LÜPÜRT
LÜTBOĞAZ
OBASTAN VİKİ
Maksimilyen Lüs
Maksimilyen Lüs (fr. Maximilien Luce; 13 mart 1858[…], Paris – 6 fevral 1941[…] və ya 4 fevral 1941, Paris) — fransız rəssam-neoimpressionist. Rəsm, qrafika, kitab illüstrasiyasında əsərləri ilə tanınır. Anarxizm hərəkatının nümayəndəsi. == Bioqrafiya və yaradıcılığı == Maksimilyen Lüs Şarl-Dezir Lüs (1823-1888) və Luiza-Jozefina Dunasın (1822-1878) ailəsində anadan olmuşdur. Ailəsi, Parisin iş şəhəri olan Monparnas yaşamımşdılar. Ofortist ixtisası üzrə təhsil almışdır. 1872-ci ildə on dörd yaşlı Lüs, oyma ustası Anri-Teofil Hildebrandın (1824-1897) şagirdi olmuşdur. Daha sonra Açıq Paris Rəssamlar Məktəbinin Académie Suisse və Ejen Fromanın atelyesində təhsil aldı. Rəssam Kamil Pissarronun oğlu Lüsyen Pissarro ilə birlikdə, Lanyi Groupe de Lagny qrupunu qurdu, vəzifəsi Jorj Söranın rəng nəzəriyyəsinin inkişafı və rəng ayırma texnikası olaraq təyin etdi.
Sent-Lüs
Sent-Lüs (fr. Sainte-Luce) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Jozef Lui Gey-Lüssak
Jozef Lui Gey-Lüssak (6 dekabr 1778 – 9 may 1850[…], Paris) — Fransız alimi, fizik və kimyaçı. == Həyatı == Jozef Lui Gey-Lüssak 6 dekabr 1778-ci ildə Fransada doğulmuşdur. Onun babası tibb işçisi, atası isə hüquqşünas olmuşdur. O, fransız dilindən başqa italyan, ingilis və alman dillərini də çox gözəl bilmişdir. K.L.Bertollenin tələbəsi olmuşdur. Atom-molekul nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamış qaz qanunları onun adı ilə bağlıdır. 1802-ci ildə Gey-Lüssak müəyyən etdi ki, sabit təzyiqdə qazın həcmi temperaturla mütənasib olaraq artır. Bir qədər sonra o, daha bir yeni qanunu ifadə edir: qapalı həcmdə qazın təzyiqi temperaturla düz mütənasibdir. 1808-ci ildə Gey-Lüssak (alman təbiətşünası Aleksandr Humboldtla birgə) kimyanın inkişafı üçün çox vacib olan həcmi nisbətlər qanununu kəşf etdi. Bu qanuna görə reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz halındakı maddələrin həcmləri nisbəti, sadə tam ədədlərin nisbəti kimidir (bu şərtlə ki, təzyiq və temperatur sabitdir).
Lüsen
Lüsen— Bolzanonun təxminən 40 kilometr şimal-şərqində İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu ilə görə əhalisi 1,543 nəfər və ərazisi 74.2 kvadrat kilometrdir.Lüsen aşağıdakı bələdiyyələrlə sərhədlənir: Brixen, Mareo, Natz-Sçabs, Rodenek, St. Lorenzen və San Martin de Tor. == Tarixi == Emblem zirehdə nizəli, at üstündə sola baxan cəngavəri ifadə edir. Emblem 1967-ci ildə qəbul edilmişdir, 1607-ci ildən Brixen hökuməti tərəfindən istifadə olunan silahlar bərpa edilir. == Cəmiyyət == === İstifadə dilinin yayılması === 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.77% -i alman dili, 1.39% italyan dili və 0.83% Ladin dilində birinci dil kimi danışırlar.
Lüsen Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Lüsern
Lütsern (alm. Luzern‎ [luˈtsɛɐn], fr. Lucerne [lyˈsɛʁn], it. Lucerna [luˈtʃerna], romanş Lucerna) — İsveçrədə şəhər, eyniadlı almandilli Lütsern kantonunun paytaxtı. Şəhər Lüsern gölü və Pilatus dağının ətəklərində yerləşir.
Lüsi (film, 2014)
Lüsi (ing. Lucy) — 2014-cü ildə rejissor Luk Besson tərəfindən çəkilmiş, produserinin həyat yoldaşı Vircin-Besson Silla olduğu, Europacorp studiyasının disterbuturluğu ilə İngilis dilində çəkilmiş Fransa istehsalı olan elmi fantastika filmidir. Filmin çəkilişləri Taybey, Paris və Nyu York şəhərlərində baş tutub. Əsas rolları Skarlet Yohansson, Morqan Friman, Çoi-Min sik və Əmr Vaked ifa edirlər. Yohansson filmdə müəmmalı maddənin qarın boşluğuna yeridilməsindən sonra psixi qüvvəyə yiyələnən əsas qəhrəman rolunu oynayıb. Film nümayişə başladığı 25 iyul 2014-cü il tarixindən etibarən 463 milyon dollar gəlir qazanaraq öz 40 milyon dollarlıq büdcəsindən 11 dəfə asrtıq gəlir qazanaraq böyük uğur qazana bilib. Ümumilikdə film tənqidçilərdən müsbət rəy alıb. Xüsusilə də Yohansson yaratmış olduğu psixi qüvvəyə malik olan qadın rolu çox müsbət qarşılanıb. == Məzmun == 24 yaşlı Lusi adlı Amerikalı tələbə Tayvanda təhsil alır. Koreyalı dərman alveri ilə məşğul olan Mister Canq ilə əlaqəli olan yeni sevgilisi tərəfindən o da bu işin qurbanına çevrilir.
Lüsi Dakus
Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Vircinia, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı No Burden albomu ilə diqqətləri üzərinə çəkdi. Onun ikinci albomu olan Historian 2018-ci ildə müsbət rəylər aldı. Dakusun üçüncü studiya albomu Home Video 2021-ci ildə buraxıldı. Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür. == Həyatı == Dacus körpə ikən övladlığa götürüldü və Riçmond şəhərinin yaxınlığında olan Virciniya ştatının Mekaniksvill şəhərində böyüdü. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən maraq göstərdi və orta məktəbdə oxuyarkən ilk gitarası, ibanezini Kreyqslistdən aldı. 2013-cü ildə Meqqi L. Uolker Qubernator Məktəbini bitirdikdən sonra o, Virginia Commonwealth Universiteti-də film təhsili almağa başladı, lakin bir müddət sonra oranı tərk etdi.
Lüsi Klodi Makr
Lüsi Klodi Makr (lat. Lucius Claudius Macer; ? - 68) - 68-ci ildə Roma uzurpatoru. Yulilər-Klavdilər mənşəlidir. Bir neçə aylıq hakimiyyətindən sonra onu imperator Qalba əvəz etmişdir. == Ədəbiyyat == Tasit Korneli. Tarix. 2,97,2; 4.49,4; 1,37,3; 1,7,1 Plutarx. Qalba. 6.
Lüsi Lauless
Lucy Lawless (ing. Lucille Frances Ryan, 29 mart 1968, Mount Albert[d], Oklend regionu[d]) — ABŞ pop və ritm-end-blüz müğənnisi, mənşəcə barbadosludur. Amerikan "Zena: Cəngavərlərin şahzadəsi" serialında baş qahramanıdır. == Həyatı == Lüsi Louless (ingLucy Lawless, d.29 Mart 1968,Mount Albert, Auckland),Yeni Zelandiyalı aktrisa və müğənni.Beynəlxalq mükafat almış Televiziya serialı Zena: Cəngavər Şahzadəsində 1995-dən 2001-ə qədər canlandırdığı Zena rolu ilə tanınmışdır.Bundan başqa Battlestar Galacticada da önəmli rol almışdır.Sonuncu çəkildiyi serial Spartacus: Blood and Sand və Spartacus: Vengeancedə Batiatın arvadı rolunu canlandırmışdır(ancaq serialın İntiqam hissəsində Batiat yoxdur). == Şəxsi həyatı == Lüsi 19 yaşında Qarz Loulessdən hamilə qalmışdır.1988-ci ildə Kalgoorlie,Avstraliyada evləndilər.Yeni Zelandiyaya qayıdanda Deysi Louless adlı qızları doğulmuşdur.(doğum tarixi 15 iyul 1988-ci il).Cütlük 1995-ci ildə boşanmışlar.Lüsi daha sonra Zenanın yaradıcısı Robert G. "Rob" Tapert ilə 28 Mart 1998-ci ildə evləndi.Julius Robert Bay Tapert (doğum tarixi 16 Oktyabr 1999) və Judah Miro Tapert (doğum tarixi 7 May 2002) adında iki oğulları var.
Lüsi Uebb Heyz
Lüsi Uebb Heyz (ing. Lucille "Lucy" Ware Webb Hayes; 28 avqust 1831[…], Çillikoti[d], Ohayo – 25 iyun 1889[…], Fremont[d], Ohayo) — ABŞ-nin Prezidenti Raterford Heysin həyat yoldaşıdır.
Lüsiferizm
Özlərini şeytanın seçmə birliyi kimi görmələri və gizliliyə əhəmiyyət vermələri səbəbiylə bu vaxta qədər də nə cür mərasimlər keçirdikləri barədə az məlumata sahib olan teistik satanizm məzhəbidir. Bir sıra simvollarla şeytani vəsflərə məna vermək simvolluğa əhəmiyyət verdiklərini göstərir. Qədim Misir, Qədim Yunan və Qədim Roma sivilizasiyalarında izlərinə rast gəlinməktədir.
Lüsonit
Lüsonit — mineral == Haqqında == Lüsonit - Cu3AsS4 - fasiləli lüsonit-famatinit izomorf sıranın kənar üzvü. Sb:As nisbəti 1:1-dir. Tetraedr. İkiləşmə polisintetik. Aqreqat dənəvər. Rəngi çəhrayı-boz, poladı-boz bənövşəyi çalarlı. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 3-4. Xüsusi çəkisi 4,5.
Lüssatit
Opal — mineral, yarı-qiymətli daş. == Kimyəvi xassələri və görünüşü == Kimyəvi formulu SiO2 •nH2O şəklindədir.H2O miqdarı 1–9%, bəzən 34%-dək. Adi qatışıqları: Fe, Al, Mn sulu oksidləri, bəzən MgO, CaO və b. Aqreqatsızma, təbəqəli, məsaməli, torpaqvari, jelvak, plyonka şəklində, radiolariyanın skeletində, diatomeyaların zirehlərində və b. rast gəlinir. Rəngsiz, lakin müxtəlif xromoforlarla boyana bilər.Opal rəng və görünüşünə görə müxtəlif cür adlanır. Nəcib opal şəffaf olub opalessensiya edir. Alovu opal sarıdan qəhvəyi-qırmızı, şəffaf və parlaqdır. Donuq opal — südü-ağ. Yəşəmi opal — qırmızıdan qəhvəyiyədək.
Lüstr
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Lüstrasiya
Lüstrasiya (yun. lustratio paklanma) — işıqlanma, təmizlənmə, paklanma deməkdir.Söhbət müstəqillik qazanandan və ya münaqişədən sonra siyasi qrupların əvvəlki rejimdən necə qurtulmasından gedir. Hal-hazırda siyasətdə hökumət rəsmilərinin hansısa rejim dəyişikliyindən sonrakı (əsas: avropa dövlətlərində kommunizmin çöküşü) "təmizləmə" aktını ifadə edir.
Lüsyen Arkas
Lüsyen Arkas (türk. Lucien Arkas; 1 yanvar 1945, İzmir) — Türkiyə biznesmeni, "Arkas Holding"in İdarə Heyətinin sədri. == Həyatı == Lüsyen Arkas 1945-ci ildə Türkiyənin İzmir şəhərində anadan olmuşdur. O, İzmir Müqəddəs İosif Fransa Liseyinin məzunudur. İzmirdə yaşayan, Marsel və levanti mənşəli babası Qabriel C. B. Arkasın gənc yaşlarında təsis etdiyi idxal şirkətinin rəhbəri olmuşdur. Lüsyen Arkas baş ofisi İzmirdə yerləşən "Arkas Holding"in və ona bağlı 61 şirkətin qurucusu və baş meneceridir. O, dəfələrlə Türkiyənin gəlir vergisi rekordçuları siyahısına daxil olmuş və İzmir vilayəti üzrə vergi rekordçusu olmuşdur.Arkas evlidir. Onun Bernard Arkas adlı bir oğlu, Kler Kristin Arkas və Dian Arkas Göçməz adlı iki qızı var.Lüsyen Arkas 900 milyon dollarlıq sərvətlə "Forbes Türkiye" jurnalının 2017-ci ildə tərtib olunmuş "Ən zəngin 100 türk" siyahısında 33-cü yerdədir.
Lüsyen Buva
Lüsyen Buva (1872 – 1942, Paris) — fransız şərqşünası. == Fəaliyyəti == Beynəlxalq Asiya Cəmiyyətinin üzvü (1889). M.F. Axundzadənin “Aldanmış kəvakib” povestini, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyalarını fransız dilinə çevirmiş, “Jurnal Aziatik”də dərc etdirmişdir. 1899-cu ildə bir müddət Parisdə yaşamış, Məhəmməd ağa Şahtaxtlı ilə tanış olmuş, sonralar M. Şahtaxtlı və onun redaktorluğu ilə nəşr edilən“Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq etmişdir. Buvanın “Jurnal Aziatik”də Azərbaycan ədəbiyyatına və mətbuatına dair bir sıra məqalələri dərc olunmuşdur (“Azəri türklərində bir siyasi-ictimai qəzet” və s.). 1922-ci ildə Parisdə çap edilmiş Y.V. Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərini də fransız dilinə tərcümə etmişdir. == Əsərləri == === Tərcümələri === Mirza Feth-Ali Achonzade: Monsieur Jourdan, le botaniste parisien, dans le Karabâgh, et le derviche Mèst Alî Châh, célèbre magicien. Comédie en 4 actes. Éditions Leroux, Paris 1906. Mirza Feth-Ali Achonzade: L’aventure de l’homme avare.
Sent-Lüsiya
Sent Lüsiya (ing. Saint Lucia [ˌseɪnt ˈluːʃɪə]) — Vest-İndiya, Sent-Vinsent və Martinika adaları arasında eyni adlı adada yerləşən ada dövləti. == Tarixi == Sent-Lüsiya Kolumb tərəfindən 13 dekabr 1502-ci ildə kəşf edilib. 1605-ci ilnən 1638-ci illər arası ingilislər orada yaşayış məskənləri salmaq istəsələr də, yerli əhalinin ciddi müqavimətinə rast gəliblər. Onlarla müqavilə bağladıqdan sonra fransızlar 1650-ci ildə orada məskunlaşıblar. 1814-ci ildə Paris sülh müqaviləsinə görə ərazi Böyük Britaniyanın nəzarətinə keçir. 22 fevral 1979-cu ildə Sent-Lüsiya müstəqillik əldə edir. == Siyasi quruluşu == Sent-Lüsiya BMT-nin üzvüdür, dövlət başçısı Böyük Britaniyanın kraliçası II Elizabetdir. Onu ölkədə kraliça tərəfindən təyin edilən general-qubernator təmsil edir. Qanunverici orqan ikipalatalı parlamentdir.
Sent-Lüsiya bayrağı
Sent-Lüsiya bayrağı — Karib dənizində yerləşmiş Sent-Lüsiya dövlətinin rəsmi dövlət bayrağı. 1 mart 1967-ci ildə qəbul olunmuş, 1979 və 2002-ci illərdə kiçik dəyişikliklər edilmişdir. == Simvolika == Bayraq açıq mavi fonda yerləşdirilmiş qara və qızıl sarısı rəngdə yerlədirilmiş iki üçbucaqdan ibarətdir. Açıq mavi fon ölkəni əhatə edən Karib dənizini və Atlantik okeanını simvolizə edir. Bayrağın ortasındakı ağ çərçivəli qara üçbucaq isə bir zamanlar ölkədəki Avropa və Afrika mədəniyyətinin göstəricisidir. Bu üçbucağın qarşısında isə dah kiçik olan qızıl sarısı üçbucaq yerləşdirilmiş və ölkəyə zənginlik gətirən günəşə xitab edir. Bayrağın bu cür quruluşu Afrika mədəniyyətinin Karib dənizinin mavi sularında Avropa mədəniyyətinə olan üstünlüyünü ifadə edir. Bu üçbucaqlardan ibarət fiqur ölkədə yerləşən Piton dağlarını da əks etdirir.
Sent Lüsiya
Sent Lüsiya (ing. Saint Lucia [ˌseɪnt ˈluːʃɪə]) — Vest-İndiya, Sent-Vinsent və Martinika adaları arasında eyni adlı adada yerləşən ada dövləti. == Tarixi == Sent-Lüsiya Kolumb tərəfindən 13 dekabr 1502-ci ildə kəşf edilib. 1605-ci ilnən 1638-ci illər arası ingilislər orada yaşayış məskənləri salmaq istəsələr də, yerli əhalinin ciddi müqavimətinə rast gəliblər. Onlarla müqavilə bağladıqdan sonra fransızlar 1650-ci ildə orada məskunlaşıblar. 1814-ci ildə Paris sülh müqaviləsinə görə ərazi Böyük Britaniyanın nəzarətinə keçir. 22 fevral 1979-cu ildə Sent-Lüsiya müstəqillik əldə edir. == Siyasi quruluşu == Sent-Lüsiya BMT-nin üzvüdür, dövlət başçısı Böyük Britaniyanın kraliçası II Elizabetdir. Onu ölkədə kraliça tərəfindən təyin edilən general-qubernator təmsil edir. Qanunverici orqan ikipalatalı parlamentdir.
Sent Lüsiya bayrağı
Sent-Lüsiya bayrağı — Karib dənizində yerləşmiş Sent-Lüsiya dövlətinin rəsmi dövlət bayrağı. 1 mart 1967-ci ildə qəbul olunmuş, 1979 və 2002-ci illərdə kiçik dəyişikliklər edilmişdir. == Simvolika == Bayraq açıq mavi fonda yerləşdirilmiş qara və qızıl sarısı rəngdə yerlədirilmiş iki üçbucaqdan ibarətdir. Açıq mavi fon ölkəni əhatə edən Karib dənizini və Atlantik okeanını simvolizə edir. Bayrağın ortasındakı ağ çərçivəli qara üçbucaq isə bir zamanlar ölkədəki Avropa və Afrika mədəniyyətinin göstəricisidir. Bu üçbucağın qarşısında isə dah kiçik olan qızıl sarısı üçbucaq yerləşdirilmiş və ölkəyə zənginlik gətirən günəşə xitab edir. Bayrağın bu cür quruluşu Afrika mədəniyyətinin Karib dənizinin mavi sularında Avropa mədəniyyətinə olan üstünlüyünü ifadə edir. Bu üçbucaqlardan ibarət fiqur ölkədə yerləşən Piton dağlarını da əks etdirir.
Sent–Lüsiya kefalı
Sent–Lüsiya kefalı (lat. Liza luciae) — liza cinsinə aid heyvan növü. == İstinadlar == Skelton, P. 1996. Liza luciae. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 4 August 2007.
Viktor Lüstiq
Viktor Lüstiq — XX əsrin ən böyük fırıldaqçılarından biri. Bu kobud və çox cəsarətli adam 1890-cı ildə Çexiyanın Xostin şəhərində anadan olub. Məktəbi bitirdikdə artıq 5 dildə – çex, ingilis, fransız, alman və italyan dillərində sərbəst danışan Viktor Lüstiq evdən gedir və bütün Avropaya səyahət etməyə başlayır. Bir neçə dəfə yaramazlıq etdiyinə görə həbs olunan və saysız-hesabsız yer dəyişdirən Viktor, nəhayət, o dövr üçün Avropanın qumar mərkəzi olan Parisdə məskunlaşır. Burada o, poker və bridc oyunlarını mükəmməl öyrənərək, peşəkar oyunçuya çevrilir. Lüstiq bu oyunlarda o qədər püxtələşir ki, sonda özünə ehtiyacsız və çox zəngin bir həyat tərzini təmin edir. O, öz qurbanları ilə bahalı restoranlarda, teatrda, sərgidə və konsertlərdə tanış olurdu. O, transatlantik gəmi reyslərinin daimi sərnişininə çevrilir. Lüks kayutlarda Avropadan Amerikaya və geriyə səfər edən Lüstiq amerikalıları, avropalıları, tikinti işləri və birja əməliyyatlarında zənginləşən zadəganları azartlı oyunlarla əyləndirirdi. 1920-ci illərdə o, ABŞ-a gəlir və bir neçə il ərzində yüz minlərlə dollar mənimsəyərək, onlarla bankı və şəxsləri aldadır.
Şarl Lüsyen Bonapart
Şarl Lüsyen Jül Loran Bonapart (fr. Charles Lucien Jules Laurent Bonaparte) yaxud Karlo Luçano Culio Lorenso Bonapart (it. Carlo Luciano Giulio Lorenzo Bonaparte;24 may 1803[…], Paris – 29 iyul 1857[…], Paris) — Fransız ornitoloqu. == İşləri == American Ornithology, or, The Natural History of Birds Inhabiting the United States, not given by Wilson (4 vols., Philadelphia, 1825-1833). This work contains more than 100 new species discovered by Bonaparte. Conspectus Generum Avium (Leyden, 1850) Revue critique de l'ornithologie Européenne (Brussels, 1850) Monographie des loxiens (Leyden, 1850) in collaboration with H. Schlegel Catalogue des oiseaux d'Europe (Paris, 1856) Memoirs (New York, 1836)M. de Pouance ilə birlikdə, ölümündən sonra göyərçinlərin və tutuquşuların təsviri kataloqu da hazırlanaraq nəşr olunub. Nəşrlərin arasında aşağıdakılar da var: “Observations on the Nomenclature of Wilson's ‘Ornithology,’” Journal of the Academy of Philadelphia “Synopsis of the Birds of the United States,” Annals of the Lyceum of New York “Catalogue of the Birds of the United States,” Contributions of the Maclurian Lyceum of Philadelphia == Ədəbiyyat == Страуд, Патрисия Тайсон — Император Природы. Чарльз-Люсьен Бонапарт и его мир ISBN 0-8122-3546-0. Марнс, Барбара и Ричард — Биографии для Birdwatchers ISBN 0-12-487422-3. Ридли, Джаспер — Гарибальди Викинг Пресс (1976 il).
вы́топка комильфо́тный ла́данниковый лак наса́лить прове́рчивание циркуля́рно штукме́йстер амнисти́ровать злоде́й интроскопи́я неблагови́дность победи́товый препя́тствование провали́ть сказа́ть по совести уди́ться чуми́за скра all-in-one Caddie cytopathology fedayee seagirt беспутствовать