LOPABIĞLI

sif. Bığı lopa, qalın olan; yekəbığ(lı), yoğunbığ(lı).
Pəncərənin içində lopabığlı, uzun xəncərli, yan qoyulmuş yekə papaqlı bir kişi oturub, çubuq çəkirdi. Çəmənzəminli.

// İs. mənasında.
[Abbasəli:] Şəkil mənə yox, sənin kimi lopabığa oxşayır. Ə.Abasov.

LOPABIĞ
LOPAGÖDƏN

Значение слова в других словарях