İkinci Məşrutiyyət
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi.
Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar.
İkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı.
Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir.
Bu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı.