MÖTƏDİL

sif. [ ər. ]
1. Nə az, nə çox; nə çox böyük, nə çox kiçik; orta vəziyyətdə olan; miyanə.
Əndami ayinə, qəddi mötədil; Siyah zülfü qamətinə tən gərək. M.P.Vaqif.

2. Nə isti, nə soyuq; mülayim, yumşaq (iqlim, hava haqqında).
[Cavanşir mahalının] qışı ilə yazında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəkətli və hər qisim məhsulat yetirəndir. F.Köçərli.
Şimalın mötədil və xoş havasından sonra cənubun istisinə dözmək o qədər də asan deyil. M.İbrahimov.

Синонимы

  • MÖTƏDİL mülayim — yumşaq
  • MÖTƏDİL orta — miyanə
  • MÖTƏDİL mötədil bax mülayim 1
MÖTƏBƏRLİK
MÖTƏDİLLƏŞMƏ

Значение слова в других словарях