müqəsir
mülayim
OBASTAN VİKİ
Müqtədir
Yaşayış məntəqələri Müqtədir (qəsəbə) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Müqtədir bələdiyyəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində bələdiyyə.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 1 noyabr 932, Bağdad) — Abbasi xəlifəsi. Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müqtədir Aydınbəyov
Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1918, Tağaroba) — inqilabçı 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır. Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
Müqtədir bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.

Значение слова в других словарях