Mülki Qanunvericilik

mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir (AR-ın Mülki Məcəlləsi, 1 – 10-cu maddələr).
Mülki Hüququn Obyektləri
Mülki Vəziyyət
OBASTAN VİKİ
Qanunvericilik
Qanunvericilikː Obyektiv hüququn əks etdirilməsinin zahiri forması. Hakim sinfin (ümumxalq dövlətində bütün xalqın) iradəsini ifadə edən və rəsmən ümumi – məcburi qaydalarda möhkəmləndirilən aktlar. Qanunverici orqanın əsas fəaliyyət növü, dövlət qanunlarının işlənməsi, hazırlanması və qəbulu. İctimai, iqtisadi, mülki münasibətləri tənzimləyən ölkədə fəaliyyət göstərən qanunların məcmusu. Dövlətin öz funksiyalarını həyata keçirməsində əsas metodlardan biri; dövlət hakimiyyəti orqanlarının qanunlar verməsindən ibarətdir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mülki
Mülki, beynəlxalq hüquq normalarına əsasən heç bir ölkənin silahlı qüvvələrinə və ya digər silahlı qruplara aid olmayan şəxsdir. Mülki şəxslər hər hansısa bir müharibələrdəki silahlı münaqişələrdə iştirak etməyən şəxslərdirlər və onların hüquqları və təhlükəsizlikləri müxtəlif beynəlxalq müqavilələr ilə qismən təmin edilmişdir. Mülki sözü bəzən müxtəlif peşə qrupları tərəfindən həmin peşə qrupuna daxil olmayan insanları müəyyən etmək üçün məcazi mənada da istifadə olunur. Türk dilinə fransız dilindəki söz olan "sivil" sözündən daxil olmuşdur. Bu sözün mənşəyi latın dilindəki civilis sözü və ondan əvvəlki civis (vətəndaş) sözüdür. Mülki sözü həmçinin də bir anlayışın və ya orqanın qeyri-hərbi olduğunu göstərmək üçün sifət kimi istifadə olunur. Məsələn: mülki aviasiya və s.
Qanunvericilik prosesi
Qanunvericilik prosesi — qanun layihəsinin hazırlanmasından qanun kimi qüvvəyə minməsinə qədər ardıcıl, məntiqi olaraq tamamlanmış bir sıra mərhələlərdən ibarət qanunların qəbulu qaydası. Qanunvericiliyin prosessual tərəfi kimi başa düşülə bilər və ya terminin geniş şərhində bu konsepsiya ilə üst-üstə düşərək qanunların hazırlanması və qəbulu üzrə fəaliyyətə işarə edir. Qanunvericilik prosesi bir sıra ardıcıl mərhələləri əhatə edir: qanun layihəsinin hazırlanmasından parlamentə daxil edilməsinə, parlamentdə müzakirəyə, qanun qəbul edilməsinə və dərc olunmasına qədər. Qanunvericilik prosesində xüsusi rol dövlətin əsas qanunverici orqanına, yəni bir qayda olaraq parlamentə və onun strukturlarına aiddir. Öz səlahiyyətləri daxilində qanunverici proses müəyyən edilmiş parlament prosedurları ilə müəyyən edilir. Bunlar yalnız mövcud qanunlarla deyil, həm də müvafiq parlament palatalarının qaydaları ilə — qanunverici orqanın öz yurisdiksiyasındakı bütün məsələlər üzrə iş qaydasını müəyyən edən xüsusi daxili tənzimləmə aktları ilə müəyyən edilir. Ancaq bəzi ölkələrdə qanunvericilik prosesi, bəzi hallarda parlament prosedurları minimuma endirilə bilər. Məsələn, Fransa hökumətinin respublika prezidentinin imzaladığı fərmanlar qanunauyğun ola bilər və yalnız Fransa parlamenti tərəfindən təsdiqlənir . Parlament prosedurunu pozmağa imkan verən qanunverici prosesin başqa bir mexanizmi parlamentdənkənar bir referendumdur, yəni belə bir referendumdur, məsələsi qanunverici orqan tərəfindən əvvəlcədən baxılmadan təqdim edilir və qanunverici orqan tərəfindən təsdiq edilmədən qüvvəyə minir . Doğrudan demokratiyanın bu forması İsveçrəyə ən xarakterikdir.
Qanunvericilik təşəbbüsü
Qanunvericilik təşəbbüsü (ing. motion) — parlament prosedurasında assambleyanın üzvü tərəfindən irəli sürülən formal təşəbbüsdür..
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır. Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Mülki tarix
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Mülki (dəqiqləşdirmə)
Mülki - qeyri-hərbi
ABŞ-ın qanunvericilik sistemi
ABŞ-nin qanunvericilik sistemi — ABŞ Konqresi və ştatların qanunverici orqanları. ABŞ Konstitusiyasında əsaslandırılan qanunverici hakimiyyət haqqında aşağıdakıları göstərmək vacibdir. Əvvəla, ABŞ-də qanunverici hakimiyyəti ABŞ-nin Konqresi və ştatların qanunverici yığıncaqları həyata keçirir. ABŞ-nin Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası Nümayəndələr Palatasının üzvlərinin sayı 1913-cü ildə verilmiş qanunla müəyyənləşib və hələ də dəyişməz qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500 min seçicinin təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınmasının nəticəsi ilə Nümayəndələr Palatasında yerlər ştatlar arasında bölüşdürülür. Nümayəndələr Palatasının üzvləri 2 il müddətinə seçilirlər və seçkilərdən sonrakı ilin yanvarından onların səlahiyyət müddəti hesablanır. Öz növbəsində hər 2 ildən bir Nümayəndələr Palatasının heyəti yeniləşdirilir, bu fasilə ilə hər çağırışın –bütün Konqresin müddəti ölçülür. Hər bir ştatda əhali Senata senatorları seçirlər, hər bir ştat Senatda 2 nümayəndə ilə təmsil olunub. Senatın tərkibinə 100 senator daxildir, hər bir senator öz ştatında 6 illiyə seçilir. Onun senatorluq müddəti seçkilərdən sonrakı ilin yanvarından hesablanır.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu — Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının dərc edildiyi rəsmi aylıq nəşr. Toplu Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1996-cı il tarixli Sərəncamı ilə təsis edilmişdir. İlk nömrəsi 31 iyul 1997-ci ildə nəşr olunmuşdur.
Ingiltərə Parlamentində qanunvericilik prosesi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı. Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz.
ABŞ-nin qanunvericilik sistemi
ABŞ-nin qanunvericilik sistemi — ABŞ Konqresi və ştatların qanunverici orqanları. ABŞ Konstitusiyasında əsaslandırılan qanunverici hakimiyyət haqqında aşağıdakıları göstərmək vacibdir. Əvvəla, ABŞ-də qanunverici hakimiyyəti ABŞ-nin Konqresi və ştatların qanunverici yığıncaqları həyata keçirir. ABŞ-nin Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası Nümayəndələr Palatasının üzvlərinin sayı 1913-cü ildə verilmiş qanunla müəyyənləşib və hələ də dəyişməz qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500 min seçicinin təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınmasının nəticəsi ilə Nümayəndələr Palatasında yerlər ştatlar arasında bölüşdürülür. Nümayəndələr Palatasının üzvləri 2 il müddətinə seçilirlər və seçkilərdən sonrakı ilin yanvarından onların səlahiyyət müddəti hesablanır. Öz növbəsində hər 2 ildən bir Nümayəndələr Palatasının heyəti yeniləşdirilir, bu fasilə ilə hər çağırışın –bütün Konqresin müddəti ölçülür. Hər bir ştatda əhali Senata senatorları seçirlər, hər bir ştat Senatda 2 nümayəndə ilə təmsil olunub. Senatın tərkibinə 100 senator daxildir, hər bir senator öz ştatında 6 illiyə seçilir. Onun senatorluq müddəti seçkilərdən sonrakı ilin yanvarından hesablanır.
Azərbaycan mülki hüququ
Azərbaycan mülki hüququ — Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra RSFSR-in sosialist hüququnun mənimsənilməsi yolu ilə mülki hüquq sisteminin tam əvəz olunması baş verdi. 1923-cü ildə Azərbaycan SSR-də ilk mülki məcəllə qəbul olundu. Məcəlləyə nikah, ailə və qəyyumluq hüququnu əhatə edən bölmələr daxil edilmişdi (digər ittifaq respublikalarında bu münasibətlər ayrı-ayrı məcəllələrlə tənzimlənirdi). Sovet dövründə Azərbaycanın mülki hüququ digər ittifaq respublikalarının mülki hüququndan mahiyyətcə fərqlənmirdi. İkinci ümumittifaq məcəllələşdirilməsi nəticəsində 1964-cü ildə Azərbaycan SSR-in yeni mülki məcəlləsi qəbul olundu ( bundan sonra–MM Azərbaycan SSR). Sovet dövrünün Mülki Məcəlləsi mülki hüquq münasibətlərinin subyekti qismində vətəndaşları və hüquqi şəxsləri-dövlət müəssisə, idarə və təşkilatları, kolxozlar, kolxozlararası və kollektiv birlikləri müəyyən edirdi. Sosialist cəmiyyətində istehsal vasitələri hesabına yalnız dövlət mülkiyyətinin müəyyən olunmasını nəzərə alaraq, Azərbaycan SSR-nin MM-ə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünürdü. Sosialist mülkiyyətindən şəxsi gəlir əldə etmək məqsədi ilə olunmasını qadağan edən xüsusi normalar mövcud idi. MM həmçinin vətəndaşın şəxsi mülkiyyətin həcminin hədlərini müəyyən edirdi. Azərbaycan SSR-nin MM-nin xüsusi hissəsi müxtəlif növ müqavilələri nəzərdə tuturdu: alqı-satqı, bağışlama, göndərmə, dövlət satın almaları, dövlət sığortası, podrat, daşınma və s.
Mülki-Arslan nahiyəsi
XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Mülki Hüquqlar Qanunu
1964-cü il Mülki Hüquqlar Qanunu (ing: The Civil Rights Act of 1964) ABŞ-də məktəblərdə, ictimai yerlərdə, işəgötürmədə qaradərililərə qarşı mənfi ayrı-seçkiliyi qadağan edən əlamətdar bir qanun idi. ABŞ-nin o zamankı Prezidenti Lyndon Johnson tərəfindən 2 iyul 1964-cü ildə imzalanaraq qüvvəyə minən bu qanunla, irqçi ayrı-seçkilik qanunsuz edildi. Qanun layihəsi 1963-cü ildə ABŞ Prezidenti John F. Kennedy tərəfindən hazırlanmışdır; lakin Kennedy məruz qaldığı sui-qəsd nəticəsində öldüyünə görə, qanunun qəbul edildiyini görə bilməmişdir. Qanunu imzalayan prezident Lyndon Johnson idi. Şübhəsiz ki, bu qanunun qəbul edilməsində və bu hüquqların əldə edilməsində ən böyük paylardan biri Amerika vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqə məxsusdur. Kinqin 28 mart 1963-cü il tarixində təşkil etdiyi Washingtona İş və Azadlıq Uğrunda Yürüş etirazında etdiyi bir xəyal qurdum nitqi böyük bir təsir bağışlamış və tarixin ən əhəmiyyətli çıxışlarından biri olmuşdur. Bu gün qara-ağ ayrı-seçkiliyi ABŞ-də qanuni səviyyədə mövcud deyil, lakin bəzi radikal qrupların irqçi hərəkatları və davranışları hələ də mövcuddur. 2008-ci ildə ABŞ-nin prezidenti seçilən Barak Hüseyn Obama bu vəzifəni tutan ilk Zənci oldu. Obamaya qarşı da bəzi irqçi reaksiyalar var idi; lakin bu reaksiyalar çox aşağı nisbətdə qalmışdı.
Mülki Müdafiə (1969)
Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mülki prosessual hüquq
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir. Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür. Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar: ümumi hissə; xüsusi hissə.
Girov (mülki hüquq)
Mülki hüquqda girov — girov qoyanın məhdud mülkiyyətində olan əmlak və digər mülki hüquq obyektləri (pul istisna olmaqla) şəklində öhdəliklərin yerinə yetirilməsini təmin etmək və borcun və ya digər mülki öhdəliklərin ödənilməsinə zəmanət vermək üsulu. Girov, o cümlədən qarantiya əsas təminatlı öhdəliyə münasibətdə əlavə (əlavə) öhdəlikdir ki, bu da xüsusilə aşağıdakı nəticələrə səbəb olur: əsas öhdəlik etibarsız olduqda, girov öhdəliyi etibarsız olur, girov öhdəliyi ilə bağlı hüquqların keçməsi əsas öhdəlik ipoteka və s. Daşınmaz əmlakın girovu ipoteka adlanır. Girov hüququ həm daşınar əmlakın kreditora-girova (mülkiyyət girovuna) faktiki verilməsi (lombard), həm də girov hüququnun (mülkiyyətsiz girov) yaradılması haqqında müqavilənin bağlanması nəticəsində yaranır. ). Eyni zamanda, həm əsas (təminatlı) öhdəlik üzrə borclunun özü (öz borcları üzrə girov), həm də üçüncü şəxs (başqa şəxslərin borcları üzrə girov) girov qoyan kimi çıxış edə bilər. Girov hüququnun mühüm xüsusiyyəti onun real mahiyyətidir. O, təkcə borcluya — girov qoyulmuş əmlakın sahibinə münasibətdə deyil, həm də onun əlində olan bütün üçüncü şəxslərə münasibətdə etibarlıdır. Girov hüququ vərəsəlik, satınalma və s. yolu ilə əldə edilmiş əmlakla birlikdə keçir.
Mülki Aviasiya Akademiyası (Almatı)
Mülki Aviasiya Akademiyası — mülki aviasiya uçuşları, istismarı və xidməti işçiləri, habelə mülki aviasiya müəssisələrinin mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırması üçün mühəndis və texniki işçilər hazırlayan Almatı şəhərində bir ali təhsil müəssisəsidir. Mülki Aviasiya Akademiyası, Qazaxıstan Respublikası və Mərkəzi Asiyada mülki aviasiya uçuşu, texniki və texniki qulluq heyəti üçün yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislər üçün hazırlıq, habelə mülki aviasiya mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırma təhsili verən yeganə ali təhsil müəssisəsidir. 1937-ci ildə Almatı şəhərində Qazaxıstan Mülki Aviasiya İdarəsinin təlim dəstəsi yaradıldı. 1962-ci ildə UTO KUQA-nın bazasında, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun bir təlim və məsləhət mərkəzi təşkil edildi. 6 iyul 1995-ci ildə UTO KUQA Başçısı Qres A.M.-nin təşəbbüsü sayəsində Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun təlim və məsləhət mərkəzi. və texnika elmləri namizədi Maxanova S.R. — "Mülki Aviasiya Akademiyası" təhsil sahəsində qeyri-kommersiya təşkilatı kimi bir ali təhsil müəssisəsi statusunu alır. Akademiyadakı təhsil fəaliyyətləri azaldılmış təhsil proqramlarına uyğun olaraq və distant təhsil texnologiyasından istifadə etməklə əyani şəkildə həyata keçirilir. Təhsil əyalətdə aparılır (yalnız birinci və ikinci kurs), rus və ingilis. Akademiya ayrıca Qırğızıstan, Tacikistan, Fələstin və digər ölkələrin vətəndaşlarına da təlim verir. Əyani və qiyabi şöbələr var.
Mülki aviasiya milli məktəbi
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Mülki müdafiə (film, 1969)
Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.