MƏHKƏMƏ
MƏHKUMLUQ
OBASTAN VİKİ
Edam Məhkumunun Son Günü
Edam Məhkumunun Son Günü — fransız yazıçısı Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" — deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir.
Məhkumetmə
İttiham — şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi. İttihamın əksi bəraətdir ("təqsirli deyil"). Şotlandiya və Niderlandda həmçinin "sübut edilmədi" verdikti də mövcuddur, hansı ki o da bəraət sayılır.
Məhkumlar (2007)
Məhkumlar — rejissor Mehriban Ələkbərzadənin filmi. Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır. Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil. Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər.
Məhkumlar (film, 2007)

Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı

Значение слова в других словарях