MÜJDƏ

[ fars. ] bax muştuluq.
Məni ol mahliqa yadına salmaz, bilirəm; Gündə bir müjdə ilə aldadır əğyar məni. S.Ə.Şirvani.
[Zeynəb:] Ayıl, Leylim, ayıl, sənə müjdə gətirmişəm. Ə.Məmmədxanlı.

Синонимы

  • MÜJDƏ muştuluq
  • MÜJDƏ müjdə bax muştuluq
MÜXTƏSƏRLİK
MÜJDƏÇİ
OBASTAN VİKİ
Müjdə
Müjdə və ya Xeyirxəbər (Latın Vulqatası Luka 1:26–39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi, Bizim Ledinin Müjdələnməsi və Lordun Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir. İriney (təxm. 130–202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın əziyyətləri ilə uyğunluq təşkil edirdi. Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur. Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur.
Müjdə Ar
Kamile Suat Ebrem (21 iyun 1954, İstanbul) — Türkiyə kino aktrisası. Posta Gazetesi mühabiri Seral Cumalının röportajı: Sinemada tabuları yıkan kadın (Haberin yayınlanma tarihi: 08 Aralık 2013) Milliyet Haber’de: Müjde Ar’ın ikinci baharı (Haberin yayınlanma tarihi: 22. oktyabr 2008) Nefes alırken nefes kesen bir kadın: Müjde Ar Kadinlaricin.net sitesinde Müjde Ar Kimdir başlıklı sayfa Arxivləşdirilib 2014-04-15 at the Wayback Machine Güncel Haber Portalı — SacitAslan.com: Müjde Ar pes etmeyi düşünmüyor (Haberin yayınlanma tarihi: 22.
Müjdə xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur. Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir. Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir.
Müjdəçilər (film, 2007)
Müjdəçilər (ing. The Messengers) — qorxu və mistika janrında çəkilmiş ABŞ filmi. "Müjdəçilər" filmi 2007-ci ildə ekrana çıxıb. Film bir evdəki qorxulu hadisələrdən bəhs edir. Filmin başlanğıcında bir qadının oğlu ilə birlikdə nədənsə qaçdığını görmək olar. Lakin gizlənməyə çalışdıqları hər nəysə əvvəlcə qadını, sonra da oğlunu tapır. İllər sonra başqa bir ailə yeni həyat qurmaq üşün bu evə köçürlər. Lakin bu evin lənətindən xəbərləri yoxdur. Ailənin böyük qızı Ces evdəki mənfi ab-havanı hiss edir. Lakin ona inanan olmur.
Müjdəçilər (film 2007)
Müjdəçilər (ing. The Messengers) — qorxu və mistika janrında çəkilmiş ABŞ filmi. "Müjdəçilər" filmi 2007-ci ildə ekrana çıxıb. Film bir evdəki qorxulu hadisələrdən bəhs edir. Filmin başlanğıcında bir qadının oğlu ilə birlikdə nədənsə qaçdığını görmək olar. Lakin gizlənməyə çalışdıqları hər nəysə əvvəlcə qadını, sonra da oğlunu tapır. İllər sonra başqa bir ailə yeni həyat qurmaq üşün bu evə köçürlər. Lakin bu evin lənətindən xəbərləri yoxdur. Ailənin böyük qızı Ces evdəki mənfi ab-havanı hiss edir. Lakin ona inanan olmur.
İlk müjdələr (film, 1960)

Значение слова в других словарях