Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb. === Kitabları === “Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...” === Məqalələri === Şeirlərinə bənzəyən şair (Məmməd Tahir-60), Ədalət. - 2015.
Fərqanə Qasımova
Fərqanə Qasımova (Qasımova Fərqanə Alim qızı) — Azərbaycan xanəndəsi. == Həyatı == Fərqanə Qasımova 6 avqust 1979-cu ildə anadan olmuşdur. 1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir. 1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Fərqanə vilayəti
Fərqanə vilayəti — Özbəkistanda vilayət.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Fərqanə vilayəti (dəqiqləşdirmə)
Müasir Fərqanə vilayəti — Özbəkistanda vilayət
Neftçi Fərqanə FK
Neftçi (Fərqanə) — Özbəkistanın futbol klubu == Tarixi == 1962-ci ildə yaranıb.
Fərqanə-qıpçaq dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir.Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Fərqanə qıpçaq dili
Fərqanə qıpçaq dili və ya qıpçaq-özbək dili — VII əsrin ortalarından başlayaraq Mərkəzi Asiya ərazisində şərqi qıpçaq dilindən ayrılması nəticəsində formalaşmış qırğız-qıpçaq dili (Cənubi Altay dilinin ayrılması əvvəllər güman edilir). Sonralar qalan şərqi qıpçaq dialektləri müasir qırğız dilinin əsasını təşkil etmişdir. Yevgeni Polivanovun fikrincə, Fərqanə-qıpçaq dili hələ 1920-ci illərdə ayrıca idiom kimi fəaliyyət göstərmişdir.Müasir dövrdə Fərqanə qıpçaq dilinin ən azı bəzi dialektləri qıpçaq-noqay arealının idiomları ilə oxşarlıqlar göstərir.
Fərqanə vilayəti (Rusiya imperiyası)
Fərqanə vilayəti (rus. Ферганская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Zaramaq SES
Zaramaq Su Elektrik Stansiyaları — Şimali Osetiyanın Alagir bölgəsindəki Ardon çayı üzərində bir-biri ilə əlaqəli iki su elektrik stansiyasından — mövcud Qolovnoy SES və tikilməkdə olan Zaramaq SES ibarət su elektrik stansiyasından ibarətdir. Kompleksin inşasına 1976-cı ildə başlanılıb, 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Layihə çətin təbii şəraitdə həyata keçirilir və Rusiya hidroenergetika sənayesinə xas bir sıra texniki həllər ilə fərqlənir — xüsusən, Zaramaq SES-1 Rusiyada ən böyük başlığa, ən güclü soba hidrolik turbinlərinə və ən uzun törəmə tunelə sahib olacaqdır. İnşaatın idarəedilməsi PAS RusHidro şirkətinin törəmə şirkəti olan Zaramaq SES-lər tərəfindən həyata keçirilir. == Ətraf mühitə təsiri == Bərpa olunan enerji mənbəyi olmaqla, Zaramaq Su Elektrik Stansiyaları işə düşəndən sonra Şimali Qafqazın yanacaq balansından təxminən 270 min ton standart yanacaq çıxarmağa imkan verəcəkdir. Bunun illik azot oksidlərinin 3,5 min ton, kükürd oksidlərinin — 8,2 min ton, külün — 3 min ton, karbon qazının 420 min ton miqdarında tullantıların qarşısını alacağı gözlənilir. Su anbarının kiçik olması səbəbindən mikroiqlimə təsiri azdır, onu yalnız sahildən 100 metr radiusda görmək mümkündür. Tədqiqatlara görə, su anbarı Tibski mineral su yatağına, eləcə də Kudzaxtanın və Nara qrupunun bulaqlarına təsir göstərməyəcəkdir. Zaramaq SES-nin inşası layihəsi Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosedurundan keçmişdir. == İnşası == 2015-ci ildə tikinti yenidən quruldu, obyekt yenidən RusHidro investisiya proqramına daxil edildi, Zaramaq SES-1-in istifadəyə verilməsi 2018-ci ilə planlaşdırılır.2015-ci ilin əvvəlinə stansiya hazırlığı 60% qiymətləndirilmişdir.
Zərrinə
Zərrinə- İranın Kürdüstan ostanının Divandərə şəhristanının Kərəftu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,272 nəfər və 266 ailədən ibarət idi.
Hərzinə (Sərdəşt)
Hərzinə (fars. هرزنه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (15 ailə).
Məhəmmədəli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Mərqişə (Çaypara)
Mərqişə (fars. مرقشه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (57 ailə).
Nərminə Məmmədova
Nərminə Məmmədova — Azərbaycan müğənnisi. == Həyatı == Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər. Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər - o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).
Nərminə Məmmədzadə
Nərminə Məmmədzadə — Azərbaycan yazıçısı və şairəsi. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == İlk şeirini beş yaşında yazıb. 134 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2011-ci ildə "Bir ruhun dörd fəsili" adlı ilk şeir toplumu nəşr olunub. Kitabda şeirlər hər ilin mövsümünə (Bahar - Ümid, Yaz - sevgi, Payız - xatirələr, Qış - başlanğıc) bölünür, hər biri bir qadın şəklində təsvir olunur.2012-ci ildə onun "Selsi üzrə xatirələri" qısa hekayə və povest toplusu nəşr olunub. 2014-cü ildə "Taroki" adlı debüt romanı nəşr olunub.
Nərminə Səmədova
Nərminə Səmədova (10 iyun 2004) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Nərminə Səmədova Azərbaycanı 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Nərminə Əliyeva
Nərminə Əliyeva Əməkdar müəllim, görkəmli pedoqoq, German dilləri və Dilçilik nəzəriyyəsi ixtisasları üzrə filologiya elmləri namizədi, təlimçi, Azərbaycan və ingilis dilində bir sıra dərsliklərin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və respublika müəllimləri arasında ən yüksək nəticəni göstərmişdir == Həyatı == Nərminə Mehdiağa qızı Əliyeva 1959-cu il 27 mayda Azərbaycanda anadan olmuşdur. Bakı şəhəri 99 saylı orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili müəllimliyi fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdır. Nərminə xanım ilk əmək fəaliyyətinə 1979-ci ildən elə şagirdi olduğu Bakı şəhəri Binəqədi rayonu 99 saylı orta ümumtəhsil məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır və hal hazırda həmən məktəbin ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir. Nərminə Əliyeva 1993-cü ildən etibarən Qafqaz Universitetində fəaliyyət göstərir və hal-hazırda Qafqaz Universiteti Tərcümə bölməsinə rəhbərlik edir. İngilis dili tədrisi üzrə Birləşmiş Krallıqda və ABŞ-da ixtisaslaşmışdır. N.Əliyeva həmçinin İngilis dili və ədəbiyyatı bölümündə də tədris deyir. Ailəlidir, 1 qızı və 1 oğlu var. == Keçdiyi təlim kursları == İngiltərə, Uorvik Universiteti, 7-18 İyul, 2003 İngiltərə, Uorvik Universiteti, 12-23 İyul, 2004 İngiltərə, Uorvik Universiteti, 2011 ABŞ, Viskonsin-Medison Universiteti, Mart-May, 2005 Yaponiya Təhsil və mədəniyyət bürosu, 2000 Almaniya, Berlin, 26-27 yanvar, 2007 “İş dünyasına hazırlıq – Gələcək üçün Dil Təlimi” İngiltərə, London Lemington Spa “Birgə Yaşayaq” Cənub Şərqi Avropa və Birləşmiş Kralliqda Mədəniyyətlərarası dialoqa həsr olunmuş layihə, oktyabr, 2008 İbtidai siniflərdə ingilis dilinin təlimi(online təlim kursu, Böyuk Britaniya Konsulluğu ) 15 yanvar - 10 Aprel, 2010 English Global Products (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council-un təşkil etdiyi proqram) 12-16 yanvar, 2009 INSETT proqramı (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council.un təşkil etdiyi proqram) 2002 noyabr – 2003,2004 mart Dünya Bankı, CİTO group Kurriculum, Tədris materiallarının hazırlanması və Şagirdqiymətləndirilməsi üzrə Seminar və Workshop Kurriculum, Milli Standartların hazırlanması, Məktəbdaxili Qiymətləndirmə və Milli Qiymətləndirmə üzrə Təhsil İslahatı proqramı Böyuk Britaniya Konsulluğunun (British Council) Master trainer seminarı, fevral, 2012 TEA (Mükəmməl tədris mükafatı), 2002, 2003, 2004 TQDK ilə ekspert (bakalavr və magistr ) və imtahan rəhbəri olaraq əməkdaşlıq == Dərsliklər == “English” Universitetlərə hazırlıq iki hissəli kitabının müəllifi 2001 və 2007 Azərbaycan ümumtəhsil məktəblərinin 5 -cı sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2002 Azərbaycan ümumtəhsil məktəblərinin 7 -cı sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2003 Azərbaycan ümumtəhsil məktəblərinin 8 -cı sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2004 Azərbaycan ümumtəhsil məktəblərinin 10-cı sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin(iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2005 Azərbaycan ümumtəhsil məktəblərinin 11 -cı sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti)müəllifi Bakı 2006 Azərbaycan ümumtəhsil məktəblərinin 3 -cı sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2010 “Anaforik əlaqələr” dərs vəsaiti Qafqaz Universiteti, Baki 2009 Azərbaycan ümumtəhsil məktəblərinin 4 -cü sinif sagirdləri üçün yazılmış “English” dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2011 == Elmi məqalələri == Nərminə Əliyeva 17–dən çox elmi məqalənin müəllifidir. Dynamics of meaning: A cognitive analysis of text interpretation.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fərmin Əliyev
Fərmin Fərman oğlu Əliyev (20 mart 1996; Babək rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərmin Əliyev 1996-cı il martın 20-də Babək rayonunu Şıxmahmud kəndində anadan olub. 2002–2011-ci illərdə Şıxmahmud kənd tam orta məktəbində, 2011–2013-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Fərmin Əliyev 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərmin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərmin Əliyev sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.
Sərgizə (Marağa)
Sərgizə (fars. سرگزه‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,233 nəfər yaşayır (261 ailə).