Məhmur qaçqın düşərgəsi
Məhmur qaçqın düşərgəsi — 1998-ci ildə təsis edilmiş və İraqın Kürdüstan Regionunun (KRG) paytaxtı Ərbildən təxminən 60 km cənub-qərbdə, Məhmur rayonunda yerləşən qaçqın düşərgəsi. Bu qaçqın düşərgəsində 1990-cı illərdə kürdlərlə Türkiyə Quru Qoşunları arasında gedən münaqişədən qaçan 12 minə yaxın kürd qaçqın yaşayır. Qaçqınlar və onların övladları Türkiyədə boşaldılmış kürd kəndlərindəndir. Türkiyə hakimiyyəti iddia etmişdir ki, Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları kəndlərə sızdığı üçün kəndləri boşaltmalı olmuşdular.