1. Fırıldaqla, kələklə, əyri yollarla baş girləyən adam; kələkbaz, hərif.
Lotu dinməz-söyləməz … gecəyarısı xəlvət gəzən iranlı məşədiləri kimi minbərdən züvüldəyib düşür yerə.
Bu qədər şeylər mənim, sən de, nəyin var, ay lotu?
[Əliqulu:] …Mənə Tehran lotusu Səfdər deyərlər.
// Qeyri-ciddi adam, fırıldaqçı, cüvəllağı, tülüngü. Lotunun biridir.
2. Kefcil, hal əhli, əhli-kef.
Görükür ki, qazı lotudu və yaxşı adamdı.
[Məşədi İbad:] …İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin… Hərgah belənçik qoysam, onda Şamaxı lotusuna oxşaram.
3. dan. Qeyri-qanuni ər; aşna.