LİSAM
LİSANƏN
OBASTAN VİKİ
Kitap əl idrak li lisan əl ətrak
Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin dilini anlama kitabı) — 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.
Abbas Lisani
Abbas Lisani (az.-əski. عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib.
Dmitri Lisaneviç
Dmitri Tixonoviç Lisaneviç (1778 – iyul 1825) — Qafqaz müharibəsinin və Rusiyanın Şimali Azərbaycanı işğalında iştirak etmiş görkəmli xadimlərindən biri olan general-leytenant.
Dmitriy Lisaneviç
Dmitri Tixonoviç Lisaneviç (1778 – iyul 1825) — Qafqaz müharibəsinin və Rusiyanın Şimali Azərbaycanı işğalında iştirak etmiş görkəmli xadimlərindən biri olan general-leytenant.
Hermiya və Lisandr
Hermiya və Lisandr (ing. Hermia and Lysander) — Britaniyalı illüstrator və miniatür portret rəssamı Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş rəsmdir. Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır. Uzunluğu 89 santimetr, eni 74 santimetrdir. IX əsrdə "Yay gecəsində yuxu"nun səhnələrinə əsaslananlar daxil olmaqla pərilərin rəsmlərinin bir çoxunun artan populyarlığı var idi və Simmons bu janrda bir neçə əsərlər yaratmışdı. I Viktoriya dövrü incəsənəti üzrə ekspert Xristofer Vuda görə Simmonsun pəri rəsmlərinə daxil olan detallar "təəccübləndirici bir dəqiqliklə icra edilmişdir" və şüşə səthində çəkilmiş təəssüratı verir. Simmonsun pəri təsvirlərinin çoxu çılpaq dişilərdir və Vud onları "I Viktoriya dövrünün dovşan qızları" hesab edir. Quaş istifadə edilən akvarel texnikası ilə çəkilmiş rəsm Hermiyanı sevgilisi Lisandr ilə itdikləri tilsimlənmiş meşədə göstərir. Cütlük pərilər tərəfindən əhatə edilib; bəziləri öz zərif qanadlarını istifadə edərək uçarkən təsvir edilmişdir, başqaları isə siçanlara bağlanmış arabalarda gedir. Cütlük yorğun və yollarını itirmişdir, onlar ətrafdakı heyvan və pəri kütləsindən xəbərsizdir.
Lisandr
Lisandr - (Lysandros)(doğ.tarixi naməlum - e.ə 395-ci ildə ölüb, Aliartos, Beotiya) Afina ilə Sparta arasında olan Peloponnes müharibəsinin strateqlərindən biri, spartalı donanma və ordu sərkərdəsi. Yunan ədavətində maraqlı olan pers satrapı Kiçik Quruşdan alınan vəsait hesabına sürətlə böyüyən Sparta donanmasına e.ə 407-ci ildə komandan təyin olunmuşdu. Həmin il Lisandrın başçılığı altında Sparta donanması Afina donanmasını Noti burnu yanında məğlub etdi. Lisandr Kiçik Asiya şəhərlərində Afinaya düşmən olan oliqarxik partiyaları dəstəkləyirdi. E.ə 405-ci ilin dekabrında spartalı eskadra Eqospotamı yaxınlığında Afina donanmasını məhv etdi. Lisandr Afinaya müttəfiq bir neçə Frakiya və Hellespont şəhərini işğal etdi və orada hakimiyətə öz tərəfdarlarını qoydu. E.ə 404-cü ildə Afinanı qurudan və dənizdən mühasirəyə alaraq Afinanı tutdu. Spartanın Afinaya diqtə etdiyi sülh şərtləri olduqca sərt idi. Lisandrın tələbi ilə şəhərdə demokratik quruluş ləğv edilirdi və "otuz tiran"dan ibarət oliqarxik quruluş bərqərar olurdu. Pirey divarları və başqa istehkamlar uçurulmalı, donanma qalibə təhvil verilməli idi.
Lisaneviç
Dmitri Tixonoviç Lisaneviç (1778 – iyul 1825) — Qafqaz müharibəsinin və Rusiyanın Şimali Azərbaycanı işğalında iştirak etmiş görkəmli xadimlərindən biri olan general-leytenant.
Mirzə Əli xan Lisanüddövlə
Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Lisanüddövlə (1862-1920) — Müzəffərəddin şah Qacarın kitabdarı. Mirzə Əli xan Lisanüddövlə 1862-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini bilirdi. Qacarlar taxt-tacının vəliəhdi Müzəffərəddin mirzəyə xidmət etmişdi. Şahzadə 1896-cı ildə taxta çıxdıqdan sonra Mirzə Əli xanı Tehrana aparmış saray kitabxanasına baş kitabdar təyin etmişdi. Mirzə Əli xan Lisanüddövlə ləqəbini daşıyırdı. Mirzə Əli xan Lisanüddövlə 1920-ci ildə Tehran şəhərində vəfat edib. Badri Ātābāy, “Tāriḵ--e ketāb-ḵ-āna-ye salṭanati-ye kāḵ--e Golestān (The History of the Royal Library of Golestān Palace), Rahāvard, VIII/33, 1993, pp. 32-46.
Lisanüt-teyr
"Lisanüt-Teyr" və ya “Lisanut-Tayr” (ərəb. لسان الطیر‎; azərb. "Quşların dili"‎) — XVI əsrdə məşhur özbək şairi Əlişir Nəvai tərəfindən yazılmış əsər. Bu əsər Nəvainin sufi düşüncələrini və fəlsəfi baxışlarını əks etdirən mühüm poetik bir əsərdir və onun farsca qələmə aldığı əsərlərdən biridir. "Lisanüt-Teyr" Fəridəddin Əttarın "Məntiqüt-Teyr" əsərinin təsiri altında yazılmışdır və bənzər mövzulardan bəhs edir. Əttarın əsərində olduğu kimi Nəvainin əsərində də quşların simvolik və mənəvi səyahəti təsvir olunur. Əsas mövzu yenə də quşların öz hökmdarları olan Simurqu tapmaq üçün uzun və çətin bir səyahətə çıxmasıdır. Simurq burada haqqı və həqiqəti təmsil edir. Quşlar isə insan ruhunu və onun mənəvi kamillik yolunda keçdiyi mərhələləri simvolizə edir. Nəvainin "Lisanüt-Teyr" əsərində diqqət çəkən məqam odur ki, o, öz dövrünün sufi düşüncələrini dərin poetik ifadələrlə zənginləşdirir və insanın Allaha çatmaq yolundakı maneələri və keçməli olduğu mərhələləri özünəməxsus şəkildə izah edir.

Значение слова в других словарях