LƏK
LƏKƏ
OBASTAN VİKİ
Lək
Lək — Bostanda bitkilərin əkildiyi cərgə. Lək (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Lək (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Lək (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Lək (Şamaxı) — Azərbaycanın Ucar rayonunda kənd. Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati ərazi vahidində qəsəbə.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az.-əbcəd لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş ədəbi jurnal. == Haqqında == "Lək-lək" jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda işıq üzü görmüşdür. Həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır. Jurnal "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir. "Həmədanlı Məşədi İbad" imzası ilə verilən bir mətbuatda deyilirdi: Jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə (Aciz) olmuş və İrəvandakı "Luys" mətbəəsində çap edilmişdir. Onun nəşrinin dayandırılması ilə bağlı müəllifin qeydləri vardır. Həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. "Lək-lək" indiki Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli məcmuə idi. 1913-cü ildə "Lək-lək"in nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivindəki 480-ci fondun 1-ci siyahısının 968 nömrəli iş-qovluğunda İrəvan qubernatorunun "Lək-lək"i buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar çapına icazə verilmişdir. == Baş redaktorları == Tağı Şahbazi Simurq Cabbar Əsgərzadə == Qəzetin başlıca mövzuları == Jurnalın təbliğ etdiyi müsbət ideyalar çox idi.
Lək (Bərdə)
Lək — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kənddə müəyyən sayda qaraçılar da məskunlaşmışdır. == Toponimikası == Tədqiqatçılar bu oykonimi Qafqaz Albaniyasında yaşamış qədim leq/lək tayfasının adı ilə əlaqələndirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur.
Lək (Samux)
Lək — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1314 nəfərdir. == Toponimikası == Tədqiqat­çılar bu oykonimi Qafqaz Albaniyasında ya­şamış qədim leq/lək tayfasının adı ilə əlaqələn­dirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 28 km. şimal-şərqdə, Gəncə-Qazax düzənliyində yerləşir.
Lək (Ucar)
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bu günki, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var.
Lək (Urmiya)
Lək (fars. ‎‎لك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (50 ailə).
Lək (Zəngibasar)
Lək — İrəvan xanlığının Zəngibasar mahalında kənd. == Tarixi == 1728-ci ildə mənbədə Vedi nahiyəsində qeyd olunur.1935-ci ildə kənd ermənicə Vartanadzor adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanda XIX əsrdə Cavanşir və Yelizavetpol qəzalarında Lək kənd adları da bu sıraya aiddir. XIX əsrdə Borçalı qəzasında Lək dağ və Lək çay adları ilə ehtimal ki, mənşəcə eynidir. XVI əsrdə Şərqi Anadoluda yaşamış Boz-Ulus tayfa ittifaqında bir elin adı. == Həmçinin bax == Avdibək == Xarici keçid == Qiyasəddin Geybullayev.
Lək bələdiyyəsi
Lək bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Lək bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə. Lək bələdiyyəsi (Ucar) — Ucar rayonunda bələdiyyə.
Lək dili
Lək dili (Lekí və ya لکی) — Hind-Avropa dillərinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Kirmanşah, İlam (ostan), Həmədan, Qəzvin) ostanlarında və İraq ərazilərində yayılmış dildir. Həmçinin Türkiyədə Şeyxbizinlər tərəfindən Haymana ilçəsində danışılır.
Hacı Lək (Bükan)
Hacı Lək (fars. ‎حاجي لك‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 749 nəfər yaşayır (153 ailə).
Lək bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lək bələdiyyəsi (Ucar)
Ucar bələdiyyələri — Ucar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İbrahimxəlil xan Lək
İbrahimxəlil xan Hacı İsmayıl xan oğlu Lək (?-?)—Qacarlar dövlətinin sərkərdəsi, general-mayor. == Həyatı == İbrahimxəlil xan Hacı İsmayıl xan oğlu Xoy vilayətinin Salmas mahalında anadan olmuşdu. Atasından sonra Lək tayfasına başçılıq etmişdi. II rus-İran müharibəsinin iştirakçısı olmuşdu. Abbas mirzə Qovanlı-Qacar tərəfindən dəfələrlə təşəkkür almışdı. 1835-ci ildə Fətəli şah Qacar vəfat edərkən qardaşları və əmiləri tərəfindən müqavimətə rast gələn Məhəmməd şah Qacara yardım etmişdi. Mirzə Məhəmmədtağı Sipehr (1801-1880) "Nasex ət-təvarix" adlı əsərində Xorasan hadisələrindən danışarkən onun adını çəkir.
зама́нивать мальчо́нка переведе́нец рука́вчик уга́дываться фатали́ст Чуба́йс еди́ным духом излага́ть колосообра́зный мирабили́т улу́чшенный пежить anti-gas banker black plate charactery cigarette ectopic mill around one-celled saffian self-perception заочник оборонить