LƏYAQƏTSİZ

sif.
1. Layiq olmayan, ləyaqəti olmayan; layiqsiz, nalayiq.
Südabəyə layiq bir şey almaq üçün [Qəhrəmani və Firidunun] pulu çatmazdı, ləyaqətsizini ( is. ) də aparmaq mənasızdı. M.İbrahimov.
[Qadir] … qeyzli-qeyzli bu ləyaqətsiz sözləri də əlavə etdi. Ə.Əbülhəsən.

2. Qabiliyyətsiz, bacarıqsız, istedadsız.
Ləyaqətsiz adamları diri hesab etmə. Qabusnamə”.

Синонимы

  • LƏYAQƏTSİZ LƏYAQƏTSİZ Fağır ərlər ve balalar da ləyaqətsiz paltar geyməyə məcbur olurlar (Çəmənzəminli); BAMBILI [Əbdürrəhman bəy:] Dəli sənin kimi olur ki, belə
  • LƏYAQƏTSİZ ədəbsiz — tərbiyəsiz — nəzakətsiz
LƏYAQƏTLİLİK
LƏYAQƏTSİZLİK

Значение слова в других словарях