı var. Fransız aktrisası Alysson Paradis onun xalasıdır. Depp eyni zamanda müstəmləkə azadlığı mübarizəçisi Elizabeth Key Grinsteadin nəslindəndir. 2012-ci ildə 14 il birlikdə olduqdan sonra Deppin valideynləri ayrıldılar və Deppin birgə qəyyumluğunu təşkil etmək üçün vaxtlarının qalan hissəsini Los Angeles və Paris arasında keçirdilər.
Lili Afşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Kraus
Lili Kraus (3 aprel 1903, Budapeşt – 6 noyabr 1986[…]) — macar əsilli pianoçu. Lili Kraus 1903-cü ildə Budapeştdə anadan olmuşdur. Atası çex, anası isə macar yəhudi ailəsindən çıxmışdı. Ferens List Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra 17 yaşı olarkən Budapeşt Konservatoriyasına daxil olmuşdu. Burada Zela Koday və Bela Bartok ilə birgə təhsil almışdı. 1930-cu illərdə Vyanada Severin Ayzenberqer, Eduard Ştereyman və Berlində Artur Şnabel ilə öz təhsilini davam etdirərək klassik ənənəyə ola marağını daha da artırdı. Lili Kraus tezliklə Motsart və Bethovenin mədəni irsini araşdıran mütəxəssis kimi tanındı. Krausun ilkin musiqi çıxışları və skripkaçı Simon Qoldberq ilə birgə ifaları ona beynəlxalq karyera qazandıran tənqidi tanınmasına gətirib çıxardı. 1930-cu illərdə Avropaya, Avstraliyaya, Yaponiyaya və Cənubi Afrikaya səfərlər etdi. 1940-cı ildə Kraus Asiya turuna çıxarkən Yavada olduğu zaman ailəsi ilə birlikdə həbs edildi və 1943-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər Yaponiyanın konsentrasiya düşərgəsində saxlanıldı.
Lili Larys
Lili Larys (pol. Helena Maliszewska-Płaczkiewicz, primo voto Osmólska 19 mart 1909, Yalta, Tavriya quberniyası[d] – 24 avqust 1986, Katovitse) — polyak rəqqasə. O, Krımın Yalta şəhərində polşalı ailəsində anadan olub. Onun valideynləri Andrey Malişevski və Teodozja Rytter idi. 1905-ci ildə Andrey xəstəliyinə görə Varşavadan Krıma getdilər. O, Yaltada kimyaçı idi və orada uğurlu rus-fransız biznesi ilə məşğul olurdu. O, Rusiyada olarkən baletlə məşğul olub. Onların Krımdakı evinə İvan Mosjukinə baş çəkdi və ona tanqo rəqsini öyrətdi. Helena və anası 1922-ci ilin noyabrında Varşavaya qayıtdılar. O, təhsilini Polşada, o cümlədən balet məktəbində davam etdirdi.

Значение слова в других словарях